
Ağciyər xəstəlikləri kafedrasında baza ali tibb təhsili proqramı üzrə tədrisin məqsədi insanların sağlamlığını qorumaq, bronx-ağciyər patologiyalarının diaqnostika, müalicə və profilaktikasını gücləndirmək, səhiyyə sistemlərinin dayanıqlığını təmin edən mütəxəssislər hazırlamaqdır. Proqramda tələbələrə bronx-ağciyər patologiyalarının yayılması, etiologiyası, patogenezi, klinik əlamətləri, diaqnostikası, differensial diaqnostikası, müalicə və profilaktikası üzrə nəzəri və təcrübi biliklərin öyrədilməsi nəzərdə tutulur. Məzunlar səhiyyə problemlərini tənqidi qiymətləndirmək, elmi sübutlara əsaslanaraq qərarlar qəbul etmək, səhiyyə layihələrinə rəhbərlik etmək və əhalinin sağlamlığının qorunması istiqamətində dövlət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq etmək bacarığına yiyələnirlər.
Baza ali tibb təhsilini başa vuran məzunlar səhiyyə müəssisələrində, dövlət və beynəlxalq təşkilatlarda, eləcə də tədqiqat və təhsil mərkəzlərində mütəxəssis kimi fəaliyyət göstərə bilirlər.
Ağciyər xəstəlikləri (I,II müalicə-profilkatika, Hərbi- tibb fakültəsi)
