Tibb elmləri doktoru, professor, 2007-ci ildən Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri.
1978-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra 1 saylı Bakı Klinik Xəstəxanasında cərrahi stomatologiya üzrə ölkəmizdə ilk açılan birillik internaturanı keçərək cərrah-stomatoloq ixtisasını almışdır.
1979-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təyinatı ilə Naxçıvan Muxtar Respublikasında Respublika Stomatologiya Poliklinikasında cərrah-stomatoloq kimi sərbəst həkimlik fəaliyyətimə başlamışdır.
1980-ci Moskva şəhərində Qersen adına Onkoloji ETİ-nun baş-boyun cərrahiyyəsi şöbəsində ixtisasartırma kursu keçərək baş-boyun onkoloq adını qazanmış və bundan sonra Naxçıvan Muxtar Respublikasında Respublika Onkoloji dispanserdə baş-boyun onkoloqu vəzifəsinə əvəzçilik üzrə işə götürülmüşdür.
1981-ci ildə Moskva şəhərində Ümummittifaq Onkologiya Mərkəzinin məqsədli aspiranturasına daxil olub 1984-cü ildə “Baş və boyun dərisinin melanoması. Proqnostik faktorların öyrənilməsi” adlı dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi adı qazanmış və vətən qayıtmışdır.
1985-1986-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda baş elmi işçi olmuş, 1986-1992-ci illərdə isə doktorluq dissertasiyasını hazırlamaq üçün Moskva Tibb Akademiyasına ezam olunmuşdur.
1990-cı ildə Qanlı Yanvar hadisələrində Moskvada azərbaycanlıların etiraz mitinqlərinin keçirilməsində təşkilatçıların biri olmuşdur.
1992-ci ildə Moskva Tibb Akademiyasında “Baş və boyunun yumşaq toxumalarının irinli-iltihabı xəstəliklərinin müalicəsində antioksidant terapiyasının yeri” adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 36 yaşında keçmiş SSRİ-də üz-çənə ixtisası üzrə ən gənc tibb elmləri doktoru adına layiq olmuşdur. Ç.Rəhimov Moskva Tibb Akademiyasında üz-çənə cərrahiyyə kafedrasında qalıb işləmək təklifinə baxmayaraq vətənə qayıdmaq istəyini üstün tutur və 1992-ci ildə Azərbaycan Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasında professoru vəzifəsinə təyin olur.
Azərbaycanda elmi və praktik fəaliyyətini davam etdirən Ç.Rəhimov ən yüksək idarəetmə orqanlarına dəvət olunur.
1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdir müavini (səhiyyə və sosial problemləri əhatə edən sahə üzrə kurator), 1993-1998-ci illərdə isə Nazirlər Kabinetinin səhiyyə və sosial problemlər şöbəsinin müdiri vəzifələrində çalışır.
1995-ci ildə Kopenhagendə (Danimarka) Dünya Sosial Məsələlər Sammiti keçirilirdi. Həmin tədbirə Ç.Rəhimov Azərbaycan nümayəndə heyyətinin işçi qrupun rəhbəri təyin edilmişdir. Ümummilli lider, Azərbaycan Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə Ç.Rəhimov Sammitin Yekun Bəyannaməsinə ölkəmiz adından imza atmışdır.
1997-2000-ci illər ərzində Ç.Rəhimov BMT-nin narkotiklərlə mübarizə üzrə (UNDP Drugs Control Proqramm) Azərbaycan Respublikasında Milli Kordinatoru vəzifəsində çalışıb və bir sıra beynəlxalq tədbirdə ölkəmizi təmsil edib.
1998-ci ildə məmurluq vəzifələrindən uzaqlaşaraq müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Cərrahi Stomatologiya kafedrasında professor yerini tutur. 1999-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə Ç.Rəhimov professor adını alır.
2004-2014-ci illərdə ATU-nun əməkdaşı olaraq Bakı şəhərində Kliniki Tibbi Mərkəzin üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsinə təyin edilir.
2007-ci ildən müsabiqə yolu ilə ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsinə seçilmişdir və sonradan 2012-ci, 2018-ci, 2024- ci illərdə bu vəzifəyə yenidən seçilmişdir.
Kafedraya rəhbərlik etdiyi ilk günlərindən professor Rəhimov fənn üzrə Tədris Proqramı üzərində çalışmış, onu köklü sürətdə yeni tələblərə uyğun dəyişərək Elmi Şurada təsdiq etmiş və mütamadi olaraq bu sənədi təkmilləşdirir. Universitetdə Azərbaycan, Rus və İngilis dilində Tədris Proqramına uyğun mühazirələri aparır.
Kafedranın praktiki fəaliyyətini genişləndirərək kəllə-üz-çənə cərrahiyyəsi sahəsində dünyanın ən qabaqcıl metod və texnologiyalarını ölkəmizdə ilk dəfə tədbiq edir.
Kompüterlə virtual əməliyyat öncəsi planlaşdırmaya əsaslanaraq, geniş bir şiş prosesi olan xəstələrdə, bir mərhələdə alt çənənin subtotal rezeksiyası həyata keçirildi: naviqasiya cihazından istifadə edərək donor sahəsindəki fibula üzərində diş implantları, mandibular sümüyün bütövlüyünü bərpa etmək üçün damar pedikülünə bu sümüyün avtotransplantasiyası və implantlara ortopedik quruluşun birbaşa quraşdırılması. Nəticədə çənəsini itirən bir xəstənin, adekvat qidalanma, danışıq və üz formasının tam bərpası ilə bir mərhələli əməliyyatı həyata keçirilir.
Əldə olunan nəticələr, beynəlxalq üz-çənə cərrahları birliyi tərəfindən qiymətləndirildi və Amerikanın nüfuzlu elmi jurnalında nəşr üçün yer aldı.
2017-ci ildən etibarən, professor Ç.Rəhimovun rəhbərliyi altında dünya praktikasında ilklərdən olan, ən yeni rəqəmsal texnologiyaların istifadəsi üzərində işlərə başlandı: rekonstruktiv kəllə-üz- çənə cərrahiyyəsində artırılmış reallıq eynəkləri.
2-ci Qarabağ Müharibəsi (Vətən Müharibəsi) başladığı gündən etibarən, professor Çingiz Rəhimov və rəhbərlik etdiyi kafedranın əməkdaşları ordunun və mülki əhalinin tibbi təminatında iştirak etmək üçün ölkənin hər hansı bir guşəsinə getməyə hazır olduğu barədə Səhiyyə Nazirliyinə müraciət etdi. Ç.Rəhimovun təşəbbüsü ilə Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyi döyüş əməliyyatları zamanı yaralılara yüksək ixtisaslı yardım göstərmək üçün Universitetin Cərrahi Klinikasını açdılar. Şəxsən onun iştirakı ilə əksəriyyəti təkrardan döyüşə hazır şəkildə qızğın cəbhə bölgələrinə qayıtmış 100-dən çox yaralı üçün ən mürəkkəb rekonstruktiv əməliyyatlar aparıldı.
Bu günə qədər 200-dən çox elmi işin (H-indeks=10), o cümlədən 2 ixtiranın, 2 səmərələşdirici təklifin və 5 tədris metodik vəsaitin müəllifidir. 2022-ci ildə işıq üzü görmüş 2 cildli Stomatoloqlar üçün İngiliscə-Azərbaycanca-Rusca izahlı tibbi lüğətin müəllifidir. Kafedrada çalışdığım dövrdə onun rəhbərliyim altında 12 gənc alim tibb üzrə fəlsəfə doktoru adını qazanmışdır, eləcə də 4 elmi işin elmi məsləhətçi olmuşdur. Hazırda tibb üzrə 2 doktorluq dissertasiya işlərinin elmi məsləhətçisi 3 tibb üzrə fəlsəfə doktoru işinin elmi rəhbəridir. Ç.Rəhimov bir sıra xarici elmi nəşrlərin redaksiya heyətinin üzvüdür. Tibb Universitetinin Böyük Elmi Şurasının və Stomatologiya Fakültəsinin Elmi Şurasının üzvüdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dissertasiya işləri üzrə ixtisaslaşdırılmış Elmi Şuranın sədr müavini vəzifəsində fəaliyyət göstərmişdir.
Professor Rəhimov elmi-praktiki işlərin nəticələrini dünyada keçirilən tibbi forumlarda müzakirəyə çıxarıb, Azərbaycan tibb elminin inkişafını layiqincə təmsil edir. Nəticə olaraq dəfələrlə dəvətli məruzəçi kimi bir çox nüfuzlu beynəlxalq Konqreslərə dəvət almışdır. Professor Ç.Rəhimov eyni zamanda Dünya üz-çənə cərrahlar Cəmiyyətinin 1-ci vitse-Prezidentidir. Avropa kəllə-üz-çənə cərrahlar Cəmiyyətinin Azərbaycan üzrə konsuludur.
Ç.Rəhimovun namizədliyi Avropa Kranio-Maksillofasial Cərrahları Assosiasiyasının (EACMFS) prezidenti vəzifəsinə tibb ictimaiyyəti tərəfindən 3 dəfə irəli sürülmüşdür.
Namizədlər arasında 40 Avropa ölkəsinin nümayəndələri olduğu halda, bu seçkilərdə Ç.Rəhimov final mərhələsinə qalan 2 namizəddən biri olmuşdur. Hər dəfə EACMFS təşkilatın İcra Komitəsi qərəzli mövqe tutaraq, ikili standartlar tədbiq edərək, seçki prosesinə müxtəlif təzyiq göstərmiş (ölkəmizə qarşı olan bele münasibətlər bizə yaxşı məlumdur) nəticədə professor Ç.Rəhimov az bir say fərqi ilə (birincidə 7 səs, ikincidə 3 səs, üçüncüdə 2 səs) bu vəzifəni tuta bilməmişdir.
2017-ci ildə Ç.Rəhimov həmkarları ilə birlikdə Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətini (AzOMFS) təsis edərək bu qururma rəhbərlik edir.
AzOMFS Beynəlxalq Ağız və Üz-Çənə Cərrahlarının Assosiasiyasının (İAOMS) və Avropa Kəllə Üz-Çənə Cərrahları Assosiasiyası (EACMFS) tərəfindən rəsmi tanınıb.
Cəmiyyət fəaliyyəti dövründə Ç.Rəhimovun sədirliyi altında bir neçə böyük beynəlxalq tədbirlər keçirərək ölkəmizdə bu sahədə ixtisasın inkişafına nail olmuşdur.
2018-ci ildə AzOMFS-nın Təqdimat Mərasiminə həsr olunmuş Elmi Forum keçirilir.
2019-cu ildə AzOMFS-un 1-ci Beynəlxalq Konqresini keçirilir.
2023-ci ildə AzOMFS 2-ci Beynəlxalq Konqresini keçirilir.
2025-ci ildə AzOMFS 3-ci Beynəlxalq Konqresini keçirilir. Ç.Rəhimovun təşəbbüsü ilə Konqres günlərində Türk dövlətlərinin Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətləri birgə fəaliyyətlərinin koordinasiyası üçün Memorandum imzalamışdılar.
Professor Ç.Rəhimovun şəxsi təşəbbüsü ilə Cəmiyyətin üzvləri lazımi vəsait toplayaraq xeyriyyəçilik məqsədi ilə hərbi münaqişənin ilk günlərində Ukraynalı həmkarlarına tibbi ləvazimatla humanitar yardım, zəlzələyə düçar qalmış Türkiyəyə maddi yardım kimi aksiyaları həyata keçirmişdir.Hazırda Professor Ç.Rəhimovun 47 illik praktiki, 44 illik elmi və 33 illik pedaqoji təcrübəsi var.
ATU-da Stomatloji fakültədə “Ağız və üz-çənə cərrahiyyəsi” fənni üzrə azərbaycan, rus və ingilis dillərində mühazirələr aparır.
1973-1978 Azərbaycan Tibb Univertsiteti, Stomatologiya Fakultəsi
1978-1979 1 saylı Bakı şəh. xəstəxanasının üz-çənə cərrahiyyəsi şöbəsində 1 illik internatura
1980- Moskva şəhərində Hersen adına Russiya Onkoloji İnstitunda 6 aylıq iş yeri
1981-1984- Moskva şəhərində Ümumittifaq Onkologiya Mərkəzində Baş və boyun şişləri şöbəsində məqsədli aspirantura
1986-1992- Moskva şəhərində Moskva Tibb Akademiyasında üz-çənə cərrahiyyəsi klinikasında doktorantura
1984 il Moskva şəhərində Ümumittifaq Onkologiya Mərkəzdə “Baş və boyun nahiyyəsinin dərisinin melanoması” adlı namişədlik dissertasiyasını müdafiə edərək TİBB ELMLƏRİ NAMİZƏDİ adı alıb.
1992-ci ildə Moskva şəhərində Mərkəzi Elmı-Tədqiqat Stomatologiya İnstitutunda“Baş və boyunun yumşaq toxumalarının irinli iltihabı proseslərinin müalicəsində antioksidantların yeri və rolu“adlı doktorluq dissertasiyasını müdafiə edərək TİBB ELMLƏRİ DOKTORU adına layıq olub.
36 yaşında keçmiş SSR-idə üz-çənə cərrahlar arasında o dövrün ən gənc tibb elmləri doktoru adına layiq olub.
1999- Azərbaycan Tibb Universitetinin Cərrahi Stomatologiya kafedrasının PROFESSORU adı verilib
2025 il Beynəlxalq Üz-çənə cərrahlar Kolleci 1-ci Vitse Prezidenti seçilib
1979-1981 Naxçıvan Muxtar Respublikasında ağız cərrahı kimi sərbəst peşə fəaliyyətinə başlayıb.
1981-1984 Moskva şəhərində Ümumittifaq Onkologiya Mərkəzinin baş və boyun şişləri şöbəsində məqsədli aspirantura.
1986-1992 Moskva şəhərində Moskva Tibb Akademiyasının üz-çənə cərrahiyyəsi kafedrasında doktorantura.
1992 - bu günə kimi Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professoru
1992-1993 Azərbaycan Respublikası Prezidentinin İcra Apparatının Humanitar siyasət şöbəsinin müdir müavini (səhiyyə və sosial problemləri əhatə edən sahə üzrə kurator).
1993-1998 Azərbaycan Respublikası Nazirlər Kabinetiinin Səhiyyə və sosial problemlər şöbəsinin müdiri.
1997-2000 BMT-nin Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi.
2004-2015 Səhiyyə Nazirliyinin Bakı şəhəri 1 saylı klinik Xəstəxanasının üz-çənə cərrahiyyə şöbəsinin müdiri.
2007, 2012, 2018, 2024 illərdə Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsinə seçilib
Rəqəmli texnologiyaların tədbiqi ilə kəllə-üz qüsur və deformasiyalarda rekonstruksiya əməliyyatları
Gicgah-çənə oynağının cərrahi müalicəsi / Orbita rekonstruksiyası
AO prinsiplər əsasında üz-skeleti sümükləri sınıqlarının müalicəsi
Üz-çənə implantasiyası / Ciddi atrofiyaya uğramış çənələrdə dental implatasiyanın aparılması
Rəhimov Ç.R. Stomatoloji izahlı tibbi lüğət (İngiliscə-Azərbaycanca-Rusca) (A-G). I-ci nəşr. Bakı.Letterpress. 2022.-682 səh.
Stomatoloji izahlı tibbi lüğət (İngiliscə-Azərbaycanca-Rusca) (H-Z). I-ci nəşr. Bakı.Letterpress.2 022.-650 səh.
Rəhimov Ç.R., Sultanova N. N.Burun sümüklərinin sınıqlarının diaqnostika və müalicə alqoritmi. Dərs vəsaiti,Bakı,2014.
Üz-çənə nahiyəsinin infeksion iltihabi və parazitar xəstəlikləri.//Rəhimov Ç.R., Hüseynov Ə.H., Əhmədov E.T., Quliyev S.B. Tədris metodik vəsait, Bakı, 2003, 85 s.
Dental implanologiyada sənədləşdirilmənin aparılması.//Rəhimov Ç.R., Tədris metodik vəsait., Bakı, 2003. 20 s.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin yanında İnformasiya Texnologiyaların İnkişaf Dövlət Fondu tərəfindən verilən grant. Layihənin adı: “Virtual cərrahiyyə” Qrantın müddəti:09/01/2018-03/01/2019
• Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin sədri
• Beynəlxalq Üz-Çənə Cərrahları Kollecinin Birinci Vitse-prezidenti
• Beynəlxalq Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin fəal üzvü
• Avropa Kraniomaxillofasial Cərrahlar Cəmiyyətinin konsulu
• Rusiya Baş və Boyun Onkoloqları Cəmiyyətinin üzvü
• Azərbaycan İmplantoloqlar Cəmiyyətinin fəxri üzvü
• Avropa Osseointeqrasiya Akademiyasının Kraniomaxillofasial Cərrahiyyə üzrə eksperti
1996 il Mitra Calal qızı Mirməhmmədi - Antioksidan və limfostimullaşdırıcı təsirli dərmanlarla üz sümüklərinin sınığı olan xəstələrdə irinli-iltihabi ağırlaşmaların qarşısının alınması və müalicəsi
1998 il Elçin Təyyar Əhmədov - "Gicgah-çənə oynağının revmatik və travmatik artritlərinin kompleks müalicəsində antioksidant preparatların tətbiqi" mövzusunda tibb üzrə fəlsəfə doktoru (PhD) dissertasiyası müdafiə etmişdir.
2005 il Aqil Əkpər oğlu Hüseynov - Dental implantasiyadan sonra reparativ proseslərin antioksidant və limfstimulsedici preparatlarla optimalasdirilmasi
2005 il Gülarə Elxan qızı Kərimova - Onkoloji xəstələrdə şiş əleyhinə kimya terapiyası zamanı ağız boşluğunun orqan və toxumalarında baş verən zədələnmələrin profilaktikası və müalicəsi
2006 il Faik Əmrahov - Ağiz boşluğunun və üz-çənə nahiyyəsinin yumşaq toxumalarının travmatik zədələnmələri zamanı onlarn limfodrenaj və detoksikasiyon funksiyalarının antioksidant və limfostatik preparatlarla tənzimlənməsi
2009 İsmayıl Mаhmud oğlı Fərzəliyev - Üz-çənə nahiyəsinin qüsur və deformasiyası olan xəstələrdə sürətli tibbi prototipləşmə və virtual modelləşdirilmə üsullarinin istifadə etməklə bərpaedici əməliyyatların təkmilləşdirilməsi
2011 il Elmar Mamed oğlı Əliyev - Üz-çənə nahiyyəsinin travmatik zədələnmələri zamanı regionar limfatrop terapiyanın patogenetik əsaslandırılması
2016 Tamraz Raqib oğlı Guliyev - Ağız boşluğunda əməliyyatdan sonrakı yaraların kliniki-morfoloji xüsusiyyətləri və effektiv diaqnostika, müalicə alqoritmlərinin işlənilməsi
2020 il Emin Ağalar oğlu Həsənov - Üz-çənə nahiyəsinin qüsur və deformasiyaları olan xəstələr üçün əməliyyatdan əvvəl və əməliyyatdan sonrakı ortopedik müalicənin təkmilləşdirilməsi
2021 Əhmədov Sirac Qurban oglu - Orbita sınıqları ilə olan xəstələrdə virtual planlaşdırılmadan istifadə etməklə cərrahi müalicənin effektivliyinin artırılmas
2024 il Sadıqov Elshad Мубариз - Ağız suyu vəzilərinin noneoplastik və neoplastik patologiyaların radioloji semiologiyası
2025 il Cəmilə Əliyevə Gicgah-çənə oynağının daxili pozğunluqlar zamani maqnit-rezonans tomoqrafiyanin diaqnostik göstəricilərinin optimallaşdirilmasi