
Fəridə Cümşüdova Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində 2013–2018-ci illərdə təhsil almış və həkim-stomatoloq ixtisası üzrə məzun olmuşdur. Daha sonra o, Türkiyənin İstanbul şəhərində yerləşən Altınbaş Universitetində 2020–2023-cü illər arasında Uşaq Stomatologiyası (Pedodontiya) üzrə magistratura təhsilini fərqlənmə ilə bitirmişdir. Hazırda Azərbaycan Tibb Universitetinin Uşaq stomatologiyası kafedrasında baş laborant kimi fəaliyyət göstərir. Elmi maraq sahələrinə pedodontiyada davranış idarəetməsi, rəqəmsal və ənənəvi ölçü metodlarının müqayisəsi, konservativ və endodontik müalicə yanaşmaları daxildir. Fəridə IAPD və EAPD təşkilatlarının üzvüdür və beynəlxalq konqreslərdə elmi çıxışlarla iştirak etmişdir.
Baş laborant — ATU Uşaq Stomatologiyası kafedrası (2024–hal-hazıradək)
Pedodont — Altınbaş Universiteti Diş Hastanesi (2020–2023)
ATU — Stomatologiya (Bakalavr, 2013–2018)
Altınbaş Universiteti — Uşaq stomatologiyası (Magistr, 2020–2023)
GC Anterior Direct Esthetic Restorations — 01.06.2025, Bakı
LM Activator Təlimi — 04.05.2025, Bakı
Esthetic Crowns in Pediatric Dentistry — 03.03.2024, Bakı
EAPD Congress — 2024, Gothenburg
GC Europe: Anterior Restorations — 01.06.2023, Bakı
IAPD Congress — 2023, Maastricht
Nusmile Zirconia & MTA — 15.05.2022, İstanbul
Nusmile Pulp Therapy — 15.05.2022, İstanbul
Dentsply Root-to-Crown — 12–13.11.2022, İstanbul
Astra Tech Advanced Day — 15.04.2017, Bakı
Rəqəmsal və ənənəvi ölçü metodlarının müqayisəsi, endodontik müalicələr, davranış idarəetməsi.
IAPD və EAPD üzvü