Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Fərman İbrahim oğlu Həsənov 1959-cu ildə Tovuz rayonunun İbrahimhacılı kəndində anadan olmuşdur. 1966-cı ildə İbrahimhacılı kənd orta məktəbinə başlamış.1976-cı ildə həmin məktəbi bitirmişdir.1976-cı ildən 1978-ci ilədək Fərman Həsənov 1 saylı toxuculuq savxozunda fəhlə olaraq çalışmışdır.1978-1980-ci illər arasında hərbi xidmətdə olmuşdur.Hərbi xidmətdən qayıtdıqdan sonra Azərbaycan Tibb Universitetinin hazırlıq fakultəsində qəbul olmuşdur. Həmin universitetə imtahan verərək stomatologiya fakultəsinə qəbul olmuşdur.

1986-cı ildə Fərman Həsənov Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərində bir neçə ixtira və səmərələşdirici təklifə müəlliflik şəhadətnaməsi almışdır.Onlardan ən başlıcası “ Stomatoloji kombayn” olmuşdur.Bakı şəhəri 3 saylı stomatoloji klinikasında internatura keçmişdir.

1987-ci ildən Fərman Həsənov Tovuz rayonunun İbrahimhacılı kəndində tibb məntəqəsinin stomatoloqu vəzifəsində çalışmışdır.

1990-cı ilin dekrabr ayında isə müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasına assistent vəzifəsinə seçilmişdir. Qarabağ müharibəsi dövründə yaralılarla müalicə işində “Almacıq sümüyünün repozisiyası və fiksasiyası üçün qurğu” ixtirası bir neçə yaralının müalicəsində istifadə olunmuşdur.Hazırda doktor Fərman Həsənovun o qurğusu KTM-in üz-çənə cərrahiyyəsi şöbəsində istifadə olunur.2000-ci ildən etibarən Azərbaycan implantoloqlar ictimai birliyin üzvüdür.

Tədris və müalicə işləri ilə yanaşı 2001-ci ildə “Kükürd tərkibli sərbəst aminturşuların çənə sınıqları zamanı sümük toxumasının regenerasiyası prosesinə təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını layiq görülmüşdür.

2006-cı ildə gicgah-çənə oynağının çıxıqlarına aid “Çənənin ön çıxığının yerinə salınması üçün qurğu” ixtirasına patent almışdır.2001 – ci ildə “Kükürd tərkibli sərbəst aminturşuların çənə sınıqları zamanı sümük toxumasının regenerasiyası prosesinə təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.Bir sıra ixtiraların, səmərələşdirici təkliflərin, çap olunmuş işlərin müəllifidir.Hazırda Azərbaycan Tibb Universitetində çalışır.Dişlərin və çənələrin defektləri zamanı implantasiyası üzrə araşdırmalar aparır.

Dünya ölkələrinin bir çoxunda – Amerika, Fransa, İtaliya, Türkiyə, İspaniya, İsveçrə, Rusiya, Ukrayna və Meksikada implantologiya və üz-çənə cərrahiyyəsi konfranslarında və kurslarında fəal iştirak etmişdir.

2009-cu ildə İmplantoloqların Beynəlxalq Simpoziumunda “Radikulyar kistalar və kök rezeksiyasına yeni baxışlar” mövzusunda məruzə etmişdir.

2013-cü ildə Bakıda keçirilən Xəzər konfransında “Gicgah-çənə oynaq başı-dişləm münasibəti xəstəliklərinin diaqnostikası, müalicəsi, bu harmoniyanın bərpası üçün yeni qurğu” elmi mövzusu ilə çıxış etmişdir.

2014-cü ildən etibarən EDAT implantoloqlar (Türkiyə) cəmiyyətinin və İTİ Beynəlxalq Birliyinin üzvüdür.

2016-cı ildən etibarən Türkiyə – Azərbaycan Elm və Əbədi əsər sahibləri birliyinin üzvüdür.

2018-ci ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosentidir.Dosent F.İ.Həsənov – Problem Komissiyasının üzvüdür.Dos. Həsənov F.İ. - “Red dent”  klinikasında  müalicə və konsultativ iş;

Akademik fəaliyyət

1990-cı ilin dekrabr ayında isə müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasına assistent vəzifəsinə seçilmişdir.

2018-ci ildə Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının  hal-hazıradək dosentidir.

 

 

 

 

 

 

 

Təhsili

1980-1986 / Stomatoloq / Nərimanov adına Dövlət Tibb İnstitutu

 

 

 

 

Nailiyyətlər (adlar)

2001-ci ildə üz-çənə cərrahı namizədlik dissertasi-yasının müdafiəsi
 

 

 

 

Peşə və pedaqoji inkişaf

1.16-17.XII.2006.Friadent şirkətinin kurslarında Bakıda

2.2007.03.27-31-də Ağız və üz-çənə cərrahlarının Beynəl-xalq konfransın iştirakçısı olmuşam.Ukraynanın Lvov şəhərin-də keçirilmiş

3.2007 –ci il II Ağız cərrahlarının Xəzər konfransının  serfikatını almışam Bakıda

4.2007 iyun 2  günlük Almaniyanın Frankfurt şəhərində kurs Almaniya

5.2007 –ci il İtaliyanın B&B dental “Duraktiv sistem”  implant kursunda İtaliya

6.2007 –ci il may ayınd İstanbulda Friadent XIVE sistemi həm kurslarında, həm də Beynəlxalq kon-fransında iştirakçı olmuşam.İstanbulda

7.2008 –ci il fevral ayında Ağız və üz-çənə cərrahlarının Bey-nəkxalq  konfransında İran-İslam Respublikasinda

8.2009 iyun İmplantoloqların III Xəzər konfransının aktiv. Bakıda 

9.29.10.2010  tarixdə Almaniyanın Nurberq şəhərində,  Beynəlxalq konfrans.Almaniya

10.2010 ildəTürkiyənin İzmir şəhərində, kurslarda.İzmir

11.2010 may –iyun Türkiyə Antalya şəhərində Beynəlxalq konfrans.Antalya

12.24 iyun 2010 ildə Gəncədə keçirilən stomatologiyada innovasiyalar ümumrespublika sim-pozumunda “Radikulyar kistalar, kök rezeksiyası və kistoektomiya.Gəncədə

13.2010 ildə oktyabr Almaniya Ulim şəhərində Bredent  firmasının kursunda olmuşam.Almaniya

14.2010Bakıda implantətrafı yumşaq toxuma agumentalizasiyası  və Cad/COM tex-nalogiyasının implantüstü protezlə-mədə  tətbiqi kursunu bitirmişəm.Bakıda

15.Yanvar 2011 Lider implant zavodunda  keçirilmiş ekskursiya və kurs olmuşam.İtaliya Milan şəhərində

16.  may 2011-də II Medical İmplantoloji Sistem 360* qlobal konfransı.Meksikanın Kankum şəhərində

17. 2011 may Gürcüstan stomatoloqlar Assosia-siyasının VII konfransı Gürcüstan

18.2012 iyun Friadent və Astra firmalarının  kon-fransında.Almaniya,Hamburqda

19.2012 avqust Nyu-York Tibb Universitetinin Denstri Kollecində“ Çənə defektinin bərpası üzrə ayqumentasiyasının müxtəlifliyi” üzrə kurs.Amerika  Nyu-York

20.2012 oktyabr STRAUMANN-in  Batı Dental tərəfindən keçirilən  elmi konfransı.Türkiyə, İstanbul

21.2013 dekabr Türk-Oral İmplantoloji derneyinin XXIII Beynəlxalq Bilimsel konfransı.Türkiyə, İstanbul

22.2013 yanvar Siskon dental implantlarına aid  kurs İsveşrənin Kür şəhəri

23.16-18 mart 2013Avropa osteointeqrasiya cəmiyyətinin prof Ç.Rəhimov və A.Bozetti tərəfindən keşirilən  kurs.Bakı

24.2013 may Densplay Alman firmasının doktor Orcan Yüksel tərəfindən keşirilən kurs. Bakı

25.2013 iyun MİS-in  qlobal konfransı Fransanın Kann şəhəri

26.2014 mart Amerikanın Deirek İmplant firmasının təşkil etdiyi kurs İspaniya, Madrid

27.2015 fevral Anotomiya Trening Muzeyində meyid üzərində aparılan oral cərrahi əmə-liyyatlar və piezo cərrahiyyəsi kursu.Avstrya, Vyana

28.2015 oktyabr Dünyanın proqressiv implantoloqlarının birgə konfransı.Barselona, Malyorika

29. 2015 Dağıstan Tibb Akademi-yasının Stomatologiya fa-kultəsinin 50-illiyinə həsr olunmuş ümumrusiya kon-fransında çıxış Maxaçkala.

30. 2015 may Euro Perionun konfransı Ingiltərə,London 

31. 2016 may Plastik cərrahiyyədə deoriantalizasiya və cərrahiyyənin aparılması taktikası  konfransı. Word Shopda  kurs Russiya Sank-Peterburq şəhəri

32. 2016 dekabr İTİ-nin Beynəlxalq qurumunun Türkiyə Azərbaycan Bölümünün .

33. AzOMFS-un I Beynəlxalq konqresi, oktyabr 2019;

34. AzOMFS-un II Beynəlxalq konqresi, 12-14 oktyabr 2023;

35. Diş xəstəliklərinin müalicəsi və profilaktikasına müasir yanaşma, 22–23 noyabr 2024, Səmərqənd, Özbəkistan, dos. Həsənov F.İ.

36. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu – 14-21 noyabr 2024;

37. AzOMFS-un III Beynəlxalq konqresi, 9-11 oktyabr 2025;

38. Qaşların və üzün yuxarı hissəsinin qaldırılması,  Kadavr kursu – 9 oktyabr 2025.

39. Farman Hasanov. - Beynəlxalq Üz-çənə Cərrahları Assosiasiyasının (ICOMS) 26-ci Konqresi, Sinqapur, Sinqapur şəhəri, 20-25 İyun, 2025. 

Elmi araşdırma sahəsi

2001-ci ildə “Kükürd tərkibli sərbəst aminturşuların çənə sınıqları zamanı sümük toxumasının regenerasiyası prosesinə təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını layiq görülmüşdür.
 

 

 

 

 

 

 

 

 

DAXİLİ QRANTLAR

1.“Hissəvi adentiya zamanı çənənin lövhəli sınıqları repozisiya və fiksasiya edən qurğuSəmərələşdirici təklif 2001

2. Metianinin ümumi cərrahiyyədə, trav-matologiyada və ortopediyada sümük-lərin reperativ Bakteriosid təsir göstərən “REOR-50” N.N.-BİS-(µ-xlorpopi) – α-amino-β-fenil propion turşusu)2002regeneratiyası üçün dərman kimi tətbiqi Potent 2002

3.Bakteriosid təsir göstərən “REOR-50” N.N.-BİS-(µ-xlorpopi) – α-amino-β-fenil propion turşusu) 2002

4.Gicgah - çənə oynağının ağrı dis-funksiyası sindromunun təsnifatına yeni baxışlar.Sağlamlıq Jurnal Bakı, 2004, № 03

5.Mandibulyar və torusal anesteziya zamanı qanaxmalara yardım.Qafqazın Stomatoloji Ye-nilikləri Jurnalı. №8, 2004

XARİCİ QRANTLAR

Dos. Həsənov F.İ. Amerikada nəşr edilən beynəlxalq reytinqli “Craniofasial” jurnalında. “A new Approach in management of orbital adherence syndrome” (Orbital yapışma sindromunun idarə edilməsində yeni yanaşma) adlı məqalə Q2 dərəcəsinə layiq görülüb

 

 

 

 

 

 

Üzv olduğu qurum

1. Türkiyə Antalya Azərbaycan implantoloqlar ictimai birliyin üzvü 2000ci ildən

2. EDAT implantoloqlar (türkiyə) cəmiyyətinin üzvü 2014cü ildən

3. İTİ Beynəlxalq Birliyin üzvü 2014-ci il

4. 2016-cı ildən Türkiyə-Azərbaycan Elm və Əbədi əsər sahibləri birliyinin üzvüyəm

5. Azərbaycan Ağız və üz-çənə cərrahları Cəmiyyətinin üzvü