
1994 – cü il sentyabrın 1-də 153 saylı orta məktəbin 1-ci sinfinə qəbul olmuş, 1999-2000 – ci tədris ilində Türk Dünyası Bakı Atatürk Liseyinə daxil olmuşdur. 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinə daxil olmuş və 2009- cu ildə universiteti bitirmişdir. 2013-cu ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Magistr pilləsinə qəbul olmuş və 2015-ci ildə Toksikoloji kimya ixtisası üzrə bitirmişdir.
2005 - 2009-ci illər Azərbaycan Tibb Universiteti Əczaçılıq fakültəsi
2013-2015 – ci illər Azırbaycan Tibb Universiteti, Əczaçılıq fakültəsi, Toksikoloji kimya üzrə magistr təhsili
2020 - 2024 –ci illər Azərbaycan Dövlət Aqrar Universiteti, Farmakoqnoziya və Əczaçılıq kimyası ixtisası üzrə doktorantura təhsili
2009 –cu ilin aprel ayında “Zəfəran” aptekində əczaçı vəzifəsində işə başlamışdır.Həmin ilin iyul ayında “Deutsch apotheke” də əczaçı olaraq işinə davam etdirmiş və 2015-ci ilədək həmin müəssisədə çalışmışdır. 2017-ci ildən 2022-ci ilədək Azərbaycan Dövət Aqrar Universitetinin Baytarlıq fakültəsinin Əczaçılıq kafedrasında assistent vəzifəsində çalışmışdır. İşlədiyim müddətdə IV kurs tələbələrinə Toksikoloji kimya və III-IV kurs tələbələrinə Əczaçılıq kimyası fənnin tədris etmişdir. Həmçinin 2019-2020-ci ildə Gəncə Beynalxalq Klinikasında əczaçı vəzifəsində işləmişdir. 2022-ci ilin oktyabr ayından Azərbaycan Tibb Universitetinin əczaçılıq kimyası kafedrasında 0.5 ştat baş laborant vəzifəsində çalışmışdır. 2024-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasında assistent vəzifəsində işləyir.2024 cü ilin mart - iyul aylarında Türkiyə Cümhuriyyətinin Ankara şəhərinin Hacettepe Universitetinin Əczaçlıq fakültəsinin Farmakoqnoziya kafedrasında akademik ezamiyyətdə olmuşdur. Kafedranın assistenti olaraq III-IV kurs tələbələrinə Əczaçılıq kimyası fənnini, eləcə də III kurs tələbələrinə Radiofarmasiya fənnini tədris edir.
“Epilobium (Onaqra) cinsinə aid növlərin farmakokimyəvi tədqiqi və xammalın standartlaşması” mövzusu üzrə tədqiqat işini yerinə yetirir. 2024 cü ilin mart - iyul aylarında Türkiyə Cümhuriyyətinin Ankara şəhərinin Hacettepe Universitetinin Əczaçlıq fakültəsinin Farmakoqnoziya kafedrasında akademik ezamiyyətdə olmuşdur.tədqiqatın bir hissəsini orda yerinə yetirmişdir.