
Anar Sərdar oğlu Abdullayev 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhəri 132 №-li məktəbin 1-ci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olmuş, 1994-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildə ATU-nun Elmi Şurasının qərarı ilə İnsan anatomiyası kafedrasında baş laborant vəzifəsində saxlanılmışdır. 1996-cı ildən həmin kafedrada stajçı-assistent, 2000-ci ildən assistent, 2009-cu ildən baş müəllim vəzifələrində çalışmışdır. 2018-ci ildən İnsan anatomiyası və tibbi terminologiya kafedrasında dosent, 2019-cu ildən tədris işləri üzrə müdir müavini işləmişdir. 2020-ci ilin oktyabrından 2022-ci ilin aprelinə qədər kafedra müdiri vəzifəsini icra etmişdir. A.S.Abdullayev 2022-ci ilin aprelindən İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiridir. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 100-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiya, 8 dərs vəsaitinin müəllifi və həmmüəllifidir. Məqalələri yüksək reytinqə malik xarici jurnallarda çap olunmuşdur. A.S.Abdullayev dəfələrlə xarici ölkələrdə (Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Bolqarıstan, Qazaxıstan və digərləri) elmi tədbirlərdə çıxışlar etmişdir, ORHUN mübadilə proqramı çərçivəsində Türkiyə Respublikasinda mühazirə və təcrübə dərsləri aparmışdır. Anar Sərdar oğlu Abdullayev “Azərbaycan Anatomiya, Histologiya və Embriologiya Elmi Cəmiyyəti” İctimai Birliyinin, Azərbaycan Tibb Universitetinin nəzdində yaradılmış FD 2.08 qeydiyyat nömrəli Dissertasiya Şurasının, “Sabah qrupları” lahiyəsində tədris prosesinə cəlb olunmaq üçün müsabiqə komissiyasının, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramında doktoranturaya qəbul ekspert komissiyasının və Azərbaycan Tibb Universitetinin nəzdində Dissertasiya işlərinin ilkin sənədlərinin yoxlanılması komissiyasının üzvüdür. Rus və ingilis dillərini sərbəst bilir, bu dillərdə mühazirələr və təcrübə dərsləri aparır.
2022 – hal-hazıradək: Azərbaycan Tibb Universiteti İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri
2020 oktyabr – 2022 aprel: İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdirinin vəzifəsini icra edən
2019: Kafedranın tədris işləri üzrə müdir müavini
2018: İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti
2009: İnsan anatomiyası kafedrasının baş müəllimi
2000: İnsan anatomiyası və tibbi terminologiya kafedrasının assistenti
1996: İnsan anatomiyası və tibbi terminologiya kafedrasının stajçı-assistenti
1994: İnsan anatomiyası və tibbi terminologiya kafedrasının baş laborantı
· 2003: Tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir
· 1994: Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir
· 1989: Bakı şəhəri 132 №-li məktəbi qızıl medalla bitirmiş, həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olmuşdur
17 fevral 2023-cü il – dosent elmi adı ilə təsdiq olunmuşdur.
24 aprel 2004: Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1. Pterion types in males and females A Journal for New Zealand Herpetology Volume 12 Issue 3 May-June 2023 p. 5074 https://biogecko.co.nz/admin/uploads/an%20article.pdf 11
2. Complete metopism in adult craniological material Journal of Complementary Medicine Research, Vol. 14, No. 5, 2023 (pp.140-144) https://www.jocmr.com/uploads/paper/c590daf9ca43bb59a975e657de76e216.pdf 5
3. О двух случаях травматических повреждений на черепах из Азербайджана (эпоха античности) Revista Arheologică serie nouã – vol.XXI_nr.1. Chişinau 2024. p.238-251 https://doi.org/10.52603/RA.XXI.1.2025_16 / https://www.scopus.com/pages/publications/105014623711
14 Д.А.Кириченко
4. The interparietal (INCA) bones: The cranioscopic and craniometric investigation Naturalista campano journal Volume 28 Issue 2024 https://museonaturalistico.it/index.php/journal/article/view/452 WOS Link: https://mjl.clarivate.com/search-results 11 V.B. Shadlinski
5. Kəllə əsasının uzunluğu və eninin yaş və cinsi xüsusiyyətləri və onların kraniometrik parametr göstəricilərilə korrelyasiyası Azərbaycan Tibb Jurnalı Rüblük elmi-praktik jurnal 2024, №4, səh. 134-140
6. Максилло-альвеолярная ширина и длина в возрастном и половом аспектах и их корреляция с краниометрическими данными Вестник ВГМУ. – 2024. – Том 23, №6. – С. 31-39.https://vestnik.vsmu.by/archive/2024/23-6/2024-6-31-39.html 9 Вагиф Шадлински
7. Антропологические материалы из Хыныслы (Азербайджанская Республика) Revista Arheologică serie nouã – vol.XX_nr.2. Chişinau 2024. p.83-97 https://www.scopus.com/sourceid/21100860437#tabs=0 15 Дмитрий Кириченко
8. The Correlation Between the Foramen Magnum Dimensions and the Main Craniometric Data of the Skull Traumatology and Orthopаedics of Kazakhstan. Scientific&Practical Journal of the Kazakhstan Association of Trauma Orthopaedists Volume 2. Number 72 (2024) p-25-32
9. The sphenofrontal suture: Age, gender characteristics, and correlation with craniometric parameters Traumatology and Orthopаedics of Kazakhstan, Volume 4. Number 75 (2024) p.4-11
10. Deformasiya olunmuş və olunmamış kəllələrdə hündürlüyün müqayisəsi Nəzəri, klinik və eksperimental morfologiya jurnalı. Rüblük elmi-praktiki jurnal. Cild 5, №1, 2025, S.103-106 / 4 V.B.Şadlinski
11. Comparison of age-related characteristics of cephalometric indicators: biorbital breadth (ec-ec) and interorbital breadth (d-d) in artificially deformed and normal skulls Georgian Med News. 2025 Jun;(363):31-36. https://pubmed.ncbi.nlm.nih.gov/40884364/
12. Comparison of age-related characteristics of cephalometric indicators: frontal chord (N–B) and parietal chord (B–L) in artificially deformed and normal skulls «World of Medicine and Biology» №3(93), 2025 year, 147-151 pages, index UDK 572.74:611.71https://womab.com.ua/en/smb-2025-03/10724 / 10.26724/2079-8334-2025-3-93-147-151 / 5
“Azərbaycan Anatomiya, Embriologiya və Histologiya Cəmiyyəti”- İctimai Birliyi
Yeni Azərbaycan Partiyası