Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1950 - ci ildə Culfa rayon Saltaq kəndində anadan olmuşam. 1969 - cu ildə Noraşen kənd orta məktəbini bitirmişəm. 1969 - cu ildə Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuşam. 1974 - cü ildə Uşaq cərrahiyyəsi üzrə subordinator olmuşam. Həmin ilin sentyabr ayında Uşaq Cərrahlığı kafedrasına baş laborant vəzifəsinə təyinat almışam. 1976 - cı illərdə SSRİ Lomonosov adına EK-da Uşaq cərrahiyyəsi ixtisası üzrə məqsədli kliniki ordinaturaya daxil olmuşam. 1978 - ci ildə klinik ordinaturanı bitirmişəm. 1979 - cu ilin yanvar ayına qədər baş laborant vəzifəsində işləmişəm. 1979 - cu ildən bu günə qədər Uşaq Cərrahlığı Kafedrasında Assistent vəzifəsində çalışıram.

Akademik fəaliyyət

1974 - 1976 Uşaq cərrahlığı kafedrasının baş laborantı

1979 - Uşaq cərrahlığı kafedrasının assistenti

Təhsil

1969 - 1974  - Azərbaycan Tibb İnstitutu Pediatriya fakültəsi

1976 - 1978 - SSRİ Tibb Elmləri Akademiyası Lomonosov adına Pediatriya İnstititu Uşaq Cərrahiyyəsi Şöbəsində məqsədli klinik ordinator

Peşə və pedaqoji inkişaf

1983 - Piraqov adına Dövlət Tibb İnstitutu, ixtisas artırma kursu

06.02.2024 -15.02.2024 tarixlərində təşkil olunan “Pedaqoji peşəkarlığın inkişafı” kurs proqramında iştirak və sertifikat.

Elmi araşdırma sahəsi

Uşaqlarda “əllənməyən xaya” zamanı laparoskopiyanın əhəmiyyəti – 2020

Uşaqlarda peritonitlər zamanı laparoskopiyanın rolu - 2020

Proksimal forma Hipospadiyanın müalicəsində əməliyyat seçimimiz - 2022

Uşalarda xroniki kolostozlar zamanı yoğun bağırsağın anomalik variasiyaları - 2023

Uşaqlarda xoralı kolitin laparoskopik müalicəsi - 2024

Uşaqlarda yoğun bağırsağın irsi adinomatoz polipozu - 2024

Uşaqlarda ağciyərlərin exinokokkozunun cərrahi müalicəsi - 2024

Ağciyərlərin parazitar sistlərinin cərrahi müalicəsi - 2024

Yenidoğulmuş və südəmər uşaqlarda kəskin hematogen osteomielitin erkən diaqnostikası və müalicə taktikası - 2024

Anorektal malformasiyalar. Posterior- sagital anorektoplastika yoxsa laparoskopiya?

Üzv olduğu qurum

Uşaq Cərrahiyyəsi Assossasiyasının üzvi