
Cəbrayılova Süsən Famil qızı 2015-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinə daxil olmuşdur. 2019-cu ildə bakalavr pilləsini bitirərək elə həmin ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur. 2021-ci ildə magistraturanı bitirmiş, Analitik Espertiza mərkəzində mütəxəssis vəzifəsində işləməyə başlamışdır. 2022-ci ildə isə Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasında baş laborant vəzifəsinə qəbul olunmuşdur. 2023-cü ildə Azərbaycan Tibb Universitetinin “’əczaçılıq kimyası və farmakoqnoziya “ ixtisası üzrə doktoranturaya daxil olmuşdur (qiyabi).
Azərbaycan Tibb Universiteti, Əczaçılıq fakültəsi 2015-2019-cu illər, Doktorantura 2023
Tiadiazol törəmələrinin sintezi və bioloji fəallığının öyrənilməsi
1. Süleymanov T.A., Balayeva E.Z., Abbasova S.F., Abdullayeva Ü.R. Zokardis preparatının yüksək effektli maye xromatoqrafiya ilə keyfiyyətinin təyini // Sağlamlıq Jurnalı, 2021, səh. 170
2. Abbasova S.F., Abdullayeva A.Ə., Hüseynova K.Ə., Kalium-permanqanatın spektrofotometriya üsulu ilə miqdari təyini // H.Əliyevin 100 illiyinə həsr olunmuş “ Təbabətin aktual problemləri “ , may 2023, səh 305
3. Cəbraılova S.F., Süleymanov T.A., Tiadiazol törəməsinin sintezi, quruluşunun təyini və toksikoloji tədqiqi // “Əczaçılığın müasir problemləri“mövzusunda VI beynəlxalq elmi konqresin materialları, 2025., səh 120.