Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

19.02.1949-cu ildə Ağdaş rayonunda anadan olmuşam. 1966-cı ildə məktəbi qızıl medalla bitirib və həmin il Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə (49 qrup) daxil olmuşam.

1980-ci ildə Ə. Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının lor şöbəsində növbətçi həkim vəzifəsində işləmişəm. 1982-84-cü illərdə universitetdə LOR kafedrasında klinik ordinaturada olmuşam. Buranı bitirdikdən sonra əvvəlki işimə, növbətçi həkim vəzifəsinə qayıtmışam və eyni zamanda Azərbaycan Tibb Universitetində saat hesabı otorinolorinqologiya üzrə dərslər aparmışam. Bu illər ərzində öz sənətimi çox yaxşı mənimsəmişəm və həmişə inkişaf edərək kafedrada işləmək arzusunda olmuşam.

1994-cü ildə müsabiqə yolu ilə otorinolorinqologiya kafedrasına assistent vəzifəsinə qəbul olunmuşam. Bu illər ərzində kafedrada bir çox işlərlə məşğul olaraq o cümlədən imtahanlar üçün test suallarının hazırlanmasında iştirak etmişəm. Bu zaman tələbələrə yüksək məhəbbətim olub. 4 rezidentim olub, onların hazırlanmasında və sərbəst həkim kimi işləməklərində mənim əməyim olub.  30 yaxın məqalənin müəllifiyəm. Azərbaycan və rus dillərində dərs aparmışam.

2011-ci ildə İstanbulda allergik rinit mövzusunda keçirilmiş konfransda iştirak etmişəm.