Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Məm­mə­dov Arif Məm­məd oğ­lu 29 okt­yabr 1941-ci il­də Ba­kı şə­hə­ri­də hə­kim ailə­sin­də ana­dan ol­muş­dur. 1965-ci il­də Ru­si­ya Döv­lət Də­niz Aka­de­­mi­ya­sı­nın Ra­dio­tex­ni­ka fa­kül­tə­si­ni (S.-Pe­ter­burq ş.) bi­tir­miş­dir. Bununla bərabər, 1966-1975-ci il­lər­də Ru­si­ya EA-nin P.K. Ano­xin adı­na Nor­mal Fi­zio­lo­gi­ya İns­ti­tun­da (NFİ) və İ.M.Se­çe­nov adı­na 1-ci Mosk­va Tibb İns­ti­tu­tu­­nun Nor­mal fi­zio­lo­gi­ya ka­fed­ra­­sın­da tədris as­pi­ran­tu­ra və doktorantura yolu ilə  təh­si­l al­mış­dır. Bununlada ikinci tibbi fiziologiya ixtisasına da  yiyələnmişdir. Həmin il­lər­də NFİ-də aspirant və dok­to­rant ki­mi təd­qi­qat­la­rı­nı da­vam et­dir­miş­dir. A.Məm­mə­dov aka­de­mik P.K.Ano­xi­nin rəh­bər­li­yi ilə na­mi­zəd­lik (1969), dok­tor­luq (1975) dis­ser­ta­si­ya­la­rı­nı mü­da­fiə et­miş, 1988-ci il­də Moskvada, normal fiziologiya kafedrası üzrə pro­fes­sor el­mi adı­ al­mış, Ru­si­ya EA-nın xa­ri­ci üz­vü (2004), AMEA-nın müx­bir üz­vü (2017) se­çil­miş­dir.Alim Azər­bay­can SSR EA-nın Fi­zio­lo­­gi­ya İns­ti­tu­tun­da la­bo­­ra­to­ri­ya mü­di­ri iş­lə­miş (1976-1982), 1982-ci il­də ye­ni­dən Mosk­va­ya dəvət olunmuş, NFİ-də la­bo­ra­­to­ri­ya mü­di­ri və “Xro­mat­­ron” mü­əs­si­sə­­sin­də El­mi Mər­kə­­zin təş­ki­lat­çı­sı və rəh­bə­ri ol­muş­dur. O, 1998-ci il­dən ilk dəfə Azər­­bay­can Mil­li Avia­si­ya Aka­de­mi­ya­sın­da ka­fed­ra mü­di­ri və Aviasiyada “İnsan amili” prob­lem la­bo­­ra­to­ri­ya­sı­nın rəh­bə­ri, 2008-ci il­dən, həm­çi­nin Azər­bay­can Tibb Uni­ver­si­te­ti­nin Nor­mal fi­zio­lo­­gi­ya ka­fed­ra­sı­nın mü­di­ri və­zi­fə­lə­ri­ni ye­ri­nə ye­ti­rir.

A.Məm­mə­do­vun el­mi iş­lə­ri emo­sio­nal stre­ssin mər­kə­zi və pe­ri­fe­rik me­xa­­nizm­lə­ri­nin yük­sək tex­no­lo­gi­ya­lar əsa­sın­da mul­ti­dis­sip­li­nar təd­qi­qi­nə həsr olun­muş­dur. Onun tə­rə­fin­dən ilk də­fə so­ma­­to­met­rik gös­tə­ri­ci­lər, ar­te­ri­al təz­yi­qi və mio­kar­din “ke­çi­ci ise­mi­ya­sı­nın təh­li­li” EKQ dis­per­si­ya­sı və NOİ­SE mo­ni­to­rinq üsul­la­rı əsa­sın­da Ba­kı mək­təb­lə­rin­də təd­qi­qat­lar apa­rı­lıb və “risk” qrup­la­rı tə­yin olun­muş­dur. EEQ-nin kross­kor­­rel­­ya­si­ya təh­lil­lə­ri əsa­sın­da emo­sio­nal stres­sin ye­ni gös­tə­­ri­ci­lə­ri mü­əy­yən­ləş­di­ril­miş­dir. İlk də­fə uçuş təh­lü­kə­siz­li­yi və Azər­bay­can ha­va mə­ka­nı­nın ötü­rü­cü­lük qa­bi­liy­yə­ti­nin yük­­səl­dil­mə­si avi­a­­dis­pet­çer­lə­rin psi­xo­fi­­zio­lo­ji me­xa­nizm­lə­ri əsa­sın­da aş­kar­lan­­mış­dır. Fun­da­men­­tal xa­rak­ter­li psi­xo­fi­­zio­lo­ji nə­ti­cə­lər “Xro­mat­ron” mü­əs­si­sə­­sin­də, Döv­lət­lə­ra­­ra­sı Avia­si­ya Ko­mi­tə­si, MAA və AZAL-da tət­biq edil­­miş­dir. Alim Azər­­bay­can­da Avia­si­ya psi­xo­fi­zio­lo­gi­ya­sı el­mi­nin ya­ra­dı­cı­sı ki­mi in­no­va­tiv Sis­tem Əsas­na­mə­si iş­lə­yib ha­zır­la­mış və so­si­al fi­zio­lo­gi­ya­nın ye­ni prin­sip­lə­ri­ni irə­li sür­müş­dür.2021-ci ildə milli Aviasiya Akademiyasının rektoru akademik A.M.Paşayev və Azərbaycan Tibb Universitetinin rektoru professor G.Ç.Gəraybəyli tərəfindən Memorandum imzalandı. Bu müqavilənin əsasında real uçuş şəraitini əks etdirən simulətorlarda telemetrik üsullarla pilotların psixofizioloji göstəriciləri qeydə alınır. Milli Aviasiya Akademiyası ilə Azərbaycan Tibb Universiteti arasında qəbul olunmuş Memorandum  və müqavilə bağlanılıb. Qəbul olunmuş sənədlərə görə pilotların psixofizioloji göstəriciləri telemetrik cihazlarla real Uçuşu əks etdirən müxtəlif simulyatorlarda tədqiq olunur. Beləliklə həm dispetçer, həm pilotlar, üzərindən alınan nəticələr əsasında, onlar normal və risk qruplarına bölünür. Risk qruplarına qarşı, korreksiyaedici, qeyri medikamentoz tədbirlərin görülməsi həm psixofizioloji göstəriciləri normallaşdırır, həm də buraxılan səhvləri azaldır. Bu isə aviamütəxəssislərin sağlamlığını və uçuş təhlükəsizliyini qoruyur və yüksəldir. Prof.A.Məmmədov AMEA-nın Biologiya-Tibb elmləri bölməsinin və Rəyasət Heyətinin qarşısında dəfələrlə çıxışlar etmiş, bu elmi işlər 2009-cu və 2014-cü illərin mühüm nəticəsi kimi qiymətləndirilmişdir. Çox vacib Beynəlxalq elmi forumların iştirakçısıdır.Alim Bey­nəl­xalq və Re­gio­nal Stress İda­rə­et­mə Mər­kə­zi­nin (Mosk­va), Dövlətlərarası Aviasiya Komitəsinin (DAK-nin) Avia­si­ya-tib­bi Kor­di­na­si­ya şu­ra­sı­nın (Mosk­va), Azər­bay­can­da müx­tə­lif el­mi və mü­da­fiə şu­ra­la­rı­nın, Ru­si­ya­nın Avia­kos­mik, Də­niz, Ekst­re­mal və Eko­lo­ji-tib­bi As­so­sia­si­ya­sı­nın üz­vü­dür. A.Məm­mə­dov bir ne­çə bey­nəl­xalq EA-nın aka­de­­mi­­ki, Azər­bay­can böl­mə­si­nin həmp­re­zi­den­ti və ya­ra­dı­cı­la­rın­dan bi­ri ol­muş­dur (2000-2015).

O, “Aka­de­mik P.K.Ano­xin adına qızıl medal” və “Aka­de­mik İ.P.Pav­lov adı­na qı­zıl me­dal”­la təl­tif olun­muşdur. Ən vacibi də odur ki, bütün gənclərin talehi kimi A.M.Məmmədovun da elmi nailiyyətləri  elmi və pedoqoji inkişafı əsasən gənc dövürdə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən  həmişə diqqət mərkəzində olub, dəstəklənib və yüksək qiymətləndirilmişdir.

  1. 1966 cı ildə Heydər Əliyev tərəfindən  A.M.Məmmədova yüksək etimal göstərilərək onu Azərbaycan Təhlükəsizlik komitəsinə işləməyə dəvət etmişdir.
  2. Lakin A.M.Məmmədovun isdəyi və Ulu Öndərin tövsiyəsi ilə onun Moskvada elmlə məşqul olmasını üstün tutmuş və dəstəkləmişdir.
  3. 1970-ci ildə, Ulu Öndərin şəxsi imzası ilə, A.M.Məmmədovun elmi nailiyyətlərini nəzərə alaraq, Bakı şəhərində, 3 otaqlı mənzillə mükafatlandırmışdır.

1984-cü ildə onun el­mi na­i­­liy­yət­lə­ri SSRİ Siyasi Bürosunun üzvü və Nazirlər Kabineti sədrinin I müavini Heydər Əliyevin SSRİ Tibb EA-nın 50 illiyi müna­si­bə­ti­lə keçirilmiş təntənəli yığıncaqdakı çıxışında yüksək qiymətləndiril­miş­dir.

A.Məmmədov çoxsaylı, 360 dan çox elmi əsərləri, daxildə və xaricdə çap olunmuşdur. Birlikdə 19 monoqrafiya, dərsliklərin müəllifi və həmmüəllifidir. 2023-cü ildə normal fiziologiya üzrə yeni dərslik (Z.T.Baxşıyeva ilə birlikdə), test kitabları  və Atlas kitabı çapdan çıxıb (R.M.Mahmudovla birlikdə). Bunlardan başqa 17 metodiki və dərs vəsaitlərin, tövsiyyələrin; 6 patent, şəadətnamələrin və 30-a yaxın sertifikatların müəllifidir. Onun rəhbərliyi ilə birlikdə, dissertasiya işləri, 4 magistr, namizədlik (10) və doktorluq (2) dissertasiyaları,  müdafiə olunub və hazırlanır.  

2004-cü ildə fiziologiya ixtisası üzrə Rusiya Tibb  Elmləri Akademiyasına (RTEA) xarici üzv  seçilmişdir.

2014-cü ildə Rusya Elmlər akademiyasının (REA) xarici üzvü seçilmişdir.

2017-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir-üzvü seçilmişdir.

2017- ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişaf Fondu  və Rusiya Fundamental Tədqiqatlar Fondunun 1-ci Azərbaycan –Rusiya (S.Peterbuq) Beynəlxalq Qrant müsabiqəsinin ( EİF-BGM-YRFTF-1/2017) qalibi olmuşdur.

2018-2020-ci illər ərzində A.Paşayevin və A.Məmmədovun “Психофизиологические характеристики авиадиспечеров УВД” Psychophusiolgical characteristics of ATC “Control and correction of “ psychophysiolgical.parameters of human factor in air navigation.” adlı 2 monoqrafiyaları Almaniyanın Lambert Akademik Publisinq nəşriyyatında, rus və ingilis tərcüməsində çap olunub.

2020-ci ildə A.Məmmədov Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi adı verilib.

 2021-ci ildə AMEA-nın Rəyasət heyyətinin Fəxri Fərmanı ilə təltif olunub.

2021-ci ildə ATU-nın Fəxri Fərmanı ilə təltif olunub.

2023-cü ildə Azərbaycan həmkarlar İttifaqları konfederasiyasının fəxri fərmanı ilə təltif olunub.

2024-cü ildə AMEA-nın elmi mühitində və ictimai həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə təltif olunub.

Akademik fəaliyyət

1976-1982- AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu- Laboratoriya müdiri İ.M.Seçenov adına 1-ci Moskva Tibb Akademiyasının Normal fiziologiya kafedrası üzrə professoru; (1985-ci ildən) Azərbaycan Milli Aviasiya Akademiyası “Avaisiyada İnsan Amili” laboratoriyasının müdiri, professor; (1998-ci ildən indiyədək) Azərbaycan Tibb Universiteti Normal fiziologiya kafedrasının professoru, müdiri. (2008-ci ildən indiyədək)

Təhsil

1966-Rusiya Dövlət Dəniz Akademiyası (Sank-Peterburq) Diplom: Y №867491

1966-1976 Aspirantura və doktorantura – “İnsan və heyvan ixtisası üzrə SSSRİ Tibb Elmləri Akademiyasının, akademiki P.K.Anoxin adına Normal Fiziologiya İnstitutu (Moskva) və İ.M.Seçenov adına 1ci Moskva Tibb Universitetinin Normal fiziologiya kafedrası

Nailiyyətlər

2004-cü ildə fiziologiya ixtisası üzrə Rusiya Tibb  Elmləri Akademiyasına (RTEA) xarici üzv  seçilmişdir.

2014-cü ildə Rusya Elmlər akademiyasının (REA) xarici üzvü seçilmişdir.

2017-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir-üzvü seçilmişdir.

2017- ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişaf Fondu  və Rusiya Fundamental Tədqiqatlar Fondunun 1-ci Azərbaycan –Rusiya (S.Peterbuq) Beynəlxalq Qrant müsabiqəsinin ( EİF-BGM-YRFTF-1/2017) qalibi olmuşdur.

2018-2020-ci illər ərzində A.Paşayevin və A.Məmmədovun “Психофизиологические характеристики авиадиспечеров УВД” Psychophusiolgical characteristics of ATC “Control and correction of “ psychophysiolgical.parameters of human factor in air navigation.” adlı 2 monoqrafiyaları Almaniyanın Lambert Akademik Publisinq nəşriyyatında, rus və ingilis tərcüməsində çap olunub. 2020-ci ildə A.Məmmədov Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi adı verilib.

 2021-ci ildə AMEA-nın Rəyasət heyyətinin Fəxri Fərmanı ilə təltif olunub.

2021-ci ildə ATU-nın Fəxri Fərmanı ilə təltif olunub.

2023-cü ildə Azərbaycan həmkarlar İttifaqları konfederasiyasının fəxri fərmanı ilə təltif olunub.

2024-cü ildə AMEA-nın elmi mühitində və ictimai həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə təltif olunub.

Peşə və pedaqoji inkişaf

Tibb Festivalı Azərbaycan Tibb Universitetinin 95 illik yubileyinə həsr olunmuş , Beynəlxalq konfrans 6-8 may 2025-ci il Bakı, https://www.atuj.az/- “Pilotların emosional gərgin iş şəraitini əks etdirən psixofizioloji göstəricilərin simulyatorlarda tədqiqi” mövzusunda canlı çıxış

Kitab

1.Монография. Корреляционные показатели электроэнцефалограммы головного мозга при эмоциональном стрессе. Баку, «Элм», 1979, 129 с.

2. Kitab (kollektiv) (akad. K.V.Sudakovun redaksiyası lə). Санатрон. Система оценки и реабилитации ранних нарушений физиологических функций человека в реальных условиях жизнедеятельности. Москва, «Горизонт», 2001, 395 с.

 3. Монография. Психофизиологические аспекты человеческого фактора в аэронавигации (в соавт. А.М.Пашаев, Дж.Дж.Аскеров, В.З.Султанов) Баку, «ЕРА», 2010, 196 с.

4. Dərslik. ATU-nın tələbələri üçün. Normal fiziologiya. Dərslik, Bakı, “Təbib”, 2011, 692 s. (həmmüəllif K.V.Sudakov)

5. Dərslik. ATU-nın tələbələri üçün. Normal fiziologiya. Dərslik, Bakı, “Təbib”, 2012, I və II cildlər, 406 s. (həmmüəllif K.V.Sudakov)

     6. Dərslik. ATU-nın tələbələri üçün. Normal fiziologiya. Praktiki məşğələlər dərsliyi, Bakı, “Təbib”, 2014, 375 s. (həmmüəlliflər Ş.H.Hüseynov, Z.T.Əlizadə, G.Ə.Həsənova, A.E.Vələdov)

    7. Dərslik. ATU-nın tələbələri üçün. Normal fiziologiya. Dərslik, Bakı, “Təbib”, 2016, 514 s. (həmmüəllif A.X.Əliyev) 

    8.Dərslik. ATU-nın tələbələri üçün. Normal fiziologiya. Azərbaycan Tibb Universiteti Əczaçı tələbələri üçün dərslik. Bakı-2019 “TƏBİB” nəşriyyatı. Səh. 395. (həmmüəlliflər, Ə.H.Kazımov, A.X.Əliyev)

    9. Монография. «Психифизиологические характеристики УВД» Lambert Academik  Publishing. Printed by Books on Demand GmbH, Norderstedt, Germany. 2019. Стр.215. (cоавт. А.М.Пашаев)

   10. Monography.  Psychophysiological characteristics of air traffic controllers of ATC. Control and correction of psychophysiological parametrs of human factor in air navigation. // Lambert Academik  Publishing. Printed by Books on Demand GmbH, Norderstedt, Germany. 2020, p.157. (co-author A.M.Pashayev)

11. «Тесты по нормальной физиологии» учебное пособие 2023

12. “Tests on normal physiology”  2024

13. «Физиология выделительной и дыхательной систем»(Логические и ситуационные задачи, тесты, вопросы) 2022

14. «Qan və Qan dövranının fiziologiyası” metodik vəsait 2022

15. «Физиология  кровь и  кровообращения» учебное  пособие 2022

16. «Физиология выделительной и дыхательной систем» методическое пособие 2022

17. «İfrağat və tənəffüs sisteminin fiziologiyası) metodik vəsait 2022

18. «Physiology of Blood and Blood Circulation» manual  2022

19. “Physiology of excretory and Respiratory Systems”  Study Guide 2022

20. “Tibbi fiziologiya”dan  izahlı atlas dərs vəsaiti, Bakı, 2023

21. Text book . On normal physiology. Azerbaijan Medical University Department of Normal Physiology Baku-2025. 629sə. G.A.Hasanova, Z.T. Bakhshiyeva, A.F. Rustamova

22. Dərs vəsaiti. Hərbi Psixologiya  və Hərbi Klinik Psixologiya. Hərbi nəşriyyat, Bakı; 2025. N.V.İsmayılov, E.S.Mehdiyev, B.N.Əliyev, S.S. Gözəlov, R.Ş.Abdullayev 

23. Q1. 2025-ci ildə  “Advances in Biology and Earth Sciences” jurnalında volume 10, issue 2, pages 185-189. Country Azerbaijan by Jomard Publishing .“Biological insights from saliva diagnostics to assess human factors and flight safety performance in aviation simulators” DOI: 10.62476/abes.102185. https://www.scopus.com/pages/publications/105013394426

Qrantlar

2018-2020-ci il: Beynəlxalq Qrant Müsabiqəsinin qalibi.

 

  Layihənin adı: Bukkal epiteldə siqnal molekulların eksperisiyası.

  Layihənin iştirakçıları:

  1.Rusiya Elmlər Akademiyasının Gerontologiya, ginekologiya və reproduksiya institutu. (S.-Peterburq)

  2. Milli Aviasiya Akademiyası

  3. Azərbaycan Tibb Universiteti

  4.AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu.

Üzv olduğu qurum

1.Rusiya Elmlər Akademiyasının Fiziologiya ixtisası üzrə Xarici üzvü (2004);

2.Beynəxalq Elmlər Akademiyasının Rusiya bölməsi üzrə akademiki (Moskva);

3. Beynəxalq Elmlər Akademiyasının Azərbaycan bölməsi üzrə akademiki (Bakı);

4.MDB Dövlətlərarası Aviasiya Komitəsinin Aviasiya-Tibb Koordinasiya-konsultativ Şurasının üzvü (Moskva);

5.Rusiya Avia-kosmik, Dəniz Ekstremal və Ekoloji Tibb Assosiasiyasının üzvü (Moskva);

6. Lütfü Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki;

7. Milli Aviasiya Akademiyasının Dissertasiya Müdafiəsi Elmi Şuraların (qapalı və açıq) üzvü;

8.Azərbaycan Tibb Universitetinin Elmi Şurasının üzvü;

9.AMEA-nın Biologiya üzrə Elmi Şurasının Fiziologiya Seksiyasının Sədr müavini; 

TİBB ÜZRƏ ELMLƏR DOKTORU

1.Əliyev Aqil- Hava hərəkətinin idarə edilməsinin effektivlıyini təyin edən aviadispetçerlərin koqnisiv-şəxsiyyət psixofizioloji mexanizmlərinin sistem tədqiqi və korreksiyası- 2411.01. İnsan və heyvan fiziologiyası- Müdafiə olunmayıb, 10 il tamam olub, Müdafiə müddəti bitib.

2. Rüstəmova Afaq - Azərbaycanda uzun ömürlülük: tibbi-bioloji aspektlər- Müdafiə olunmayıb, 2-ci il  tamam olub. İş üzərində tədqiqatlar aparır

TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU
  1. Cəfərova Aygün- “Emosional gərgin vəziyyətlərdə  EEQ krosskorrelyasiya mexanizmləri ilə EKV dispersiya dalğalarının birgə tətqiqi və korreksiyası”- 2411.01. İnsan və heyvan fiziologiyası. Müdafiə olunmayıb, 10 il tamam olub
BİOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU

Babaxanova Fidan- Görmə analizatorunun plastikliyinin neyromodulyasiyasının endogen mexanizmləri- Müdafiə olunub 26.10.2022