Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Tələbəlik illərində, yəni 2001-2004-cü illərdə 1 saylı şəhər klinik xəstəxanasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsində tibb qardaşı vəzifəsində çalışmışam. 2004-cü ildə həmin Universiteti fərqlənmə diplomu ilə başa vurmuş, 2005-ci ildə ATU-nun İnternatura şöbəsinin göndərişi ilə 1 saylı şəhər klinik xəstəxanasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsində internatura keçmişəm. İnternaturanı bitirdikdən dərhal sonra Azğrbaycan Silahlı Qüvvələrində xidmət etməyə çağırılmış və cəbhə bölgəsində “N” saylı hərbi hissədə xidmət etmişəm.

2008 - 2011-ci illərdə ATU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasının doktorantı olmuşam. 2011-ci ildə “Üz-çənə nahiyyəsinin travmatik zədələnmələri zamanı regionar limfatrop terapiyanın patogenetik əsaslandırılması” mövzusunda tibb üzrə fəlsəfə doktoru dissertasiyasını başa çatdırmış, 2012-ci ildə müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. 2012-ci ildən 2018-ci ilə qədər Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının baş laborantı vəzifəsində çalışmışam. 2018-ci ildə ATU-nun rektorunun əmri ilə ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti təyin edilmişəm və hazırda o vəzifədə çalışıram. Stomatologiya fakultəsinin Azətbaycan, rus və ingilis bölmələrinin tələbələrinə ağız və üz-çənə cərrahiyyəsi fənnindən praktik dərslər tədris edirəm. 2015-ci ildən “Şəkərli diabet xəstələrində parodont toxumasının cərrahi əməliyyatlarının ağırlaşmalarının profilaktikasında limfatrop fitoterapiyanın klinik-eksperimental əsaslandırılması” mövzusunda doktorluq dissertasiyası üzərində çalışıram. Bu vaxta qədər dissertasiyanın mövzusuna dair çoxsaylı elmi işlər nəşr etmişəm.

Nailiyyətlər (adlar)

Tələbələri tələbə elmi cəmiyyətinə təqdimatlara hazırlamaq.

Beynəlxalq cərrahi konqreslərdə təqdimatlar. Həmçinin innovativ cərrahi metodlar inkişaf etdirmək.

 

 

 

 

 

 

Peşə və pedaqoji inkişaf

Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya kersları.

E. Aliyev ,,International Cranio and Oral Maxillo Surgery Singapour 2025,, // May 22 – 25, 2025, in Singapur, master klass iştirak.

 

 

 

Məqalə

1. Алиев Э.М. Нарушения иммунной реактивности и гемостаза в патогенезе сахарного диабета, значение их коррекции в профилактике и лечении воспалительных осложнений в практике пародонтальной хирургии// Sağlamlıq (elmi-praktiki jurnal), 2019, № 3,s.28-32

2. Əliyev M.X., Əliyev S.C., Məmmədzadə A.Y., Əliyev E.M., Əliyev O.S., Ağaməliyeva Ü.C., Şahverdiyev H.G., Niftəliyeva S.F., Bərəlova A.T. Diabetik angiopatiyaların patogenezində limfa dövranı pozulmasının damardaxili pozulmasının damardaxili mexanizmlərinin rolu//Azərb. Tibb Jurnalı, 2019, №3, s. 77-83. (SCOPUS- Beynəlxalq indeksləmə və xülasələndirmə bazasına daxildir)

3. Bədəlova A., T., Əliyev E.M., Qasımova A.Ş., Hüseynova Ş.M., Hacıyeva S.İ., Əhmədzadə Ü.İ. Eksperimental şəkərli diabet zamanı Qafqaz böyürtkəni (Rubus caucasicus F.) ekstraktınının antioksidant və limfastimuləedici təsiri// Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, 2020, №1, s.19-22. (SCOPUS- Beynəlxalq indeksləmə və xülasələndirmə bazasına daxildir)