Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Musayeva K.B. 19.01.1989-ci ildə Bakı şəhərində anadan olub. 1994 - ci ildə Gəncə ş. 2 saylı orta məktəbinin 1-ci sinifinə daxil olub. 2005 - ci ildə Laçın ş. 2 saylı orta məktəbi bitirib. 2005 - ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinə daxil olub. 2011 - ci ildə universiteti bitirib. 2012 - ci ildə Azərbaycan Tibb Universitetinin Uşaq Cərrahlığı kafedrasında uşaq cərrahlığı ixtisası üzrə rezidenturaya daxil olmuşdur. 2017 - ci ildə rezidentura təhsilini bitirmişdir. 2019 - cu ildə Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasında əyani olaraq doktorontura təhsilinə başlamışdır. 2022 - ci ildə Azərbaycan Tibb Universitetinin Uşaq Cərrahlığı kafedrasına baş laborant kimi işə qəbul olmuşdur. 2024 - cü ildə isə elə həmin kafedrada assistent vəzifəsinə keçirilmişdir.

Təhsil

1994 - ci ildə Gəncə şəhər 2 saylı orta məktəbinə daxil olub 2005-ci ildə Laçın şəhər 2 saylı orta məktəbini bitirib.

2005 - 2011- ci illər Azərbaycan Tibb Universiteti Pediatriya fakültəsi

2012 - 2017 - ci illər Uşaq cərrahlığı ixtisası üzrə rezidentura.

2019 - 2022 - ci illər doktorantura təhsili.

Peşə və pedaqoji inkişaf

2014 - ci ildə 3 ay müddətində Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Ege Universitetinin Uşaq Cərrahlığı bölmündə kurs keçmişdir.

2024 - cü ildə Azərbaycan Uşaq Cərrahları I Formunda çıxışçı kimi iştirak etmişdir.

Məqalə

Cərrahiyyə jurnalı - 2018. №4 Uşaqlarda kriptorxizm zamanı xayanın ultrasonoqrafik ölçüsünün qiymətləndirilməsi.

Cərrahiyyə jurnalı - 2019. №1 Uşaqlarda xroniki qəbizliklərin etiologiyası və diaqnostik kriteryaları.

Cərrahiyyə Jurnalı - 2022. №3 Uşaqlarda xroniki qəbizliklərə müasir yanaşma.

Journal of Internal Medicine Research & Reports - 2025

Our Experience with the Eras Program in Children with Hirschsprung

Disease