Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Rezidentura /Doktorantura

Ortopedik stomatologiya kafedrasında 7100020-«ORTOPEDİK STOMATOLOGİYA» ixtisası üzrə rezidentura təhsil proqramı mövcuddur.  «ORTOPEDİK STOMATOLOGİYA» ixtisası üzrə rezidentura təhsilinin məqsədi ortopedik stomatologiya sahəsində müasir protokollara əsaslanan tibbi təcrübəni peşəkar səviyyədə müstəqil həyata keçirməyi bacaran səriştəli həkim-mütəxəssislərin hazırlanmasıdır. Bu sahə üzrə təhsil alan rezidentlər ortopedik stomatologiya sahəsində profilaktika, diaqnostika, müalicənin elmi əsaslı təbabətə əsaslanan standartlar əsasında həyata keçirilməsi, öz ixtisasına aid müasir texnologiyalardan istifadə edilməsi qaydalarını öyrənirlər. Bundan əlavə rezidentlər eyni zamanda elmi-tədqiqat işinin aparılması sahəsində təməl bacarıqların formalaşdırılmasını da mənimsəyirlər.

 

Ortopedik stomatologiya kafedasında 3226.01 Stomatologiya ixtisası üzrə doktorantura təhsili həyata keçirilir.