
1998-ci ildə Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 2004-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.
2006-cı ildə “Mama-ginekologiya” ixtisası üzrə Azərbaycan Tibb Universitetinin nəzdində kliniki ordinatura kursunu keçmişdir.
2006-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin I Mamalıq və ginekologiya kafedrasında aspirantura keçmişdir.
2009-2017-ci illərdə Azərbaycan Tibb Universitetinin I Mamalıq və ginekologiya kafedrasında assistent vəzifəsində çalışmışdır.
2017-ci ildən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında assistent, baş müəllim vəzifələrində işləmiş, 2020-ci ildə müsabiqə yolu ilə dosent vəzifəsinə seçilmişdir. 2024-cü ildə həmin kafedranın professoru vəzifəsinə seçilmiş və hal-hazırda himin vəzifədə çalışır.
Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən FD 2.08 qeydiyyat nömrəli Dissertasiya şurasının üzvü, Azərbaycan Tibb Universitetinin Nəzəri fənlər üzrə Problem Komissiyasının, “Azərbaycan Anatomlar, Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyinin idarə heyətinin, “Nəzəri, klinik və eksperimental morfologiya” jurnalının redaksiya heyətinin üzvüdür. Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədridir.
2019-cu ildə “World Research Council” (Ümumdünya Tədqiqat Şurası) tərəfindən “Best Scientist in Human Anatomy” (İnsan anatomiyası üzrə ən yaxşı alim) adına və həmin təşkilatın medalına layiq görülübdür. 2022-ci ildə “Gastrointestinal Disorders” (Mədə-bağırsaq pozğunluqları) jurnalının redaksiya heyətinə seçilibdir.
2009-cu ildə “Uşaqlıq borusunun normada, kontralateral aplaziya və boru hamiləliyi zamanı onun limfoid aparatının funksional morfologiyası” mövzusunda tibb üzrə (İnsan anatomiyası – 14.00.02; Mamalıq və ginekologiya – 14.00.01 ixtisası üzrə) tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. etmişdir.
2021-ci ildə “Postnatal ontogenez və eksperimentdə uşaqlıq yolu dəhlizinin kiçik vəzilərinin, limfoid törəmələrinin makromikroskopik anatomiyası, morfogenezinin qanunauyğunluqları” mövzusunda tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.
60-dan çox elmi işin, 3 dərsliyin, 2 dərs vəsaitinin müəllifidir. Elmi işlərdən 25-i jurnal məqaləsi olub, 14-ü yüksək reytinqli xarici jurnallarda dərc olunub. Bir sıra məqalələr isə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (WOS, SCOPUS, РИНЦ) daxil olan jurnallarda dərc edilib. O, dəfələrlə yerli və xaricdə keçirilən elmi konfranslarda müxtəlif mövzularda müvəffəqiyyətlə çıxışlar edibdir.
1. Nəzəri, klinik və eksperimental morfologiya jurnalının redaksiya heyətinin üzvü
2. “Azərbaycan Anatomlar, Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyinin idarə heyətinin üzvü
Ali – Azərbaycan Tibb Universiteti
Professor elmi adı
2006-cı ildə “Mama-ginekologiya” ixtisası üzrə Azərbaycan Tibb Universitetinin nəzdində kliniki ordinatura kursu.
2006-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin I Mamalıq və ginekologiya kafedrasında aspirantura.
2009-2017-ci illərdə Azərbaycan Tibb Universitetinin I Mamalıq və ginekologiya kafedrasında assistent.
2017-2020-ci illərdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında assistent, baş müəllim
2020-2024-cü illərdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti
2024-cü ildən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru
Periferik sinirlər, borulu orqanların kiçik vəziləri və limfoid düyüncükləri, kraniometriya, hipofiz çuxuru.
1. Human anatomy. Dərslik. Tibb universitetinin tələbələri və həkimlər üçün.II cild. Bakı: “Müəllim” nəşriyyatı. 2019. 192 s.
2. Анатомия человека. Dərslik. Tibb universitetinin tələbələri və həkimlər üçün. I cild. Bakı: “Müəllim” nəşriyyatı. 2020. 210 s.
3. İnsan anatomiyası. Dərslik. Tibb universitetinin tələbələri və həkimlər üçün.II cild. Bakı: “Müəllim” nəşriyyatı. 2020. 185 s.
4. Canlı insanlarda hipofiz çuxurunun morfometrik göstəriciləri kəllənin müxtəlif en indeksləri, yaş və cinsi aspektlərdə. Monoqrafiya. Bakı: “Müəllim” nəşriyyatı. 2025. 330 s.
5. Динамическая анатомия. Dərs vəsaiti. Tibb universitetinin tələbələri və həkimlər üçün.2025. 222 s.
1. Macromıcroscopıc characterıstıcs ofındıvıdual and aged varıabılıty ofthe glands ofthe vagınal vestıbul // Archiv Euromedica, 2021, 11(1), p.52-55 DOİ 10.35630/2199-885x/2021/11/1.10
2. Age and Regional Features of Quantitative Indicators of Lymphoid Nodules of the Human
Intrahepatic Bile Ducts // Experimed. 2023, 13(3): p. 170-173, DOI https://doi.org/10.26650 experimed.1297722
3. Müxtəlif yaşlı insanlarda hipofiz çuxurunun morfometrik ölçülərinin kəllənin formasından asılılığı // Azərbaycan Tibb jurnalı, 2024, №3, s. 146-152 DOI: https//doi.org/10.34921/amj.2024.3.025
4. Characterıstıcs and volume ındıcatıons of the hypophyseal fossa areas ın dıfferent age groups of the azerbaıjan populatıon // Archiv EuroMedica. 2024. 14(3), p. 1-5 DOI https://doi.org/10.35630/2024/14/3.333
5. Features of structural organization of the Human facial Nerve // Journal İslamic Medical college 2024, 19(4): p. 267-271, doi https://orcid.org/0000-0002-3460-0130
6. Topographic-anatomical features of formation of intrahepatic bile ducts // – Poltava: World of Medicine and Biology. 2025. 3(93), p. 152-156 doi; https://10.26724/2079-8334-2025-3-93-152-156
1. Beynəlxalq Morfoloqlar Assosiasiyasının Koordinasiya Şurası
2. “Azərbaycan Anatomlar, Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyi
Nailə Həsən qızı Əliyeva
Normada insanın və eksperimentdə heyvanın qaraciyərdaxili öd axacaqlarının limfoid törəmələrinin morfoloji xüsusiyyətləri
İşin məqsədi insanın insanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində normada, öd yollarının anadangəlmə atreziyası zamanı və eksperimentdə ödün mexaniki blokadası modeli yaradılmış heyvanların qaraciyərdaxili və qaraciyərxarici öd axacaqlarının limfoid strukturlarının quruluş və morfometrik xüsusiyyətlərini öyrənmək olmuşdur.
Mühüm elmi nəticələr.
- Qaraciyərdaxili öd axacaqlarının limfoid strukturlarında limfositlərə, plazmositlərə, retikulyar hüceyrələrə, eozinofillərə, tosqun hüceyrələrə, makrofaqlara, mitoz əlamətli hüceyrələrə, degenerativ hüceyrələrə rast gəlinir. Bütün tədqiq edilən yaş dövrlərində limfositlər (57,3-68,2%) və plazmositlər (6,5-12,5%) üstünlük təşkil edir.
- Öd axacaqlarının anadangəlmə atreziyası zamanı bu orqanların limfoid aparatı diffuz limfoid toxuma və çoxalma mərkəzi olmayan limfoid düyüncüklərlə təmsil olunur. Epiteldaxili limfositlər aşkar edilmirlər. Bu anadangəlmə qüsur zamanı öd axacaqlarının limfoid strukturlarının morfometrik göstəriciləri azalır.
- Eksperimentdə ödün mexaniki blokadası modeli yaradılmış dovşanların öd axacaqlarında epiteldaxili limfositlər, çoxalma mərkəzlərinə tər-tək yerləşən (solitar) limfoid düyüncüklər və diffuz limfoid toxuma aşkar edilir. Bu zaman limfoid düyüncüklərin sayı, qalınlığı, sahəsi nəzarət qrupu dovşanları ilə müqayisədə 1,9-8,8 dəfə (P<0,001) çoxalır.
Elmi yenilik. İlk dəfə olaraq mikroskopik və elektron-mikroskopik metodlardan kompleks şəkildə istifadə etməklə qaraciyərdaxili və qaraciyərxarici öd axacaqlarının limfoid strukturlarının morfologiyası və morfometrik göstəriciləri normada, öd axacaqlarının anadangəlmə atreziyası zamanı, eksperimentdə ödün mexaniki blokadası modelində müqayisəli şəkildə tədqiq olunmuşdur.
Müəyyən olunmuşdur ki, qaraciyərxarici öd axacaqlarının limfoid strukturlarına diffuz limfoid toxuma, limfoid düyüncüklər, həmçinin epiteldaxili limfositlər aiddir. Qaraciyərdaxili öd axacaqlarının divarında isə ancaq epiteldaxili limfositlər və diffuz limfoid toxuma müşahidə edilir.
Təsdiq edilmişdir ki, öd axacaqlarının anadangəlmə atreziyası müşahidə edilən uşaqların limfoid strukturlarının ölçü və say göstəriciləri azalır. Bu anomaliya zamanı limfoid strukturların tərkibində limfositlərin sayı azalır, makrofaqlar, mitoz əlamətli hüceyrələr, tosqun hüceyrələr aşkar edilmir, degenerasiya vəziyyətində olan hüceyrələrin sayı əksinə artır.
Sübut edilmişdir ki, ödün mexaniki blokadası modeli yaradılmış heyvanların öd axacaqlarında limfoid strukturların ölçü və say göstəriciləri azalır, onların tərkibində ən çox limfositlər və degenerativ hüceyrələr müəyyən edilir. Limfoblastlar və mitoz əlamətli hüceyrələr aşkar olunmurlar.
Nəzəri və praktiki əhəmiyyəti. Tədqiqatın nəzəri əhəmiyyəti ondan ibarətdir ki, dissertasiyada təqdim olunan nəzəri, metodoloji müddəalar, nəticələr və tövsiyələr öd axacaqlarının immun müdafiəsini təmin edən limfoid strukturlarla bağlı əvvəllər məlum olmayan məlumatları açıqlamağa imkan verəcək, bu elmi istiqamətdə yeni tədqiqatların aparılması üçün zəmin yaradacaqdır.
Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, alınmış nəticələr patofizioloqlar üçün, hepatoloqlar və ultrasəs müayinəsi mütəxəssisləri, cərrahlar üçün faydalı ola bilər.
Əldə edilmiş məlumatlardan qaraciyər və ödçıxarıcı axacaqların patologiyaları zamanı götürülən biopsiya və seksion materiallarla müqayisə üçün standartlar (normativlər) kimi patoloji-anatomik müayinələrdə, tədris prosesində, qaraciyər xəstəliklərinə dair klinik protokolların, tövsiyələrin, monoqrafiya və rəhbərliklərin hazırlanmasında istifadə oluna bilər.
Öd axacaqlarının anadangəlmə atreziyası müşahidə edilən uşaqların limfoid strukturlarda gedən dəyişikliklər haqda tərəfimizdən alınmış məlumatlar cərrahi müdaxilələrin (məsələn, Kasai əməliyyatının) vaxtında planlaşdırılmasına kömək edə bilər. Bundan əlavə, immun aktivləşmə mexanizmlərini başa düşmək bu qüsurun inkişafını ləngitmək və uzunmüddətli müalicə strategiyalarının hazırlanması üçün perspektivlər açır.