Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1979-cu ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1985-ci ildə həmin institutu bitirmişdir.

1986-1987-ci illərdə Tibbi-sanitar Xidmətinin Mincivan stansiyası xəstəxanasında həkim-cərrah işləmişdir.

1988-1991-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Cərrahiyyə Mərkəzində həkim-cərrah işləmişdir.

1992-ci ildə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasına baş laborant vəzifəsinə qəbul olunmuşdur.

1996-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında assistent vəzifəsində işləmişdir.

2006-2011-cı illərdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir.

2011-2015-cı illərdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında dosent vəzifəsində işləmişdir.

2015-cı illdən hal-hazıra qədər Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında professor vəzifəsində çalışır.

Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən FD 2.08 qeydiyyat nömrəli Dissertasiya şurasının elmi katibi, Azərbaycan Tibb Universitetinin Nəzəri fənlər üzrə Problem Komissiyasının, Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının üzvü, “Azərbaycan Anatomlar, Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyinin idarə heyətinin üzvü, “Nəzəri, klinik və eksperimental morfologiya” jurnalının elmi katibi, İnsan anatomiyası fənnindən imtahan testlərinin tərtibi üzrə və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rezidenturaya qəbul imtahanı üzrə ekspertdir.

2003-cü ildə “Müxtəlif yaş dövrlərində insanın bud əzələlərinin arteriya və sinirlərinin makro-mikroskopik və topoqrafik anatomiyası” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.

2011-ci ildə “Pоstnatal ontogenezdə insanın və eksperimentdə müxtəlif duz tərkibli su proseduralarının təsirinə məruz qalmış siçovulların  nəfəs  borusu, baş  bronx  vəziləri və  limfoid törəmələrinin morfoloji xüsusiyyətləri” mövzusunda tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir

Akademik fəaliyyət

1. Nəzəri, klinik və eksperimental morfologiya jurnalının elmi redaktoru

2. “Azərbaycan Anatomlar, Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyinin katibi

 

 

Təhsili

Ali – Azərbaycan Tibb Universiteti

 

 

 

 

 

Nailiyyətlər (adlar)

Professor elmi adı

 

 

 

Peşə və pedaqoji inkişaf

1. 1996-2006-cı illər – Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında assistent.

2. 2006-2011-cı illər – Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında baş müəllim.

3. 2011-2015-cı illər – Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında dosent.

4. 2015-cı illdən – Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında professor

Elmi araşdırma sahəsi

Periferik sinirlər, borulu orqanların kiçik vəziləri və limfoid düyüncükləri, kraniometriya, bağırsaqların sinir kələfləri

 

Kitab

1. Анатомия человека. “Müəllim” nəşriyyatı. 2020. Müalicə-profilaktika fakultəsinin tələbələri üçün dərslik

2. Анатомия человека. “Müəllim” nəşriyyatı. 2020. Stomatologiya  fakultəsinin tələbələri üçün dərslik

Məqalə

1. Age and regional features of quantitative indicators of lymphoid nodules of the human intrahepatic bile ducts // – Istanbul: Experimed. – 2023. 13(3), – p.170-173. https://doi.org/10.26650/experimed.1297722

2. Yoğun bağırsağın  selikaltı və əzələdaxili sinir kələfi qanqlionlarının hüceyrə tərkibi // – Bakı: Azərbaycan tibb jurnalı, – 2024. №4,– s.145-150. doi: https://doi.org/10.34921/amj.2024.4.023  

3. Normal halda və öd yollarının anadangəlmə atreziyasi zamani qaraciyərin, qaraciyərdaxili və qaraciyərdənkənar öd axacaqlarinin və bu axacaqlarin limfoid strukturlarinin morfoloji, morfometrik xüsusiyyətləri // – Bakı: Azərbaycan tibb jurnalı  – 2025. №3, – s.151-160. doı: https://doi.org/10.34921/amj.2025.3.26

4. Morphology and age-related, regional features of morphometric indicators of lymphoid structures of human intrahepatic ducts in norm // – Poltava: World of Medicine and Biology. – 2025. 2(92), – p. 150-154  doi:

https://10.26724/2079-8334-2025-2-92-150-154

5. Normal halda və öd yollarının anadangəlmə atreziyasi zamani qaraciyərin, qaraciyərdaxili və qaraciyərdənkənar öd axacaqlarinin və bu axacaqlarin limfoid strukturlarinin morfoloji, morfometrik xüsusiyyətləri // – Bakı: Azərbaycan tibb jurnalı // – 2025. №3, – s.151-160. doı: https://doi.org/10.34921/amj.2025.3.26

 

Üzv olduğu qurum

1. Beynəlxalq Morfoloqlar Assosiasiyasının Koordinasiya Şurası

2. “Azərbaycan Anatomlar, Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyi

 

TİBB ÜZRƏ ELMLƏR DOKTORU

1. Səbinə Vaqif qızı Şadlinskaya “

İnsanın postnatal ontogenezində və eksperimentdə uşaqlıq yolu dəhlizinin kiçik vəzilərinin və limfoid törəmələrinin makro-mikroskopik anatomiyası, morfogenezinin qanunauyğunluqları

İşin məqsədi insanın bətnxarici inkişafında norma-da, daxili qadın cinsiyyət orqanlarının bəzi anomaliyaları zamanı və eksperimentdə uşaqlıq yolu dəhlizinin kiçik vəziləri və limfoid aparatı barədə kompleks makro-mikroskopik dəlillərin əldə edilməsi olmuşdur.

Mühüm elmi nəticələr.

- Uşaqlıq yolu dəhlizinin vəzi və limfoid törəmələrinin sayı və ölçüləri yumurtalıq-aybaşı tsikli ərzində əhəmiyyətli dərəcədə dəyişir.

- Daxili qadın cinsiyyət orqanlarının anomaliyaları zamanı uşaqlıq yolu dəhlizinin vəzi və limfoid strukturları reqressiyaya uğrayır.

- Siçovulların balalıq yolu dəhlizinin vəzi və limfoid strukturları naftalan vannaların təsirinə qarşı həssaslıq göstərirlər. 

Elmi yenilik. İlk dəfə olaraq yumurtalıq-aybaşı tsikli ərzində, daxili qadın cinsiyyət orqanlarının anomaliyaları zamanı uşaqlıq yolu dəhlizinin, naftalan vannalarının təsirindən sonra siçovulların balalıq yolu dəhlizinin vəzi və limfoid törəmələrinin quruluşu barədə məlumatlar əldə edilmişdir.

Nəzəri və praktiki əhəmiyyəti. Tədqiqatın nəticələri uşaqlıq yolu dəhlizinin vəzi və limfoid strukturları barədə bilikləri genişləndirir. Əldə olunan dəlillərdən bu orqanın patologiyalarıda götürülən biopsiya və seksion materiallarla müqayisə üçün və balneologiyada istifadə oluna bilər.

2. Ramilə Emil qızı Babayeva

İşin adı. Yoğun bağırsağın vegetativ sinir təchizatının quruluş təşkilinin insanda normada və eksperiment yolu ilə öyrənilməsi

İşin məqsədi normada insanın və eksperimentdə heyvanların yoğun bağırsağının sinir kələfi komponentlərinin quruluşunu və onların qan, limfa təchizatının xüsusiyyətlərini müəyyən etmək olmuşdur.

Mühüm elmi nəticələr.

- Yoğun bağırsağın sinir kələfi qanqlionlarının yuvarlaq, oval və uzunsov formaları müşahidə edilir.

- Yoğun bağırsaq qanqlionlarında neyronlararası tipik sinsitial əlaqələr aşkar olunur.

- Yoğun bağırsağın sinir kələflərində ekstrakapillyar qan axını arteriolaların venulalara keçidi və ya arteriolo-venulyar anastomozlar hesabına əmələ gəlir.

Elmi yenilik. Tədqiqatda yoğun bağırsağın sinir kələflərinin regional xüsusiyyətləri aydınlaşdırılmış, bu kələflərin qanqlionlarında sinsitial əlaqələr araşdırılmış, II tip Dogel hüceyrəsinin 3D modelində bu hüceyrənin morfometrik göstəriciləri ölçülmüşdür.

Nəzəri və praktiki əhəmiyyəti. Alınmış nəticələr sinaptik və sinsitial nəzəriyyələri vahid neyro-sinsitial nəzəriyyə şəklində birləşdirilməsi üçün zəmin yaratmışdır.  Nəticələrdən yoğun bağırsağın xəstəliklərinin profilaktika və müalicəsinin təkmilləşdirilməsində, tədris prosesində istifadə oluna bilər.