
1974-cu ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1980-ci ildə həmin institutu adlı təqaüdçü kimi bitirmişdir.
1980-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya institutunda baş laborant vəzifəsində işləmişdir.
1982-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya institutunda aspirantı olub.
1987-ci ildə “7-14 yaşlı uşaq və yeniyetmələrdə normada və nevrozlar zamanı yuxu və ayıqlıq dövründə vegetativ sinir sisneminin funksiyası” mövzusunda tibb elmləri üzrə namizədlik dissertasiya işini müdafiə edib.
1987-1989-cı illərdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında assistent vəzifəsində işləmişdir.
1989-1996-cı illərdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir.
1996-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında dosent vəzifəsində işləmişdir.
2004-cü ildə Tbilisi Tibb Universitetinin Dissertasiya Şurasında “Normada insanda və eksperimentdə bəzi balneoloji təsirlər zamanı qırtlaq vəzilərinin morfogenezi” mövzusunda tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
2006-2019-cu illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində Bakı 1 N-li Tibb kollecinin direktoru vəzifəsində çalışıb.
2009-cı illdən hal-hazıra qədər Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında professor vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 01.11.2019 cu il tarixli F-86 qərarı ilə “İnsan anatomiyası” ixtisası (3241.01) üzrə dissertasiya şurasının üzvü və ATU-in 09.12.2019-cu il tarixli 527 N-li qərarı ilə həmin şuranın nəzdində Elmi seminarın sədri təyin olunub.
Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.08. qeydiyyat nömrəli Dissertasiya şuranın nəzdində Elmi seminarın sədri.
Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.08. qeydiyyat nömrəli Dissertasiya şurasının üzvü.
“Azərbaycan Anatomlar, Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyinin üzvü
Ali – Azərbaycan Tibb Universiteti
1. 1987-1989-cı illər – Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında assistent.
2. 1989-1996-cı illər – Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında baş müəllim.
3. 1996-2009-cı illər – Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında dosent.
4. 2009-cı illdən – Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında professor.
Periferik sinirlər, borulu orqanların kiçik vəziləri və limfoid düyüncükləri
1.İnsan anatomiyası. Bakı 2019 Müalicə-profilaktika fakultəsinin tələbələri üçün dərslik
2. İnsan anatomiyası. Bakı 2024 Müalicə-profilaktika fakultəsinin tələbələri üçün dərslik
3. Анатомия человека. “Müəllim” nəşriyyatı. 2020. Müalicə-profilaktika fakultəsinin tələbələri üçün dərslik
4. Анатомия человека. “Müəllim” nəşriyyatı. 2020. Stomatologiya fakultəsinin tələbələri üçün dərslik
5. Topoqrafik anatomiya. «Müəllim» nəşriyyatı, Bakı, 2020.
6. Human Anatomy. Baku 2019 Müalicə-profilaktika fakultəsinin tələbələri üçün dərslik
1. Диаметр различных участков лицевого канала на основе результатов КТ исследований, «Медицинский вестник башкортостана». Ufa. Rusiya Federasiyası , 2022, № 4 s.25-32 https://mvb bsmu.ru/index.php
2. Müxtəlif kəllə formalı kişi və qadınlarda üz kanalının bəzi morfometrik parametrləri , «Nəzəri, klinik və eksperimental morfologiya jurnalı». Bakı, Azərbaycan, 2022, №1-2 s. 42-49 https://doi.org/10.28942/jtcem.v4i1-2.181
3. Возрастные особенности расстояния между шилососцевидным и наружным слуховым отверстиями сухих черепов у людей, Журнал «Фундаментальная и клиническая медицина», г. Бухара 2022, №1 s. 278-283 https://bsmi.uz/wp-content/uploads/2024/06/med-isnt-kon-1-tom-278-283.pdf
“Azərbaycan Anatomlar, Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyinin üzvü
Nəsimi rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü
Gülnarə Kərimzadə
"İnsanın postnatal ontogenezində üz sinirinin kəllədaxili hissəsinin və onun kanalının topoqrafik, morfometrik xüsusiyyətləri"
İşin məqsədi insan postnatal ontogenezinin müxtəlif yaş dövrlərində üz sinirinin və onun kanalının topoqrafiyasını, morfometrik parametrlərini öyrənməkdir.
Mühüm elmi nəticələr.
Postnatal ontogenezin müxtəlif yaş qruplarında üz sinir kanalının hissələrinin morfometrik parametrləri haqqında məlumat əldə ediləcək. Üz kanalının topoqrafiyasını təyin etmək üçün şüa diaqnostikası metodlarının müasir imkanları haqqında məlumat əldə ediləcək.
Postnatal ontogenezin müxtəlif yaş qruplarında üz siniri kanalının forması, ölçüsü və topoqrafiyası ilə kəllə forması arasında korrelyasiya əlaqələri haqqında məlumat əldə ediləcək.
Elmi yenilik. İlk dəfə olaraq postnatal ontogenezin müxtəlif yaş qruplarında üz sinir kanalının hissələrinin morfometrik parametrləri təyin ediləcəkdir. Üz kanalının topoqrafiyasını təyin etmək üçün şüa diaqnostikası metodlarının müasir imkanları təsdiqlənəcəkdir. Postnatal ontogenezin müxtəlif yaş qruplarında üz siniri kanalının forması, ölçüsü və topoqrafiyası ilə kəllə forması arasında korrelyasiya əlaqələri ilk dəfə olaraq təyin ediləcəkdir. Eyni adlı kanalın müxtəlif hissələrində üz sinirinin mikroskopik quruluşunun xüsusiyyətləri göstəriləcəkdir.
Nəzəri və praktiki əhəmiyyəti. Alınan məlumatların klinik praktikaya tətbiqi otocərrahiyyədə imkanların genişləndirilməsinə zəmin yaradacaqdır. Tədqiqatın əldə edilmiş nəticələri üz kanalındakı cərrahi müdaxilələr zamanı şüa diaqnostikası metodlarının effektivliyini aydınlaşdırmaq üçün şərait yaradacaqdır.
Səbinə Şadliskaya
"Normada, kontralateral aplaziya və boru hamiləliyi zamanı uşaqlıq borusunun limfoid aparatının funksional morfologiyası"
İşin məqsədi normada, boru hamiləliyi şəraitində və birtərəfli anadangəlmə aplaziya zamanı uşaqlıq borusunun limfoid aparatına dair kompleks morfoloji dəlillərin və onun struktur dəyiçiklikləri faktorları haqqındakı məlumatların əldə edilməsi təşkil edir.
Elmi yenilik. İlk dəfə olaraq uşaqlıq borusunun limfoid strukturları keyfiyyətcə hüceyrə formalarının eynitipli dəsti ilə təmsil olunur. Bu orqanın limfoid toxuması üçün səciyyəvi olan hüceyrələrarası assoiasiyalar müəyyən edilmişdir.
Praktiki əhəmiyyəti. Uşaqlıq borusunun limfoid aparatının strukturu haqqında əldə edilən məlumatların bu orqanın müxtəlif xəstəliklərinin patogenezini düzgün təsəvvür etməyin vacibliyi müəyyənləşdirir.
Nərminə Cabbarova
“Qadın sidik kanalı vəzilərinin müxtəlif yaş dövrlərində morfoloji xüsusiyyətləri”
Problemin aktuallığı. Daxili orqanların selikli qişasının vəziləri təkcə anatomların və
histoloqların deyil, həm də patoloqların və klinisistlərin elmi maraqları dairəsindədir. Belə ki,
adenokarsinomaların, adenoakantomaların, adenomaların, kistlərin yaranmasında və bəzi digər
patologiyaların inkişafında selikli qişanın vəziləri "anatomik əsas" təşkil edirlər və onların
axacaq kanalları mikrob və digər xarici antigenlərin orqanın boşluğundan divarının qalınlığına
daxil olması üçün giriş qapısı kimi xidmət edir. Eyni zamanda, qadın uretrasının selikli qişasının vəzilərinin morfologiyası son dərəcə qeyri-mütənasib şəkildə tədqiq edilmişdir.
Tədqiqatın məqsədi postnatal ontogenezdə qadın uretrasının vəzili aparatının struktur və
funksional təhlili idi.
Elmi yeniliyi: Əhəmiyyətli materialdan istifadə edərək ilk dəfə qadın uretrasının vəzilərinin
postnatal morfogenezini xarakterizə edən məlumatların əldə edilməsi ilə müəyyən edilir. Tədqiqat nəticəsində ilk dəfə olaraq qadın uretrasının vəzilərinin postnatal morfogenezini
xarakterizə edən məlumatlar təqdim edildi , məsələn: vəzilərin ümumi sayı, onların yerləşmə
sıxlığı, forması, ölçüsü, müxtəlif yerlərdə mikrotopoqrafiyanın xüsusiyyətləri; və həmçinin ilk
dəfə vəzilərin yaşla bağlı anatomiyası və onların involyusiya prosesləri ilə bağlı məlumatlar əldə
edilmişdir.
Praktiki əhəmiyyətiI Ginekoloqların və uroloqların
gündəlik təcrübəsində istifadə etmək imkanı ilə bağlıdır. Anatomiya və histologiya üzrə
dərsliklərə və tədris vəsaitlərinə mikrotopoqrafiya , qadın uretrasının vəzilərinin quruluşu
haqqında məlumatların daxil edilməsi məqsədəuyğundur.
Ziyafət Seyidova
“Müxtəlif duz tərkibli su prosedurlarının təsiri altında siçovulların qırtlaq limfoid aparatı”
Tədqiqatın məqsədi: normal şəraitdə və yod-brom vannalarının təsiri altında olan siçovulların qırtlaqlarının müxtəlif hissələrinin limfoid aparatının mikroanatomiyasını, mikrotopoqrafiyasını, hüceyrə tərkibini öyrənmək. Elmi yenilik. İlk dəfə olaraq normal şəraitdə və yod-brom vannalarının təsiri altında limfoid formasiyaların topoqrafiyasının, mikroanatomiyasının və ölçü parametrlərinin xüsusiyyətləri müəyyən edilmişdir.
Praktik əhəmiyyəti.
Qırtlağın limfoid aparatının vəziyyəti haqqında məlumatlar müvafiq kurort və balneoloji fəaliyyətlərin tənzimlənməsi və aparılması üçün zəruri elmi-metodoloji əsas yaradır.