Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Kafedranın dosenti tibb elmləri namizədi Baxşıyeva  Zenfira Tağı qızı, 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun tibbi profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Elmi Şuranın qərarı ilə Normal fiziologiya kafedrasında assistent vəzifəsinə təyin edilmişdir. 1987-ci ildə Moskva şəhərində  P.K.Anoxin adına Normal fiziologiya İnstitutunda  namizədlik dissertasiyasını müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 1990-cı ildə kafedranın baş müəllimi, 1993-cü ildən dosent vəzifəsinə seçilmişdir, hazırkı dövrə qədər həmin vəzifədə çalışır.Z.T.Baxşıyeva Azərbaycan Tibb Universitetinin tələbələri üçün, “Normal Fiziologiya” adlı - 4 dərsliyin (az., rus və ing.dillərində), Rezidenturaya daxil olan tələbələr üçün “Нормальная Физиология» adlı - 1 dərs vəsaitinin (rus dilində), “Normal Fiziologiya Üzrə Testlər” adlı - 7 dərs vəsaitinin (az.rus.ing), 3 metodik vəsaitin (az.rus.ing.), ölkənin daxili və xarici jurnallarında dərc olunmuş 100-dən çox elmi məqalələrin müəllifidir. 1990-ildən hazırki dövrə qədər kafedranın tədris işləri üzrə müdir müavini vəzifəsində çalışır. 2008-ci ilin fevral-aprel aylarında kafedra müdiri vəzifəsini əvəz etmişdir. 2008-ci ildə rektorat tərəfindən şəxsi işinə yazılmaqla təşəkkür almışdır.Z.T.Baxşıyeva 2011-ci ildən hazırki dövrə qədər Dövlət imtahan mərkəzinin və Azərbaycan Tibb Universitetinin normal fiziologiya fənni üzrə imtahan komissiyasının ekspertidir. Azərbaycan Tibb Universitetinin II müalicə profilaktika fakültəsinin Elmi şurasının üzvüdür.

Akademik fəaliyyət

Assistent /Azərbaycan Tibb İnstitutu, Normal fiziologiya kafedrası/ 1971-ci il

Baş müəllim/Azərbaycan Tibb İnstitutu, Normal fiziologiya kafedrası/1990-cı il

Dosent /Azərbaycan Tibb Universiteti, Normal fiziologiya kafedrası/ 1990-cı il

Təhsil

Azərbaycan Tibb İnstitutu 1965-1971

Nailiyyətlər

Tibb elmləri namizədi dosent

Elmi araşdırma sahəsi

Orqanizmin qocalması zamanı işıq desinxronlaşmasının orqanizmin neyro-endokrin və adaptasiya mexanizmlərinə təsirinin öyrənilməsi

Kitab

“Normal Fiziologiya” üzrə dərslik  2023

“Normal physiology”  textbook 2025

  “Нормалъная физиология” (для студентов стоматологического факультета медицинских вузов) учебник 2022

«Normal fiziologiya» (stomotologiya fakultəsinin tələbələri üçün) dərslik 2023

“Normal Fiziologiya” üzrə təcrübə məşğələləri dərs vəsaiti 2014

 «Нормальная физиология» для поступающих в резидентуру 2019

“Normal Fiziologiya” üzrə testlər, dərs vəsaiti 2023

“Normal Fiziologiya” üzrə testlər, dərs vəsaiti 2010

«Тесты по нормальной физиологии» учебное пособие 2010

“Normal Fiziologiya” üzrə testlər, dərs vəsaiti 2013

«Тесты по нормальной физиологии» учебное пособие 2013

«Тесты по нормальной физиологии» учебное пособие 2023

“Tests on normal physiology”  2024

«Физиология выделительной и дыхательной систем»(Логические и ситуационные задачи, тесты, вопросы) 2022

«Qan və Qan dövranının fiziologiyası” metodik vəsait 2022

«Физиология  кровь и  кровообращения» учебное  пособие 2022

  «Физиология выделительной и дыхательной систем» методическое пособие 2022

«İfrağat və tənəffüs sisteminin fiziologiyası) metodik vəsait 2022

«Physiology of Blood and Blood Circulation» manual  2022

“Physiology of excretory and Respiratory Systems”  Study Guide 2022

Məqalə

Химическая чувствительности нейронов  сенсомоторной коры мозга при формировании  оборони-тельного мотивационного возбуждения. ATU- İnsan Anatomiyası kafedrasının yaradılmasının 100 yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransı. Bakı. Nəzəri, Klinik və eksperimental morfologiya jurnalı. Cild 2., №1-2. 2020.

Müxtəlif dozalarda alkoqolun beyinciyin Purkinye hüceyrələrinə təsiri. International Scientific-practical journal Endless light in science 30 november 2023 Almaty, Kazakhstan

Influence of the vagus nerve on secretory activity of the stomach in postnatal ontogenesis. International Research Center "Endless Light in Science". Qazaxıstan

Международный научный журнал «in the world of science and education»"in the world of science and education international scientific-practical journal 15 мая 2025 г. Almaty, Kazakhstan

Üzv olduğu qurum

Azərbaycan fizioloqlar cəmiyyəti

Yeni Azərbaycan Partiyası