Əliyev Məğrur Möhtərəm oğlu orta məktəbi qızıl medalla bitirdikdən sonra 1992-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (hazırki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) təhsil alaraq, oranı da fərqlənmə diplomu ilə başa vurub. İkinci ali təhsil kimi 2006-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə və kredit ixtisası üzrə bitirib.
1995-ci ildən etibarən Azərbaycanın aparıcı qəzet, sayt və televiziya kanallarında rəhbər vəzifələrdə çalışıb. Hazırda Azərbaycan Tibb Universitetinin mətbuat orqanı olan “Təbib” qəzetinin baş redaktorudur.
2006-2007-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində leytenant və baş leytenant rütbələrində həqiqi hərbi xidmətdə olub.
2020-ci il sentyabrın 21-dən ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırılıb, 2021-ci il yanvarın 2-də ordu sıralarından tərxis olunub. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində iştirak edib və yaralanıb. Barəsində 3-cü qrup müharibə əlilliyi təyin edilib. Ali Baş Komandanın İlham Əliyevin sərəncamları ilə döyüşlərdəki şəxsi şücaətinə görə, Füzuli, Qubadlı və Şuşanın işğaldan azad olunması və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.
2025-ci ildən hal-hazıradək ATU-nun İctimai fənlər kafedrasında 0,5 ştat vahidi baş laborant vəzifəsində çalışır.M.Əliyev intizamlı, mədəni, öz işini bilən əməkdaş kimi professor-müəllim və tələbə heyətinin hörmətini qazanıb.
Azərbaycan Tibb Universiteti *2021-hazıradək
Azərbaycan Tibb Universiteti *2021 Baş redaktor, baş laborant
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası *1992-1997
Azərbaycan Dövlət İqtisad Universiteti *2006-2008