
2008-ci ildə ATU-nun stomatologiya Fakultəsinə qəbul olmuşam. 2013-cü ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişəm. Həmin ildə rezidenturaya qəbul imtahanında fakultə üzrə ən yüksək bal toplayaraq ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasına qəbul olmuşam. 2013-2018-ci illərdə kafedrada həkim rezident vəzifəsində işləmişəm. 2018-ci ildə rezidenturanı bitirib təyinatla ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasına göndərilmiş və baş laborant vəzifəsinə təyin edilmişəm. 2018-ci ildən kafedrada baş laborant vəzifəsində çalışıram. 2022-ci ildən kafedrada saat hesabı dərs aparıram.
2008-2013 Azərbaycan Tibb Universiteti stomatologiya
2013-2018 Azərbaycan Tibb Universiteti Üz-çənə cərrahiyyəsi ixtisası üzrə rezidentura
AzOMFS-un I Beynəlxalq konqresi, oktyabr 2019;
AzOMFS-un II Beynəlxalq konqresi, 12-14 oktyabr 2023;
AzOMFS-un III Beynəlxalq konqresi, 9-11 oktyabr 2025