
1986-cı ildə N.Nərima-nov adına Azərbaycan Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.1987-1989-cu illərdə Moskva şəhərində hərbi mükəlləfiyyətini yerinə yetirmişdir. 1994-cü ildə institutu bitirmişdir.1994-1996-cı illərdə Azərbaycan Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında kliniki ordinatura keçmişdir.1996-1999-cu illərdə eyni adlı kafedrada əyani aspirantura təhsili almışdır. Aspirantura dövründə elmi işlə məşğul olmuş və aspiranturanın sonunda elmi işini müvəffəqiyyətlə başa çatdırmışdır.
2000-ci ildə kafedrada asistent vəzifəsində iş fəaliyyətinə başlamışdır. 2005-ci ildə “Aşağı ətrafların uzun borulu sümüklərin çoxqəlpəli sınıqlarının müalicəsinin müqayisəli qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və tibb elmləri namizədi adına layiq görülmüşdür.
2015-ci ildə Türkiyənin Adana şəhərində yerləşən Acıbadəm klinikasında “Bud-çanaq və diz artroplastikası üzrə ixtisas-laşdırma kursu” keçmişdir. 2018-ci ilə kimi kafedranın asistenti vəzifəsində çalışmışdır. 2018-ci ildə universitetin Böyük Elmi Şurasının qərarı ilə kafedranın dosenti vəzifəsinə seçilmişdir.
1994-1996 – ATU, Travmatologiya və ortopediya kafedrası, kliniki ordinator
1996-1999 – ATU, Travmatologiya və ortopediya kafedrası, əyani aspirant
2000-2018 – ATU, Travmatologiya və ortopediya kafedrası, asistent
2018-ci ildən bəri – ATU, Travmatologiya və ortopediya kafedrasının dosenti
Azərbaycan Tibb Universiteti II müalicə-profilaktika fakültəsi 1986-1994
2024-cü ildə AAK tərəfindən dosent el-mi adı “Dosent attestatı” ilə rəsmiləşdirilmişdir. Hal-hazırda universitetin Travmatologiya və ortopediya kafedrasında kafedra müdirinin tədris işləri üzrə müavini vəzifəsində çalışır.
“Travmatologiyanın əsasları” (dərs vəsaiti)
“İmmobilizasiya” (tədris-metodik vəsait)
Cərrahiyyə jurnalı. 2022.№4(1). səh.67. ISSN-1994-4918 / İ.A.İsayev,A.M.Əkbərov,A.Ş.Məmmədov,İ.İ.Mətiyev.
Yeni Azərbaycan Partiyası.
Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosasiyası.