
Doktor Xəlilov Namiq Cavanşir oğlu Azərbaycan Tibb Universitetinin uşaq cərrahlıği kafedrasında assistent vəzifəsində çalışır. 1995-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Təhsil aldığı müddətdə universitetin ictimayi həyatında yaxından iştirak edib. Universitetin Tələbə Elmi cəmiyyətinin sədr müavini vəzifəsində fəaliyət göstərib.
1996-cı ildə Azərbaycan Dövlət Tibb Universitetinin uşaq cərrahlığı kafedrasının bazası olan M.Nağıyev adına TTYX-da “uşaq cərrahiyyəsi” ixtisası üzrə unternaturanı bitirib.
1998-ci ildə “uşaq cərrahiyyəsi” ixtisası üzrə Rusiya Federasiyası Moskva şəhərində Elmi Tədqiqat Pediatriya İnstitutunda əyani aspirantura dahil olub və 2000-ci ildə vaxtından əvvəl tibb elmləri namizədlik dissertasiyanı müdafiə edərək uğurla bitirib.
2000-2019-cu ildə Azərbaycan Tibb Universitetinin uşaq cərrahlığı kafedrasının baş laborant vəzifəsində çalışıb, 2019-ci ildən isə kafedrasının asssistenti vəzifəsinə təyin edilib və 2020-ci ildə müsabiqə yolu ilə bu vəzifəyə seçilib.
Ass. Xəlilov N.C. işlədiyi müddətdə özünü çalışqan, savadlı. İntizamlı pedaqoq və həkim kimi göstərmiş, daimi xarici ölkələrdə kurs və konqresslərdə aktiv iştirak etmiş, bilik və bacarığını artırmışdır. Azərbaycan Tibb Universitetində və Tədris Cərrahiyyə Klinikasında bir çox beynəlxalq tibb konqresslərin, kursların təşkilat komitəsinin üzvü olub. O, işgüzarlığı ilə işlədiyi kollektivin dərin hörmətini qazanmışdır. Ass.Xəlilov Namiq öz müəllimlik ixtisasını təkmilləşdirilmişdir, azərbaycan və rus dillərində praktiki məşğələlər aparır. Namiq müəllim 100-dən çox tezis və məqalələrin müəllifidir.
N.C.Xəlilov Universitetin elmi fəaliyyətində və ictimai həyatında fəal iştirak edir. Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinin müdir müavini, 1 Müalicə profilaktika fakültəsinin fakültə Elmi Şuranin və Tədris Cərrahiyyə Klinikasının HİTB-nın üzvüdür. Tədris Cərrahiyyə Klinikası üzrə rezidentlərin fəaliyyətinə nəzarət edən məsul şəxs; Tədris Cərrahiyyə Klinikası nizam-intizam, daxıli yoxlama və tədris komissiyasınən üzvüdür.
Assistent - Azərbaycan Tibb Universiteti, uşaq cərrahlığı kafedrası, 2019 - hal-hazıradək
Baş laborant - Azərbaycan Tibb Universiteti, uşaq cərrahlığı kafedrası, 2020 - 2019
Aspirantura - (Tibb elmləri namizədi) “uşaq cərrahiyyəsi” ixtisası. Elmi Tədqiqat Pediatriya İnstitutu. Moskva, Rusiya Federasiyası, 1998 - 2000
İnternatura - “uşaq cərrahiyyəsi” ixtisası, ATU uşaq cərrahlığı kafedrası, M.Nağıyev TYK xəstəxanası, Bakı,
Azərbaycan, 1995 - 1996
Ali təhsil Azərbaycan Tibb Universiteti, pediatriya fakultəsi, Bakı, Azərbaycan, 1989-1995
“Urologiyada nozologiya və semiotika” ixtisasartırma kursu/ Ə. Əliyev adina ADHTI, 2025
“Sidik-cinsiyyət orqanlarının anomaliyalar” ixtisasartırma kursu / Ə. Əliyev adina ADHTI, 2025
“Uşaq cərrahiyyəsində müayinə üsulları. Uşaq urologiyası” ixtisasartırma kursu / Ə. Əliyev adina ADHTI, 2025
“Ali məktəbin pedaqogikası. Pedaqoji etika” təkmilləşdirmə kursu/ Ə. Əliyev adina ADHTI, 2020
“Uşaq urologiya-andrologiyası” ixtisasartırma kursu/ RF, Moskva, 2016
“Pediatriyada endocərrahiyyə” ixtisasartırma kursu/ RF, Moskva, 2016
İstanbul Universitesin Cərrahpaşa Tip Fakultesinin Cocuk Cərrahiyyəsi Anabilim Dalında 2 aylıq staj/ Türkiyə, İstanbul, 2014
“Lazer təbabəti” ixtisasartırma kursu/RF, Moskva, 2002