
1984-cü ildə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinə daxil olmuş və N. Nərimanov adına adlı təqaüdlə 1989-cu ildə bitirib. Universitetin Elmi Şurasının qərarı ilə əczaçılıq fakültəsinin əczaçılıq kimyası kafedrasında baş laborant vəzifəsində saxlanılıb. 1990-ci ildə ATU-nun əczaçılıq kimyası kafedrasına “əczaçılıq kimyası və farmkoqnoziya” ixtisası üzrə aspiranturaya daxil olub və 1993-cü ildə aspiranturanı müvəffəqiyyətlə bitirib; əczaçılıq elmləri namizədidir. 1993-cü ilin oktyabr ayından 1994-ci ilin oktyabr ayına qədər əczaçılıq kimyası kafedrasında baş laborant və 1994-cü ilin oktyabr ayından 1999-cu ilin fevral ayına qədər həmin kafedrada assistent vəzifəsində işləyib. 1999-cu ilin fevral ayından 2006 ilin fevral ayına qədər ATU-nun əczaçılıq kimyası kafedrasında baş müəllim vəzifəsində çalışıb.2006-çı ilin fevral ayından hal-hazıra qədər ATU-nun əczaçılıq kimyası kafedrasında dosent vəzifəsində işləyir. 2022 ildə əczaçılıq üzrə doktorluq dissertasiyanı müdafiyə edib və 2023-cü ildən əczaçılıq elmləri doktorudur. O, 2024-cü ildən BD 4.18 Dissertasiya Şurasının “Əczaçılıq kimyası və farmakoqnoziya ixtisası (3400.02) üzrə Elmi seminarının sədridir. 2025-ci ildən Rusiyanın «Регуляторные исследования и экспертиза лекарственных средств» elmi-praktikjurnalının redaksiya heyətinin üzvüdür. 130-dən çox çap olunmuş elmi işləri var. Bunlardan beşi tədris-metodiki vəsaitdir. 11-i patentdir (ixtira), 4-ü farmakopeya məqaləsidir. Məqalələr Azərbaycan, rus və ingilis dillərində çıxan beynəlxaıq bazalara daxil olan elmi jurnallarda dərc olunub. İki hissədən ibarət “Əczaçılıq kimyası” dərsliyinin, iki hissədən ibarət dərs vəsaiti (test tapşırıqları) və metodik vəsaitlərin həmmüəllifidir. Əczaçılıq kimyası fənni üzrə tələbə-bakalavr və tələbə-magistrantlar üçün tərtib olunan testlərin tərtibatçısı və ekspertidir. Rəhbərliyi altında ondan artıq tələbə-magistrant magistr dissertasiya işlərini medafiə edib. Kafedranın və fakültənin ictimai həyatında yaxından iştirak edir. Kafedra üzrə TEC-in rəhbəri, fakültə Elmi Şuranın və fakültə “Əczaçılıq və kimya” Problem Komissiyanın üzvüdür. C. Yusifovanın bir çox elmi və pedaqoji sertifikatları var. O, 2024-2025-ci tədris ilində “İlin müəllimi” seçilib tibbi kadrların hazırlanmasında uzunmüddətli və səmərəli xidmətlərinə görə Azərbaycan Tibb Universiteti tərəfindən təşəkkürnamə ilə təltif olunub. İşlədiyi dövrdə özünü müsbət cəhətdən göstərmişdir.
Dosent Azərbaycan Tibb Universiteti 2006-cı ildən hal-hazıradək
Əczaçılıqü fakultəsi Azərbaycan Tibb Universiteti 1984-1989, aspirantura – 1990-1993
1995-ci il – Əczaçılıq üzrə fəlsəfə doktoru, 2023-cü il - əczaçılıq elmləri doktoru
1.”General English B2 level on CEFR at “British Academy” LLC sertificatı 28.06.2024-cü il.
2.Daşkənd Əczaçılıq İnstitutunda 36 saat (13.04.-26.04.2024 il) əczaşılıq kimyası və farmakoqnoziya fənnləri üzrə mühazirə və praktiki dərslərlərin aparılması.
Мирицетина //Актуальные проблемы химии природных соединений(18-19 марта 2009 г.) Ташкент, Узбекистан, 2009 г. 287
Yeni Azərbaijan Partiyasın üzvi
1.Джафарова Нигар Нураддин кызы «Определение пиридоксина и никотинамида в некоторых гепатопротекторных препаратах» 2025
2. Гафарова Нурлане Казым кызы «Хромогенные реации диоксифеннилалкиламинов и их применение в фармацевтическом анализе» 2011
3. Abdullah Saib Abdullah “Determination of some flavonoids drugs by spectrophotometry” 2016
4. Неда Аехемси Мазен УФ-спектрофотометрия в анализе ряда препаратов, содержащих эргоалкалоиды» 2018
5. Quluzadə Validə Rəhman qızı “Sefalosporin qrupuna aid bəzi antibiotiklərin analizi” 2020
6. Səmədzadə sevinc Səxavət qızı “Kortikosteroidlərin flüorlu törəmləri olan bəzi dərman vasitələrinin müasir üsullarla analizi” 2022
7. Svetlana Rəsul qızı Əsgərli “2-fenilxroman törəmlərindən olan bəzi dərman vasitələrinin müasir üsullarla analizi” 2024
8. Əhmədli Səma Namiq qızı “Bəzi kombinə olunmuş iltihab əleyhinə preparatların müasir üsullarla keyfiyyətinin təyini” 2025
9. Alqayeva Ülviyyə Fərhad qızı “İmidazol və triazol törəmələri olan bəzi antifunqal preparatların müasir üsullarla analizi” 2026
10. İsrailli Xanım Azad qızıznın Bəzi beta-laktam törəməli prepartaların müasir üsullarla tədqiq 2026