Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Mikayılova Nigar 2001-ci ildə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinə qəbul olmuş, 2005-ci ildə həmin fakültəni bitirmişdir. 

2005-ci ildə Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasına laborant vəzifəsinə təyin edilmişdir. 2006-ci ildə Azərbaycan Tibb Universitetinin magistr pilləsinə qəbul olmuş, 2008-ci ildə bitirmişdir. 2008-ci ildə həmin kafedrada baş laborant, 2018-ci ildən Bioloji kimya kafedrasında asisstent, 2023-cü ildən baş müəllim vəzifəsinə təyin olunmuşdur.

2016-ci ildə “Bılacunarıa Mıcrocarpa (Bıeb.) M.Pımen Et V.Tıchomırov və Seselı Campestre Bess. (Apıaceae) növlərinin kumarin törəmələrinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır.

2019-cu ildən Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinə akademik məsləhətçi, həmin ildən hal-hazıradək I Müalicə-profilaktika fakültəsində dekan müavini vəzifəsində çalışır.

Kafedrada işlədiyi müddətdə 5 məqalə və 1 tezisi çap olunub, bir sıra yerli və beynəlxalq konfransların iştirakçısı olmuş, o cümlədən təşəkkür-namələrə və sertifikatlara layiq görülmüşdür.

Məqalə

N.X. Mikayılova, E.H.Kərimli  “Hypericum Perforatum L. (Adi dazıotu bitkisinin) yerüstü hissəsinin kimyəvi tərkibinin tədqiqi” / Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, rüblük elmi-praktiki jurnal. N-3, 2023. S.196-198

Elmi rəhbər olduğu işlər

MAQİSTR

Nadirov Məhəmməd - Ürəyin işemik xəstəliyinin inkişafında apaptoz faktoru kimi qranzim-B-nin rolu