Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1971-cı ildə N.Nərimanov adına  Azərbaycan Tibb İnstitutunun  müalicə profilaktika fakültəsinə daxil olmuşdur.1977-1978-ci illərdə Bakı şəhər Təcili Tibbi Yardım Xəstəxanasında cərrah ixtisası üzrə internatura keçmişdir.1978-1979-cu illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhər poliklinkasında cərrah işləmişdir.

1979-1988-ci illərdə Tərtər rayon mərkəzi xəstəxanasında cərrah işləmişdir.1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda “Travmatologiya “ ixtisası üzrə aspiranturaya qəbul olmuşdur.1992-ci ildə tibb elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir.1992-1993-cü illərdə Qarabağ müharibəsində iştirak etmişdir.

1991-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin “Travmatologiya və ortopediya” kafedrasında assistent vəzifəsində çalışmışdır.

2007-ci ildə Azərbaycan Tibb Universitetinin Travmatologiya və ortopediya kafedrasında dosent vəzifəsində çalışmış. “Çanağın polistruktur zədələnmələrinin diaqnostikası və müalicəsi” mövzusu üzrə doktorluq dissertasiyasını təhsildən sonra Xarkov Tibb Akademiyasında yerinə yetirmişdir.

1980-2018-ci illərdə Ukrayna Respublikasının Xarkov Elmi-Tədqiqat Ümumi və Təxirəsalınmaz Cərrahiyyə İnstitutunda, Donetsk Tibb Universitetində və Təhsildən sonra Xarkov Tibb Akademiyasında “Politravma” ixtisası üzrə kurs və təcrübə keçərək ixtisas artırmışdır.2009-cu ildə Travmatologiya və ortopediya kafedrasının dosenti vəzifəsində çalışır.

Akademik fəaliyyət

1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda aspirantura.

1991-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin assitent

2009-cu ildə Travmatologiya və ortopediya kafedrasının dosenti.


 

Təhsili

Azərbaycan Tibb Universiteti I müalicə-profilaktika fakültəsi 1971-1977

 

Peşə və pedaqoji inkişaf

22- ci Təməl  Artroplastika  kursu Türkiyə-Azərbaycan  Artroplastika günləri  elmi  konfransında   “ Bud –çanaq  və diz  oynaqları  artroplastikası “ mövzusunda  biliklərin yenilənməsi.

 

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası.

Azərbaycan  Travmatoloqlar və Ortopedlər Assosasiyası.