Məmmədova Fərəh 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 2006-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutunda internatura keçmişdir.
2009-cu ildə Biokimya kafedrasında baş laborant olaraq işə başlamışdır. 2023-cü ildən kafedranın assistenti olaraq çalışır.
2022-ci ildə “Ürəyin işemik xəstəliyinin risk qruplarında apoptoz biomarkerlərinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür/
Bir çox respublika, beynəlxalq konfrans və konqreslərin iştirakçısı olaraq 35 elmi işin müəllifidir.
2009-2023 - ATU-nun Biokimya kafedrası - baş laborant
2023-hal-hazıradək - ATU-nun Biokimya kafedrası - assistent
2000-2006 - ATU Müalicə-profilaktika fakültəsi
2007 - Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu - internatura
1. Azərbaycan-Türkiyə allerqoloq və immunoloqların 1-ci Beynəlxalq konfransı, Bakı, 2024.
2. İnteqrativ təbabətdə elmi araşdırmalar mərkəzi, “Bağırsaq keçiriciliyinin yüksəlməsi xroniki sistemli iltibahın yaranması, Sanum terapiya ilə müalicə” konfrans, 2024.
3. ATU-nun “Pedoqoji peşəkarlığın inkişafı” təlimi, 2024.
4. BDU, Akademik Z.Əliyevanın 100 illik yubileyinə həsr olunmuş Respublika konfransı, 2023.
5. Wellbeing Medical Center, Bütünsel İyot Derneyi, Hücresel tıp tedavileri eğitim, 2023
6. ATU-nun TEC konfransı, 2023.
7. Rafael Recanati Genetik İns, ANDOP, “Müasir genetik tədqiqatların kliniki praktikada tətbiqi” Beynəlxalq elmi-praktik konfrans, 2023.
8. Prof. Arif Əfəndiyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans, 2023.
9. “Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma”, I Bey-nəlxalq elmi-praktiki simpozium, Bakı, 2024.
“Ürəyin işemik xəstəliynin risk qruplarında apoptoz biomarkerlərinin tədqiqi” mövzusunda dissertasiya işi ilə aşağıdakı yeniliklərə nail olunmuşdur:
1. Tədqiqat işində müəyyən edilmişdir ki, ÜİX zamanı və bu patologiyanın risk qruplarında apoptoz prosesi fəallaşır. Bu zaman apoptozun induksiya dərəcəsi xəstəliyin klinik gedişının ağırlaşmasını əks etdirir.
2. Ürəyin işemik xəstəliyi zamanı apoptoz markerləri (qranzim B və AİF) və oksidativ stresin göstəriciləri (tiol statusu, NO) arasında qarşılıqlı əlaqə aşkar edilmişdir. Bu isə onların kardiomiositlərin məhvi prosesində iştirakını təsdiq edir.
3. Eyni zamanda endotelin-1-in qatılığını təyin etməklə endotel qişanın funksional vəziyyəti müəyyən edilmiş və oksidativ stresin göstəriciləri ilə (azot oksidi) endotelin-1 arasında qarşılıqlı əlaqə aşkar edilmişdir.
Azərbaycan Elm Fondu, Qrant Layihələri Müsabiqəsi, 2024-cü il
“Ağır metalların dayaq-hərəkət sistemi xəstəliklərinin inkişafına təsiri” mövzusunda qrant layihəsinin icraçısı.
1. Dövlət İmtahan Mərkəzinin rezidentura şöbəsinin “biokimya” ixtisası üzrə eksperti
2. Kafedrada fəaliyyət göstərən “Tədrisə nəzarət” komissiyasının üzvü
MAQİSTR
2024/2026 - Günel Şərifova - “Hipertonik retinopatiyalar zamanı bəzi iltihab və oksidativ stres parametrlərinin tədqiqi”