Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Əliyeva (Şirəliyeva) Sevda İbad qızı — tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin Normal Fiziologiya kafedrasının baş müəllimidir. 1954-cü il 20 dekabrda Azərbaycan Respublikasının Şamaxı rayonunun Cabanı kəndində anadan olmuşdur. 1977–1983-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda “Sanitariya” ixtisası üzrə təhsil almışdır. 1983–2004-cü illərdə Rusiya Federasiyasının Kurqan şəhərində İlizarov Elmi Mərkəzində həkim-bakterioloq, həkim-laborant və elmi işçi kimi çalışmışdır. 2002-ci ildə “Особенности остеогенеза и костномозгового кроветворения при многоэтапном дистракционном остеосинтезе по методу Илизарова” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 2009-cu ildən Azərbaycan Tibb Universitetində çalışır, 2013-cü ildən Normal Fiziologiya kafedrasında baş müəllimdir.

 

Akademik fəaliyyət

2009–2013 — Böyük elmi işçi, Problem-tədqiqat laboratoriyası, ATU

2013–indiyə qədər — Baş müəllim, Normal Fiziologiya kafedrası

Təhsil

N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, “Sanitariya” ixtisası (1977–1983)

Tibb elmləri namizədi, 2002 (Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş, 2008)

Nailiyyətlər

1987 — Travmatologiya və Ortopediya konfransında fəxri fərman

1999 — Diaqnostik həkim sertifikatı, Çelyabinsk Tibb Akademiyası

2000, 2002 — İlizarov Mərkəzində ixtisasartırma kursları

 

Peşə və pedaqoji inkişaf

Klinik laborator diaqnostika (Çelyabinsk, 1999)
Travmatologiya və Ortopediya üzrə təkmilləşdirmə kursları (İlizarov Mərkəzi, 2000, 2002)

 

Elmi araşdırma sahəsi

Ağır metalların və mikroelementlərin hormonal və hematopoetik sistemlərə təsiri, eksperimental toksikologiya, intoksikasiya zamanı baş verən biokimyəvi və morfoloji dəyişikliklər.

Məqalə

Aliyeva S.I., Khalilov V.H., Valiyeva Z.Y., Iskanderova Z.Sh., Museyibov F.M. White rats during chronic intoxication with Zn ions under experimental conditions: changes in hematological indicators in blood. — 9th International Mardin Artuklu Scientific Researches Conference, Mardin, Türkiye, January 20–22, 2023.

Aliyeva S.I., Museyibov F.M., Azizova A.N., Cəfərova Q.K., Khalilov V.H. Evaluation of TWIST, E-cadherin and Integrin-β1 expression in orthokeratinized odontogenic keratocyst and keratocystic odontogenic tumors. — MAS 17th International European Conference on Mathematics, Engineering, Natural & Medical Sciences, Cairo, Egypt, January 26–27, 2023.

Aliyeva S.I., Khalilov V.H., Museyibov F.M., Guliyeva S.V. Modern approaches to the treatment of tumors. — 5th International Conference on Innovative Studies of Contemporary Sciences, Tokyo, Japan, January 14–16, 2022.

Aliyeva S.I., Salahova F.Q. Modern approaches to diagnostics and treatment of helminthiases and principles of efficiency improvement. — Journal “Nature and Science”, Vol. 5, Issue 1, 2023.

Aliyeva S.I., Valiyeva Z.Y., Azizova A.N., Tahmazov E.F. Effect of thyroid gland on immune markers. — 8th International Conference on COVID-19 Studies, Adana, Türkiye, March 1–2, 2023.

Üzv olduğu qurum

ATU-da elmi-metodiki və tədris işlərində fəal iştirak edir.