Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Qasımov Cahangir Lətif oğlu 1969-cu il noyabr ayının 19-da Ermənistan SSR-in Massis rayonu Nizami kəndində anadan olub. 1987-ci ildə Bakı şəhər 5 №-li kimya-biologiya təmayüllü internat məktəbini bitirib. Həmin il hərbi xidmətə yollanıb.

1990-cı ildə Azərbaycan Tibb İnstitutunun  müalicə işi  fakültəsinə daxil olub, 1996-cı ildə həmin fakültəni bitirib.

1996-98-ci illərdə Azərbaycan Tibb Universitetinin Qulaq, burun, boğaz xəstəlikləri kafedrasında klinik-ordinatur kimi fəaliyyət göstərib. Təhsilini davam etdirmək məqsədi ilə 1998-ci ildə həmin kafedrada aspiranturaya daxil olmuş, 2001-ci ildə aspiranturanı bitirərək tibb elmləri namizədi adını alıb. 2001-ci ildə Qulaq, burun, boğaz xəstəlikləri kafedrasına assistent, 2009-cu ildə isə dosent vəzifəsinə seçilmişdir.  65 elmi işin, bir metodik tövsiyyənin, bir dərs vəsaitinin və bir Avrasiya potentinin həm müəlliflərindən biridir. 1994-cü ildən 2010-cu ilədək Azərbaycan TibbUniversiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr vəzifəsində işləyib. 2010-cu ilin noyabr ayının 25-dən bu günə kimi Azərbaycan Tibb Universiteti Əməkdaşların Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır. 

2010-cu il Azərbaycan Tibb Universitetinin 80 illik yubleyi ilə əlaqədar ölkə prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb.

Akademik fəaliyyət

Dosent  - Azərbaycan Tibb Universiteti 2009 - 2025

Assistent - Azərbaycan Tibb Universiteti 2001- 2009

Təhsili

Klinik-ordinatura / Azərbaycan Tibb Universitetinin Qulaq, burun, boğaz xəstəlikləri kafedrasında

1996-1998-ci illərdə Tibb elmləri namizədi

1998-2001-ci illərdə  Azərbaycan Tibb Universitetinin Qulaq, burun, boğaz xəstəlikləri kafedrasında

1990-1996-cı illərdə Müalicə-işi  fakültəsi  Azərbaycan Tibb İnstitutu

 

 

Nailiyyətlər (adlar)

1. 1994-cü ildən 2010-cu ilədək ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr

2. 2010-cu il Azərbaycan Tibb Universitetinin 80 illik yubleyi ilə əlaqədar ölkə prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb.

3. 2010-cu ilin noyabr ayının 25-dən bu günədək  ATU-nun Əməkdaşların Həmkarlar İttifaqı Komitəsində sədr

Peşə və pedaqoji inkişaf

1. Türkiyə Sağlıq İşçiləri Sendikasının “Endüstri İlişkiləri” seminarı (23-28/12/1996- Türkiyə, İstanbul)

2. Avropa Həmkarlar İttifaqının Konqresi (2015-ci il sentyabr, Polşa)

3. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan Otorinolarinqologiya üzrə Beynəlxalq Elmi-Praktik Konqres (12.12.2018, Bakı)

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiyası  Qaydaları” kursu ( 26.04.2019, Bakı)