Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini 2005-ci ildə bitirdikdən sonra Kliniki Tibbi Mərkəzdə üz-çənə cərrahiyyəsi ixtisası üzrə internatura kursuna başlamış və 2006-cı ildə bu kursu tamamlamışdır.

2006–2008-ci illərdə Ukraynanın P.l.Şupik adına Beynəlxalq Tibb Akademiyasında üz-çənə cərrahiyyəsi və rekonstruktiv cərrahiyyə ixtisası üzrə kliniki ordinatura kursunu bitirmişdir.

2008-ci ildə Azərbaycan Tibb Universitetinin Ağız və Çənə Cərrahiyyəsi kafedrasında baş laborant vəzifəsinə təyin olunmuş 2020-ci ildən  həmin kafedrada assistent vəzifəsində çalışır.

2022-ci ildə dissertasiya işini uğurla müdafiə edərək, Tibb üzrə Fəlsəfə Doktoru (Ph.D.) elmi dərəcəsini almışdır.Bu illər ərzində bir çox beynəlxalq və yerli elmi konfranslarda məruzəçi və iştirakçı qismində çıxış edib.Eyni zamanda, 80-dən çox elmi işin müəllifi və həmmüəllifidir..

Peşəkar fəaliyyəti dövründə həm qısa, həm də uzunmüddətli xarici ixtisasartırma proqramlarında iştirak etmiş, bir sıra beynəlxalq tədris və elmi mərkəzlərdə təhsil almışdır..

Bu proqramlar çərçivəsində Amerika Birləşmiş Ştatlarında iki dəfə uzunmüddətli kurslarda, həmçinin İtaliya, İsveçrə, Portuqaliya, İzrail, Türkiyə, Çin və Cənubi Koreya daxil olmaqla Avropa və Asiyanın bir sıra ölkələrində ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vurmuşdur..

Akademik fəaliyyət

ÇƏNƏ SINIQLARININ KOMPLEKS MÜALİCƏSİNDƏ İMMUNOKORREKSİYA İLƏ REPARATİV OSTEOGENEZİN OPTİMALLAŞDIRILMASI.Mövzusunda elmi işini müdafiə edərək Tibb üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

 

Təhsili

2000-2005 Azərbaycan Tibb Universiteti. Stomatologiya fakultəsi

2005-2006 KTM Uz-çənə cərrahiyyə şöbəsi internatura

2006-2008 Ukrayna P.L.Şupik adına beynəlxalq tibb akademiyası.Üz-çənə cərrahiyyəsi və rekonstruktiv cərrahiyyə ixtisasi uzrə kliniki ordinatura.

 

 

Peşə və pedaqoji inkişaf

“Pedaqoji peşəkarlığın inkişafı” təlimi.

11.06.2025-20.06.2025

 

 

Məqalə

1. Mammadov J, Davudov M, Aliyev T, Isgandarova S.The Effect of Immunocorrection on Reparative Osteogenesis in Mandibular Fracture: A Histomorphometric Study.J Craniofac Surg. 2025;00:000–000.doi:10.1097/SCS.0000000000011404

2. Fathi HR, Rahmati J, Ghahremani A, Mammadov J, Davudov M.Critical concepts in craniofacial microsurgical reconstruction.Oncology and Radiotherapy. 2021; 15(5): 10–13.

3. Fathi HR, Taheri AR, Khorasani G, Astaraki V, Mohamadi A, Davudov M, Mammadov JJ, Hatamipour E, Amanpour S.*Recycled Bone for Reconstruction of Maxillofacial Bone Defect.International Journal of Clinical Oral and Maxillofacial Surgery, 2019; X(X): XX–XX.ISSN: 2472-1336 (Print), ISSN: 2472-1344 (Online).DOI: 10.11648/j.XXXX.2019XXXX.XX

4. Fathi H.R., Davudov M.M., Mammadov J.J. Studying the Efficiency of Endoscopic Method in Facial Fractures Treathment. // Modern Research in Dentistry,2019. Crimson Publisher.İSSN 2637-7764, Volume-3 İssue-4.

5. Məmmədov C.C.,Üz skleti sümüklərinin sınıqlarında immun sistemin vəziyyətinin qiymətləndirilməsi. // Sağlamlıq, 2019, №6, səh 13-16.

6. Məmmədov C.C., Çənə sınıqlarının kompleks müalicəsində immunomodulyar preparatların tətbiqi. Əziz Əliyev adına elmi praktik jurnal."Tibb və Elm" №3(17) 2019

7. Məmmədov C.C.,Yusubov Y.Ə., Əhmədov  E.T., Vəliyeva Z.Y.Çənə sınıqlarının müalicəsinin qiymətləndirilməsi.  //Sağlamlıq, 2019,  №3, səh.56-61.

8. Məmmədov C.C.,Yusubov Y.Ə., Xəlilov V.H., Vəliyeva Z.Y.Çənə sınıqları zamanı immunokorreksiyanın reparativ osteogenezə təsiri. //Azərbaycan Tibb Jurnalı, 2018,  №2, səh81-86.

9. А.А.Тимофеев, Дж.Дж.Мамедов. Изучение изменений состояния местной и общей неспецифической резистентности организма у больных с переломами нижней челюсти в динамике проводимого лечения. // Collection of Scientific Works of Stomatology Institute,Shupyk NMAPE. 2016, №6, стр.125-133.Киев,Украина.

10. А.А.Тимофеев, Дж.Дж.Мамедов.Имунокоррекция при осложненных переломах нижней челюсти. // Collection of Scientific Works of Stomatology Institute,Shupyk NMAPE. 2016, №6, стр.125-133.Киев,Украина.

11. Məmmədov C.C., Yusubov Y.A.Üz skleti sümüklərinin sınıqlarının kompleks müalicəsində immunomodulyatorların tətbiqinin əsaslandırılması. //Qafqazın stomatoloji Yenilikləri, 2015, №2, səh.124-128

12. Tüpürcək vəzilərinin xroniki iltihabı xəstəlikləri zamanı qanda gedən biokimyəvi dəyişikliklər və onların korreksiyası. Yusubov Y.Ə, Qurbanov V.A, Məmmədov C.C.. Sağlamlıq 2014.№1.səh 64-68

13. Endodontik müalicə zamanı baş verən neyrosensor pozuntuların cərrahi müalicəsi. Məmmədov C.C., Davudov M.M., Qurbanov V.A, Azərbaycan Təbabətinin Müasir Nəaliyyətləri.2014. №1.səh191-194

14. Şeqren sindromlu xəstələrdə erkən diaqnostika və müalicə prinsiplərinin stomatoloji praktikada qiymətləndirilməsi. Yusubov Y.ƏQurbanov V.A, Məmmədov C.C.. Bakı Tibb Jurnalı 2014 №2,s.124-128

Daxili qrantları

Trombositlərlə zıngin fibrin protokollarının fərdiləşdirilməsi

AEF-MGC-2025-1(54)

 

Üzv olduğu qurum

Azərbaycan ağız və üz-çənə cərrahları cəmiyyəti.

Azərbaycan implantoloqlar birliyi.

Azərbaycan Könüllü həkimlər cəmiyyəti

Ukrayna Üz-Çənə və Ağız Cərrahları Assosiasiyası

İmplantoloqların Beynəlxalq Komandası (ITI)

AO CMF – Kranio-Maxillafacial Osteointeqrasiya Akademiyası