Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1986-cı ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olmuş, 1992-ci ildə həkim - pediatr ixtisası üzrə universiteti bitirmişdir. Tələbə ikən 1989-1992-ci illərdə Ə.Qarayev adına Uşaq Kliniki xəstəxanasında tibb bacısı vəzifəsində çalışmışdır. 1992-1993-cü illərdə Təcili Yardım həkimi ixtisası  üzrə internatura keçmiş, 1992-ci ildə təyinat üzrə BŞTTYS-nın 6 №-li KYS-da həkim interna, 1993-2007-ci illərdə 1 №-li KYS-da həkim – nevropatoloq vəzifəsində çalışmışdır.

Həkimlik fəaliyyəti ilə yanaşı, eyni zamanda 1992-2005-ci illərdə 1 və 2 №-li tibb məktəblərində «İnsanın normal anatomiyası və fiziologiyası» fənnini tədris etmişdir. 2005-2007-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda «Tibbi biliklərin əsasları» kafedrasında müəllim vəzifəsində (0,5 ştat) çalışmışdır.

2007-ci ildən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında baş laborant kimi fəaliyyətə başlamış, 2008-2016-cı illərdə kafedranın assistenti, 2016-cı ildə isə müsabiqə yolu ilə kafedranın baş müəllimi vəzifəsinə seçilmişdir. 2016-2023-cü illərdə həmin kafedranın baş müəllimi kimi fəaliyyət göstərmiş, 01.12.2023 tarixindən hal – hazıra qədər isə Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının baş müəllimi vəzifəsində çalışırır.

2006-cı ildə 14.00.02.-ixtisasında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün «Normada və hissəvi atreziya zamanı insanın qida borusu vəzilərinin struktur səciyyəsi, morfogenezinin qanunauyğunluqları, limfoid törəmələrlə qarşılıqlı əlaqələri» adlı mövzu təsdiq edilmiş və elmi rəhbər ‒ RTEA-nın akademiki, ə.e.x., t.e.d., professor V.B. Şadlinski (20.04.06. ‒ protokol № 8) təyin edilmişdir. Professor V.B. Şadlinskinin rəhbərliyi altında elmi iş başa çatdırılmış və 25 fevral 2011-ci il tarixində Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən FD 03.013  dissertasiya şurasında təqdim edilən dissertasiya işinin müdafiəsi keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27 sentyabr 2011-ci il tarixli (protokol № 24-k) qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş və fəlsəfə doktoru diplomu (FD № 07080) təqdim edilmişdir.

20.04.2025 tarixində Özbəkistan Respublikasının Mamun Universitetinin fəxri doktor diplomu ilə təltif olunmuşdur.

Elmi fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq təlimlərdə iştirak etmişdir.

Kafedranın elmi-tədqiqat və ictimai işlərində yaxından iştirak edir.

Akademik fəaliyyət

Baş müəllim

Azərbaycan Tibb Universiteti, Normal fiziologiya kafedrası, 01.12.2023 tarixindən - hal-hazıradək.

Baş müəllim

Azərbaycan Tibb Universiteti, İnsan anatomiyası və tibbi terminologiya kafedrası 2016-2023.

Assistent

Azərbaycan Tibb Universiteti, İnsan anatomiyası və tibbi terminologiya kafedrası 2008-2016.

Baş laborant

Azərbaycan Tibb Universiteti, İnsan anatomiyası və tibbi terminologiya kafedrası 2007-2008.

Müəllim

Azərbaycan Müəllimlər İnstitutu, Tibbi biliklərin əsasları kafedrası 2005-2007

Təhsil

Azərbaycan Tibb Universiteti,

Pediatriya Fakültəsi

Nailiyyətlər

Özbəkistan Respublikasının Mamun Universitetinin fəxri doktoru;

BZT TURAN akademiyasının fəxri doktoru

BZT TURAN akademiyasının tibbi təhsil və tibbi qurumlar üzrə baş kordinatoru;

BZT TURAN akademiyasının keçirdiyi konfranslarda moderator, konfrans materialları jurnallarında redaktor.

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin üzvü.

Elmi araşdırma sahəsi

Normada və hissəvi atreziya zamanı insanın qida borusu vəzilərinin struktur səciyyəsi, morfogenezinin qanunauyğunluqları, limfoid törəmələrlə qarşılıqlı əlaqələri.

Orqanizmin qocalması zamanı işıq desinxronlaşmasının orqanizmin neyro-endokrin və adaptasiya mexanizmlərinə təsirinin öyrənilməsi .

Məqalə

Physıology and genetıcs of tensıon headache // Sciences of Europe, №-161, Praha, Czech Republic, 2025, p. 8-10.    DOI:10.5281/zenodo.15102022

Sadigi I. Pathophysıology and hıstologıcal refutatıon of parkınson's dısease // Sciences of Europe, №-161, Praha, Czech Republic, 2025, p. 11-13.    DOI:10.5281/zenodo.15102027

İn vivo şəraitində dazıotu bitkisinin trıchostrongylus tenuıs mehlıs, 1846 (nematoda: trıchostrongylıdae) nematodunun orqan və toxumalarına təsirinin ultrastruktur xüsusiyyətləri // Tibbiyotda yangı kun// İlmiy, referativ, marifiy-ma'naviy jurnal. Özbəkistan respublikası. 7 (81) 2025, səh. 414-422.    ISSN 2181-712X.   EiSSN 2181-2187

The Effect of Exam Stress on Physiological Parameters and Academic Performance / 9th Internatıonal "İzmir" congress on Medicine, Nursing Midwifery and Health scıences Congress proceedings book, İzmir, Türkiyə, 2025,səh.1637.DOI:https://DOİ.ORG/10.30546/19023.978-9952-8589-1-4.2025.0010.

Üzv olduğu qurum

BZT TURAN akademiyasının tibbi təhsil və tibbi qurumlar üzrə baş kordinatoru.

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin üzvü.