Bioqrafiya
Rəhimə Eldarova-Quliyeva Samir qızı, 30 mart 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Respublika İncəsənət Gimnaziyasında orta təhsilini alıb. 2012-2016-ci illərdə Xəzər Universitetinin “Humanitar və sosial elmlər” fakültəsinin, “Psixologiya” ixtisası üzrə bakalavr təhsili alıb. 2015-ci ildə Türkiyə / İstanbul, Bakırköy zehni və nevroloji xəstəliklər xəstəxanasında klinik psixoloq köməkçisi kimi təcrübə keçib. 2015/2016 (iki akademik semestr) Azərbaycan 1 saylı Respublika Psixiatriya Xəstəxanasında könüllü təcrübəçi olaraq çalışıb. 2016-2018-ci illərdə Xəzər Universitetində “Klinik psixologiya” ixtisası üzrə magistratura təhsilini alıb, fəqrlənmə diplomu ilə bitirib. 2020-2021ci illərdə Bakı Slavyan Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında müəllim vəzifəsində çalışib. 2021-ci ildən Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında baş laborant vəzifəsində çalışır. Ailəlidir, bir övladı var.
Akademik fəaliyyət
Müəllim / Bakı Slavyan Universiteti 2020-2021.
Baş laborant / Azərbaycan Tibb Universiteti Psixiatriya kafedrası, 2021-ci ildən hal-haziradək.
Təhsil
Bakalavr / Psixologiya Azərbaycan/Bakı Xəzər Unuversiteti – 2012-2016
Magistratura / Klinik psixologiya Xəzər universiteti – 2016-2018
Peşə və pedaqoji inkişaf
Klinik psixoloq /psixoloq köməkçisi Bakırköy zehni və nevroloji xəstəliklər Xəstəxanası / 2015 Türkiyə/İstanbul,
EMDR Psixoterapevt / EMDR Europe May, 2023