
Quvalov Şakir İslam.Doğum tarixi: 15.05.1962.Elmi dərəcəsi və adı:DOSENT – 2018-ci ildən. Tibb üzrə fəlsəfə doktoru (tibb üzrə fəlsəfə doktoru) – 2003-cü ildən
1978-1984 — Azərbaycan Tibb Universitetinin (ATU) II profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1984–1985 — 2 saylı E.Əfəndiyev adına Şəhər Klinik Xəstəxanasında Ümumi Cərrahiyyə şöbəsində internatura keçib.
1985–1991 — Gürcüstan Respublikasının Dmanisi Mərkəzi Rayon Xəstəxanasında otorinolarinqoloq (loroloq) vəzifəsində çalışıb.
1986–1987 — Akademik C. N. Keçaqniasvilinin rəhbərliyi ilə Tbilisidə 9-cu Klinik Xəstəxanada LOR xəstəlikləri üzrə təkmilləşdirmə kursunu bitirmiş və 2-ci kateqoriyalı otorinolarinqoloq ixtisası almışdır.
1991–1993 — ATU-nun Qulaq, Burun Boğaz Xəstəlikləri Kafedrasında klinik intern vəzifəsində işləyib.
1993–2003 — Qulaq, Burun və Boğaz (LOR) xəstəlikləri kafedrasında baş laborant.
2003-dən indiyədək — Qulaq, Burun və Boğaz Xəstəlikləri kafedrasının dosenti.
2007-indiyə kimi — LOR xəstəlikləri kafedrasının tədris şöbəsinin müdiri
2003 — tibb üzrə fəlsəfə doktoru
ATU-nun LOR xəstəlikləri kafedrası ilə birgə bir çox ixtisasartırma kurslarının təşkilində iştirak etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Beynəlxalq Elmi-Praktik Otolarinqologiya Konqresi”ndə fəal iştirak etmiş və bir neçə sessiyanın moderatoru olmuşdur.
20-dən çox konfrans və simpoziumda iştirak etmiş.
Hazırda ATU-nun LOR xəstəlikləri kafedrasında elmi fəaliyyətini davam etdirir.
2003 — Mövzu üzrə doktorluq dissertasiyası müdafiə etmişdir:“Rinosinüzitin gedişində və ağırlaşmasında klinik-immunoloji göstəricilər” və tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Qulaq, burun və boğaz xəstəlikləri fənnindən test vəsituasion məsələlər - Həmmüəllif Qasımov C.L və başqaları.Bakı-2015
Burunun və udlağın xəstəlikləri. Dərs vəsaiti. Bakı-2023, 204 s.
Burun və burunətrafı ciblərinpatologiyaların diaqnostikası. Bakı-2024, 204 səh.
Burun və burunətrafı ciblərin xəstələkləri. Dərs vəsaiti. Bakı, 2024. 178 səh.
Türkiyə Beynəlxalq Sağlamlıq Təhsili və Araşdırma Dərnəyinin (USEAD) üzvüdür.
Türkiyə KBB və Baş Boyun Cərrahları Cəmiyyətinin və Azərbaycan Otorinolarinqoloqlar Cəmiyyətinin üzvüdür.