Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Hüseynli Rüfət Akif oğlu 28 dekabr 1973-cü ildə Bakı şəhərində anadan olub.1990-cı ildə Bakı şəhəri 9 saylı orta məktəbi bitirib.Həmin il N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsinə qəbul olunub.1995-ci ildə Azərbaycan Tibb Universitetindən məzun olub. 1995 -1996-cı illərdə Bakı şəhəri 11 saylı stomatoloji klinikada həkim-interna olaraq fəaliyyət göstərib. 1997 - ci ildən  2014 - cü ilə qədər təsis etdiyi “Mirvari Diş” stomatoloji klinikasında baş həkim olaraq çalışıb.  2005-ci ildə Ankara Universiteti Diş həkimliyi fakültəsinin  nəzdində  diplomdan sonrakı təhsil proqramı çərçivəsində "dental implantasiyada üstün cərrahiyyə " modul kursunu müvəffəqiyyətlə bitirib.

 2014-cü ildə Azərbaycan Tibb Universitetində stomatologiya ixtisası üzrə doktoranturaya qəbul olunub.  2018-ci ildə  “Dental implantasiyada tətbiq edilən cərrahi şablonun  hazırlanma üsulunun təkmilləşdirilməsi”  mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2018 - ci ildə Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasında baş laboran,2019 - 2024-cü illər ərzində  assistent olaraq fəaliyyət göstərib.2024-cü ildən ATU ortopedik stomatologiya kafedrasının dosentidir. “Ortopedik stomatologiya.İmplantüstü protezlər”  adlı  dərsliyin həmmüəllifidir. Dərslik azərbaycan,rus,ingilis dilləri olmaqla 3 dildə  çap edilmişdir. Bir çox beynəlxalq və yerli konfranslarda məruzəçi olaraq çıxış etmişdir. 40-a yaxın elmi məqalənin müəllifidir.AMEA-nın Elmi işlərin əlaqələndirmə Şurasında stomatologiya üzrə ekspert olaraq çalışmışdır. Avropa Osteointeqrasiya Cəmiyyətinin (EAO) üzvü,Azərbaycan Peşəkar Ortoped Stomatoloqlar İctimai Birliyinin  İdarə heyətinin üzvüdür. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 22 sentyabr 2025 -ci il tarixli əmri ilə Ə.Əliyev adına Azərbaycan  Dövlət Həkimləri Təkmilləşdirmə institutunun beynəlxalq əlaqələr üzrə prorektoru  vəzifəsinə təyin edilmişdir.

Təhsil

1990 - 1995 - Stomatologiya

Azərbaycan Tibb Universiteti

Akademik fəaliyyət

1. 2014 - 2017 - Doktorant. Azərbaycan Tibb Universiteti

2. 2018 - 2020 - Baş laborant. Azərbaycan Tibb Universiteti

3. 2020 - 2024 - Assistent. Azərbaycan Tibb Universiteti

4. 2024 - hal hazıradək - Dosent. Azərbaycan Tibb Universiteti

Peşə və pedaqoji inkişaf

1.Temel Oral implantoloji mezuniyyet sonrası egitim programı.Ankara Universiteti Sürekli Egitim Merkezi 2006. Ankara .Türkiyə.

2. Bego İmplant Akademiyası. Dental implantalogiya və müxtəlif klinik hallarda protezləmə kursu. Bremen. Almaniya. avqust 2009

3. Avropa Osteointeqrasiya assosiasiyası Stokholm konfransı 2015 sentyabr Stokholm İsveç.

4. Avropa Osteointeqrasiya Assosiasiyası  Madrid  Confransı 2017 5 - 7 oktyabr Madrid İspaniya

5. EuroPerio Kopenhagen konfransı 22.İyun 15 - 18 Kopenhagen.Danimarka.

Kitab

”Ortopedik stomatologiya İmplantüstü protezlər”dərslik.N.A.Pənahov. Bakı.”Red-N-Line MMC” mətbəəsi. 2020

“Prosthodontics. İmplant prosthetics” textbook.N.A.Panahov,J.G.Hajiyev. Baku.”MSV Nəşr”typography 2022

“Ортопедическая стоматология . протезы  на имплантах”Учебник.Н.А.Панахов,  Е.Р.Мусаев  Баку типография.

”MSV Nəşr” 2022

Məqalə

1. ”Long-term results of prosthetics wıthfıxed structures of debtures ın patıents wıth perıodontal dısease”  Danısh Scientific Journal 2022 N61 Musayev E.

2. ”Complication arising in the oral cavity in persons with ortopedic strustures”  Danish Scientific Lournal  2022 N67  Musayev E.

3. ”Impact of emergence angles of individually prepared abutments and bone implant interaction to biological width;role of gingival thickness in bone loss reduction” Dentistry/Aesthetic/Innovations Int/Scientific Journal 2023 N3  Panahov N. https://doi.org/10.34883/PI.2023.7.3.003

4. ”Socket shield technique in immediate implantation of the maxillary lateral incisor.Clinical case.” Dentistry/Aesthetic/Innovations Int/Scientific Journal 2024 N4  Panahov N. https://doi.org/10.34883/PI.2024.8.4.010

5. ”Praktik həkimə kömək”Sağlamlıq jurnalı 2023 N1   Musayev E.

6. ”Обточка режущего края зубов при протезирование винирами” Azərbaycan Təbabətinin müasir Nəaliyyətləri 2024 N3   Musayev E.  Arxməmmədova G.

Üzv olduğu qurum

Avropa Osteointeqrasiya Assosiasiyası

Azərbaycan Peşəkar ortoped stomatoloqlar ictimai birliyi