Bioqrafiya
Abdullayev Ziyadxan Əmirxan oğlu, 01.03.1991-ci ildə Qəbələ rayon Yenikənd kəndində, qulluqçu ailəsində anadan olub. 1996-2006-cı illərdə Qəbələ rayon Yenikənd kənd orta məktəbində, 2006-2008-ci illərdə Bakı şəhəri Kimya Biologiya təmayüllü liseydə təhsil alıb. 2008-2014-cü illərdə ATU-nun II Müalicə Profilaktika Fakultəsində təhsil alıb. 2014-2016-cı illərdə ATU-nun Psixiatriya kafedrasında rezidentura təhsili alıb. 2017-2021-ci illərdə Qəbələ Müalicə Diaqnostika Mərkəzində həkim-psixiatr kimi fəaliyyət göstərib. 2021-ci ildən ATU-nun Psixiatriya kafedrasında baş laborant vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
Təhsil
1. Azərbaycan Tibb Universiteti, II Müalicə Profilaktika fakultəsi / 2008-2014
2. Azərbaycan Tibb Universiteti, Psixiatriya kafedrası / 2014-2016