ALİ TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ 060902- “Ümumi cərrahiyyə”
İXTİSASININ TƏHSİL PROQRAMI
1. Ümumi müddəalar
1. Rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığının formasıdır
2. Rezidentura səviyyəsinin 060902 – “Ümumi cərrahiyyə” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra – İTP) Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın tələblərinə, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır.
3. İstifadə olunmuş ixtisarlar
İTP İxtisas üzrə təhsil proqramı
ÜPK Ümumi peşə kompetensiyaları (səriştələri)
XPK Xüsusi peşə kompetensiyaları (səriştələri)
XBT Xəstəliklərin Beynəlxalq Təsnifatı
RHRFH Rotasiya üzrə həkim-rezidentin fəaliyyəti barədə hesabat
ST Simulyasiya tədrisi
M Mühazirə
S Seminar
1.8. Ümumi cərrahiyyə ixtisası üzrə təhsilin normativ müddəti və məzmuna verilən ixtisas dərəcəsi.
|
İxtisasın kodu |
İxtisasın adı |
Təhsil müddəti (il) |
Ali peşə-ixtisas dərəcəsi |
|
060902 |
Ümumi cərrahiyyə |
5 il |
İxtisas üzrə həkim-mütəxəssis |
9. İxtisaslaşmalar
Bu ixtisasın məzunları aşağıdakı ixtisaslaşmalar üzrə rezidentura hazırlığını davam etdirə bilərlər:
|
№ |
İxtisaslaşmanın adı |
Təhsil müddəti |
|
1. |
Cərrahi onkologiya |
3 il |
|
2. |
Qastroenteroloji cərrahiyyə |
3 il |
|
3. |
Hepato-pankreato-biliar cərrahiyyə |
3il |
|
4. |
Koloproktologiya |
3 il |
|
5. |
Transplantologiya |
3 il |
|
6. |
Süd vəzi cərrahiyyəsi |
3il |
|
7. |
Hərbi cərrahiyyə |
3il |
|
8. |
Damar cərrahiyyəsi |
3il |
2. İxtisas üzrə təhsil proqramını məqsədi və vəzifələri
2.1 Məqsəd:
“ümumi cərrahiyyə” ixtisası üzrə rezidentura təhsilinin məqsədi ümumi cərrahiyyə sahəsində müasir sübutlara əsaslanan tibbi təcrübəni peşəkar səviyyədə müstəqil həyata keçirməyi bacaran səriştəli həkim-mütəxəssislərin hazırlanmasıdır.
2.2. Vəzifələr
Ümumi cərrahiyyə ixtisası üzrə reziidentura təhsilinin vəzifələri məzunun aşağıdakıları həyata keçirə bilməsini təmin etməkdir:
3. İxtisas üzrə həkim-mütəxəssislərin səriştəliyi
3.1. Kompentensiyalar (səriştələr):
1. Ümumi peşə kompentensiyaları (səriştələri)
|
Ümumi peşə kompentensiyaları (səriştələri) |
|
|
1 |
İctimai sağlamlığın qorunması üçün səy göstərilməsi, əhali arasında sağlamlıq müvəkkili və təbliğatçısı kimi çıxış edilməsi |
|
2 |
Səhiyyə xidmətlərinin göstərilməsini öz vəzifə səlahiyyətləri çərçivəsində təşkil edilməsi |
|
3 |
Sübutlu tibbi məlumatların əldə edilməsi və klinik qərarlarında isifadə edilməsi |
|
4 |
Tədqiqat aparılması və əldə edilmiş nəticələrin həmkarlarına müxtəlif formalarda təqdim edilməsi |
|
5 |
İxtisası üzrə bilik və bacarıqlarının tibb elminin son tələblərinə uyğun olması üçün özü üzərində daim çalışması |
|
6 |
Rezidentlər, tələbələr və orta tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin effektiv apalıması |
|
7 |
Tibbi etika qaydalarına uyğun peşəkar davranışın nümayiş etdirilməsi |
|
8 |
Xəstələr, onların yaxınları, peşəkar fəaliyyətində qarşılaşdığı digər şəxslər ilə effektiv ünsiyyət qurulması və əməkdaşlıq edilməsi |
|
9 |
Həmkarları ilə effektiv ünsiyyətin qurulması |
|
10 |
Səhiyyə xidmətləri göstərən qrupun bir üzvü kimi digər üzvlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməsi |
|
11 |
Sanitariya-epidemioloji qaydalarına əməl edilməsi |
|
12 |
Tibbi sənədlərdə qeydiyyatları müəyyən edilmiş qaydalara uyğun aparılması |
1. Xüsusi peşə kompentensiyaları (səriştələri)
|
Xüsusi peşə kompentensiyaları (səriştələri) |
|
|
Müayinə |
|
|
1 |
|
|
Cərrahiyyə |
|
|
2 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Reanimasiya |
|
|
|
|
|
Cərrahiyyə |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
-qarnın KT, MRT, USM və digər (o cümlədən obyektiv və labarator) müayinələrini qiymətləndirməyi bacarmalıdır -qarın divarında kəsiklər aparmağı, tikməyi (o cümlədən forma verməyi) bacarmalıdır -mədə-bağırsaq sisteminin xəstəliklərinin müayinə üsullarını bilməli və bacarmalıdır -mədə-bağırsaq sisteminin xəstəliklərində cərrahi müalicəyə alternativ üsulları bilməli və bacarmalıdır -mədə- bağırsaq sisteminin xəstəliklərində diaqnostik və müalicəvi endoskopiyaya göstəriş və əks- göstərişləri bilməli və bacarmalıdır -qaraciyər, öd yolları və mədəaltı vəzin cərrahi xəstəliklərinin diaqnostika, cərrahi müalicə və alternativ üsulları bilməli və bacarmalıdır -toraks punksiya və drenajına göstərişləri bilməli və proseduraları etməyi bacarmalıdır -torokotomiyaya göstərişləri müəyyən edə bilməli, torokotomiya və torokotomik kəsiyi tikməyi bacarmalıdır -lobektomiya, pulmonektomiya, dekortikasiya əməliyyatlara göstərişləri müəyyən edə bilməli və əməliyyatları aparmağı bacarmalıdır -döş qəfəsi orqanlarının müayinə üsullarını bilməli və interperetasiya etməyi bacarmalıdır -endokrin xəstəliklərə diaqnoz qoymağı və cərrahi müalicə (altenativ müalicə) üsullarını bacarmalıdır -həzm sisteminin,hepatiko-pankreato-biliar sistemin, döş qəfəsi orqanlarının, süd vəzi, dəri və yumşaq toxumaların xoş və bəddxassəli törəmələrinə diaqnoz qoymağı, palliativ və radikal əməliyyat etməyi bacarmalı -damarların xəstəiklərinin diaqnozunu qoymağı bacarmalı, cərrahi və alternativ müalicə üsulların bacarmalıdır -cərrahi infeksiyaları təyin etməyi və müalicəsini bacarmalıdır -əməliyyatdan sonrakı kəsik yaralarının infeksiyalaşmalarının erkən diaqnostikasını və müalicə etməyi bacarmalıdır -bütün yaraların aparılmasını bacarmalıdır -yara sarğılarını və yara müalicəsi üçün məlum olan əlavə asitələri istifadə etməyi bacarmalıdır - yanıqların diaqnostika və müalicəsini bacarmalıdır -immunoprofilaktika və immunoterapiya (quduzluq, tetanus və s) aparmağı bacarmalı, immunosupressiv xəstələrdə təcili və planlı cərrahi əməliyyatları və perioperaativ aparmanı bacarmalıdır -transplantasiya xəstələrini (donor,akseptor) müəyyən etməyi bacarmalı, əməliyyatlarda iştirak etməli, perioperativ aparmanı bacarmalıdır -süd vəzinin xoş və bəd xassəli xəstəliklərinin diaqnostika üsullarını və cərrahi müalicə (o cümlədən estetik prinsipləri gözləməklə) metodlarını bacarmalıdır -intensiv terapiya şöbəsinə yatışa və çıxışa göstərişləri təyin etməyi, o cümlədən xəstələrdə konservativ və cərrahi müdaxilələri aparmağı bacarmalıdır -şokda olan xəstələrdə həyatqurtarma tədbirlərini ardıcıllıqla aparmağı və izləməyi bacarmalıdır -emboliya baş vermiş halların diaqnostikasını və müalicə üsullarını bacarmalıdır -kəskin orqan çatışmazlığı hallarının diaqnostikası və yardım göstərməyi bacarmalıdır |
|
|
Cərrahi xəstələrdə dərman preparatlarının istifadəsi |
|
|
|
|
Anesteziologiya, reanimatologiya və intensiv terapiya |
|
|
|
|
|
|
Diaqnostika |
|
|
|
|
Yanaşı ixtisas sahələri |
|
|
XPK-24. Xidmət göstərdiyi zaman qarşılaşdığı yanaşı ixtisaslara aid xüsusi vəziyyətləri idarə edir; |
|
|
Təməl səriştələr |
|
|
XPK-25. Təməl tibbi fənlər üzrə (klinik anatomiya, biokimya, fiziologiya və patologiya) biliklərdən effektiv istifadə edir. |
|
|
|
|
4. Rezidentin vəzifələri
1. Rezidentin vəzifələri Səhiyyə Nazirliyinin müvafiq əmrləri ilə təsdiq edilir
4.2.Rezidentin fərdi iş planı
“Ümumi cərrahiyyə” ixtisası üzrə rezidentin hazırlığı onun fərdi iş planına müvafiq həyata keçirilir.
4.3. Rezidentura peşə hazırlığı üzrə şəxsi işi.
4.3.1. Rezidentura şəxsi işinə aşağıda qeyd olunanlar əlavə olunmalıdır:
-Fərdi iş planları (hər təhsil ili üzrə)
-RHRFH-lar
-Rezidentin apardığı tədqiqat işinin dərc edilmiş nəticələri (məqalə, tezis)
-Elmi tədbirlərdə iştiraki təsdiq edən sənədi (məsələn iştirakçı sertifikatı) surəti
-Elmi tədbirlərdə məruzə etmək üçün hazırladığı slayd və ya poster prezentasiyalar
-Məqalə müzakirələri üçün hazırladığı prezentasiyalar
-Xaricdə təcrübə (rotasiya) keçildiyi halda müvafiq sənədlər (sertifikat yaxud arayış, RHRFH, xaricdə keçdiyi rotasiya barədə hazırladığı prezentasiya)
4.4. Rezidentlərin növbələrdə iştirakı
4.4.1. Rezidentlərin növbəli iş rejiminin məqsədi stasionar müalicə olunan xəstələrə növbə zamanı nəzarət, təxirəsalınmaz hallarda diaqnostika aparılması və yardımın göstərilməsi, hospitalizasiya olunan xəstələrin qəbulu, müayinəsi və təxirəsalınmaz yardımın göstərilməsi ilə bağlı bacarıqların mənimsənilməsidir.
4.4.2. Rezidentlər təhsil ilinə və səriştəlik səviyyəsinə uyğun nəzarət təmin edilməklə növbədə qalmalıdırlar. Ayda 4 dəfə olmaqla gecə növbələri mütləqdir.
4.4.3. Rezidentlər rotasiyada olduğu klinik bazada da növbələrdə iştirak etməlidirlər.
4.4.4. Rezidentlərin müəssisə üzrə məsul növbətçi həkim kimi növbəli iş rejimində çalışmasına icazə verilmir.
4.4.5. Rezidentlər klinik bazanın təsdiq olunmuş növbətçilik cədvəlinə uyğun növbələrdə qalmalıdırlar.
1. “060902 Ümumi cərrahiyyə” ixtisası üzrə rezidentura təhsil proqramının yerinə yetirilməsinin müddəti, təhsilin rotasiyalara görə strukturu və həftələr:
2. “060902 ümumi cərrahiyyə” ixtisası üzrə rezidentura təhsil proqramının yerinə yetirilməsinin müddəti cəmi 240 həftə təşkil edir. Bu müddətə təlim həftələri və əmək məzuniyyətləri daxildir. Əmək məzuniyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarına uyğun olaraq verilir. İTP-nin yerinə yetirilməsi müddətləri aşağıda göstərilmişdir:
Ümumi həftələrin sayı – 240 həftə:
1. “060902 ümumi cərrahiyyə” iхtisası üzrə rezidentura təhsilinin rotasiyalara görə strukturu və həftələri (rotasiyalar və təhsil illəri üzrə) 8.2. bənddə verilmişdir.
2. Sosial məzuniyyət, əmək qabiliyyətini müvəqqəti itirmə və hərbi xidmət üzrə çağırış halları istisna olmaqla rezidenturada təhsil fasiləsizdir. Bu müddətlər rezidenturada təhsil dövrünə aid edilmir və rezidentin təhsildə iştirak etmədiyi müddət qədər təhsili uzadılır.
6. REZİDENTİN ELMİ-TƏDQİQAT FƏALİYYƏTİ
1. Rezidentin auditoriya tədris yükünə həftəlik 6 saat ayrılır:
2.
|
№ |
Elmi-tədqiqat fəaliyyəti |
1-ci il |
2-ci il |
3-ci il |
4-cü il |
5-ci il |
|
1 |
Təqdimatların hazırlanması |
- |
+ |
+ |
+ |
+ |
|
2 |
Journal Clubun fəaliyyətində iştirak |
+ |
+ |
+ |
+ |
+ |
|
3 |
Elmi tədbirlərdə, seminarlarda iştirak |
+ |
+ |
+ |
+ |
+ |
|
4 |
Kliniki halların araşdırılması |
- |
+ |
+ |
+ |
+ |
|
5 |
Kosiliumlarda iştirak |
+ |
+ |
+ |
+ |
+ |
|
6 |
Klinik baza bazası tərəfindən təşkil edilmiş onlayn muhazirələrdə iştirakı |
+ |
+ |
+ |
+ |
+ |
|
7 |
Elmi-tədqiqat işilərinin təqdimi |
- |
+ |
+ |
+ |
+ |
7. REZİDENTİN ELMİ-PEDAQOJİ FƏALİYYƏTİ
1. İTP-də nəzərdə tutulmuş pedaqoji səriştələri əldə etmələri üçün rezidentlər əsas (baza) ali tibb təhsili alan tələbələr yaxud aşağı təhsil illərində hazırlıq keçən rezidentlər üçün məşğələlərin keçirilməsində kuratorla birlikdə iştirak etməyə cəlb edilməlidirlər.
8. ROTASİYALAR
1. Rotasiyaların təşkili
2. Rotasiya - İTP-də müəyyən edilən səriştələrin əldə edilməsi üçün klinik bazaların müvafiq ixtisas və yanaşı ixtisas kafedra və şöbələrində aparılan peşə hazırlığı dövrüdür.
3. Rotasiyalar zamanı rezidentlərin hazırlığının səmərəli aparılması aşağıdakılar vasitəsilə təmin edilir:
1. Hər rotasiyanın sonunda kurator* tərəfindən “Rotasiya üzrə həkim-rezidentin fəaliyyəti barədə hesabat” (RHRFH) tərtib olunur. RHRFH-nın tərtibində əsas məqsəd rezidentlərin praktik fəaliyyətinə dair məlumatın əsasında onların inkişaf etdirilməli olan bilik və bacarıqlarını müəyyən etmək və lazımi tədbirlər görməkdir. Hər təhsil ilinin ortasında və sonunda rezidentin kuratoru ilin ortasına qədər və ya il ərzində tərtib olunmuş bütün RHRFH-ları nəzərdən keçirməklə rezidentin yarımillik və illik fəaliyyətini təhlil edir, təhsildəki irəliləyişini dəyərləndirir, rezidentlə müzakirə edir, ona rəy və tövsiyələrini verir. Ehtiyac olduqda, kurator* rezidentin fəaliyyətini rəhbərliklə müzakirə edir və rezidentin bilik və bacarıqlarını təkmilləşdirmək üçün yaxud qarşıya çıxmış hər hansı çətinliyi həll etmək üçün tədbirlər müəyyən edilir. Rezident təhsil aldığı klinik bazada rotasiya keçdiyi halda RHRFH kurator və rezident tərəfindən imzalanır. Rezident digər klinik bazada rotasiya keçdiyi halda RHRFH həmçinin həmin klinik bazanın müvafiq kafedra və ya şöbə müdiri və klinik bazanın rəhbəri tərəfindən imzalanaraq təsdiq edilir, tələb olunan başqa sənədlərlə birgə rezidentin təhsil aldığı klinik bazaya göndərilir. RHRFH -lar rezidentin kuratoruna* təqdim edilməlidir və “Rezidentin peşə hazırlığı üzrə şəxsi işi”ndə saxlanılmalıdır.
2. Digər klinik bazalarda rotasiya keçən rezidentlərə rotasiyanın sonunda rotasiya üzrə həkim-rezidentin əmək fəaliyyəti barədə və gündəlik iş davamiyyəti barədə məlumat (tabel) təqdim olunmalıdır.
3. Zəruri hallarda əsas klinik bazaların xarici ölkələrin əməkdaş universitetləri və tədris klinikaları ilə bağlanmış qarşılıqlı müqavilə əsasında rezidentlər (1-ci təhsil ilində təhsil alan rezidentlər istisna olmaqla) təhsilin bir hissəsini həmin klinikalarda davam etdirmək üçün göndərilə bilərlər. Bu zaman rezidentlər təhsil proqramı əsasında tərtib olunmuş fərdi iş planlarına uyğun bir və ya bir neçə ixtisas rotasiyasını həmin klinikalarda keçir.
4. Xaricdə rotasiya elə planlaşdırılmalıdır ki, rezidentlərin attestasiyalarının tarixləri ilə üst-üstə düşməsin.
5. Xarici ölkədə rotasiyaları başa vuran rezidentlər xarici ölkənin universitet və ya tədris klinikası tərəfindən onlara verilmiş rəsmi arayışı (yaxud sertifikatı) və RHRFH-nı, klinik baza rəhbərliyinə təqdim etməlidirlər.