
Lətifova Nuranə 2000-ci ildə Baki Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 2006-cı ildə həmin universitetin Biologiya fakultəsi Bioloji-kimya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2006-cı ildə Biokimya kafedrasında laborant olaraq işə başlamışdır. 2015-2018-ci illərdə Bioloji-kimya kafedrasının əyani doktorantı olmuş. 2022-2024-cü illərdə - baş-laborant vəzifəsində, 2024-cü ildən - assistent vəzifəsində çalışır.
2024-ci ildə “Diabet mənşəli qlomerulopatiyaların bəzi patobiokimyəvi xüsusiyyətləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 18.02.2025-ci ildə Azərbaycan Prezidenti yanında AAK-nın qərarı ilə b.ü.f.d. adı verilmişdir.
Bir çox respublika, beynəlxalq konfrans və konqreslərin iştirakçısı olaraq 19 elmi işin müəllifidir.
2006-2022 - ATU-nun Biokimya kafedrası - laborant
2022-2024 - ATU-nun Biokimya kafedrası - baş laborant
2024-hal-hazıradək - ATU-nun Biokimya kafedrası - assistent
2000-2004 - BDU - Kimya fakultəsi
2004-2006 - BDU - Biologiya fakultəsi - Bioloji-kimya ixtisası
2015-2018 - ATU - əyani doktorantura
18.02.2025 - Azərbaycan Prezidenti yanında AAK-nın qərarı ilə b.ü.f.d.
1. Антимикробные пептиды при различных осложнениях диабета. 2019
2. Роль некоторых цитокинов при диабетической нефропатии. 2019
3. Изучение цитокинов и антимикробных пептидов у больных хроническими болезнями почек, 2019
4. Изменение некоторых биохимических и иммунологических показателей при хроническом заболевании почек у больных с сахарным диабетом, 2020
5. Содержание некоторых антимикробных пептидов при диабетической нефропатии, 2020
6. Şəkərli diabet fonunda ağırlaşan müxtəlif böyrək patologiyaları zamanı qan serumunda L-FABP və katelisidin səviyyəsi, 2023
“Diabet mənşəli qlomerulopatiyaların bəzi patobiokimyəvi xüsusiyyətləri” mövzusunda dissertasiya işi ilə aşağıdakı yeniliklərə nail olunmuşdur:
1. Tədqiqat işində müəyyən edilmişdir ki, ŞD və böyrəklərin qlomerulyar zədələnmələri ilə müşayiət edilən DQ-nin patogenezində sistatin C-nin, sitokinlərin və AMP-nin rolu araşdırılmış və onların patogenetik və diaqnostik dəyəri qiymətləndirilmişdir.
2. Tədqiqat işində ilk dəfə olaraq ŞD və onun klinik ağırlaşması olan DQ və BXX, o cümlədən qlomerulonefrit mənşəli BXX xəstələrində böyrəklərin funksional göstəriciləri, AMP və sitokinlər kompleks və müqayisəli şəkildə tədqiq edilmişdir. İlk dəfə olaraq, sistatin C-nin qatılığı ilə kreatinin və qlikohemoqlobin arasında müsbət korrelyasiya asılılığı müəyyən edilmişdir.
3. Tədqiqat işində aşkar edilmişdir ki, ŞD xəstələrində iltihabtörədici sitokinlər (İL-6, İL-8 və TNF-α) və AMP (kalprotektin, L-FABP) DQ-nin patogenezində və inkişafında böyük rol oynamışdır.
1. Лятифова, Н.Ф. Изменение некоторых биохимических и иммунологических показателей при хроническом заболевании почек у больных с сахарным диабетом // Вестник проблем биологии и медицины, - 2020. Вип.1(155), - с.148-151.
2. Лятифова, Н.Ф. Содержание некоторых антимикробных пептидов при диабетической нефропатии / Лятифова, Н.Ф. У.Г. Азизова, Ш.И. Гасанова // Медицинские новости, - Москва: - 2020, №6, - c.84-86.
3. Lətifova N.F., Şahverdiyeva İ.C., Vahabova G.R., Quliyeva S.R., Əliyeva D.M. Şəkərli diabet fonunda ağırlaşan müxtəlif böyrək patologiyaları zamanı qan serumunda L-FABP və katelisidin səviyyəsi// Azərbaycan Tibb Jurnalı, Bakı, 2023, №3, səh. 71-74