Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1993-cü ildə Azərbaycan Tibb Universitetinin 1 Müalicə-Profilaktika Fakültəsinə qəbul olmuşam. 1999-cu ildə universiteti bitirmişəm.

01/08-1999-dan 31/07-2000-dək akademik M.Topçubaşov adına Elmi Tədqiqat Kliniki Təbabət İnstitutunda həkim-interna işləmişəm.

13/11-2000-dən 31/07-2002-dək Müdafiə Nazirliyi 172 saylı Hərbi hissəsinin Motoatıcı Taborunun Tibb Məntəqəsinin rəisi vəzifəsində işləmişəm. 31/07-2002-dən  20/09-2002-dək 988 saylı Hərbi Hissənin Tibb Məntəqəsinin rəisi işləmişəm.

31/12-2004-dən 06/10-2005-dək Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 12 saylı Cəzaçəkmə Müəssisəsinin Tibb-sanitar hissəsində həkim-ordinator işləmişəm.

06/10-2005-dən Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının baş laborantı vəzifəsində çalışmışam.

01/10-2006-dən 01/08-2010-dək Azərbaycan Beynəlxalq Universitetinin Kliniki və Eksperimental Cərrahiyyə kafedrasında müəllim işləmişəm.

01/06-2010-dən 2013-dək Leyla Şıxlinskayanın Kinikasında həkim-cərrah işləmişəm. 2013-dən 2017-dək Respublika Müalicə Diaqnostika Mərkəzində həkim-cərrah işləmişəm.

01/02-2013-dən 01/02-2014-dək assistent-stajor, 01/02-2014-dən 10/01-2024-dək Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasında assistent işləmişəm. 10/01-2024-cü il tarixindən indiyədək II Cərrahi xəstəliklər kafedrasının dosenti işləyirəm. 2022-ci ilin noyabr ayından II Cərrahi xəstəliklər kafedrasının tədris hissə müdiri vəzifəsində çalışıram.

Təhsili

1993-1999 Azərbaycan Tibb Universiteti. 1999-2000 internatura


 

 

Nailiyyətlər (adlar)

02/05-2012 tarixdə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışam.

Mexaniki sarılıq və kəskin irinli xolangitli xəstələrin kompleks müalicəsində ozonoterapiya və endoxoledoxeal lazer şualanmasının müştərək tədbiqi üsulu / Səmərələşdirici təklifə Şəhadətnamə (ATU) №530, 16.06-2010

Ozon və endoxoledoxeal lazer şualanmasının biliodigestiv anastomozlarda müştərək tədbiqinin iltihab prosesin aradan qaldırılması üsulu / Səmərələşdirici təklifə Şəhadətnamə (ATU) №531, 16.06-2010

 

Peşə və pedaqoji inkişaf

AZ  2018-ci ildə Çin Xalq Respublikasında İnkişaf Edən Ölkələr üçün Minimal İnvaziv Cərrahiyyə Texnikasından 2018 il Seminarı kursunu keçmişəm.

2023-cü ildə Çin Xalq Respublikasında Kəmər və Yol boyu Ölkələr üçün Minimal İnvaziv Qaraciyər Cərrahiyyəsi təlim kursunu keçmişəm.

2023-cü ildə Çin Xalq Respublikasında Laparoskopik Hepatobiliar və Pankreatik Cərrahiyyə üzrə təlim kursunu keçmişəm.

2023-cü ildə Azərbaycan Tibb Universitetində Pedaqoji Peşəkarlığın İnkişafı Kursunu keçmişəm.

2025-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə institutunda təkmilləşmə kursu keçmişəm.

Elmi araşdırma sahəsi

30/09-2011 tarixində “Bakterobiliyanın inkişaf səbəblərinin təhlilinə əsaslanaraq mexaniki sarılıq və xolangitin kompleks müalicəsi” mövzusunda dissertasiya işimin rəsmi müdafiəsi olmuşdur

 

 

 

Məqalə

1. Действие низкоинтенсивного лазерного излучения и озонотерапии на воспалительный процесс в желчных путях при остром гнойном холангите / Əməkdar elm xadimi, professor Həsən Musa oğlu İsazadənin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi konfransın materialları toplusu. Bakı: “Nurlan” , 2007, s. 180-183

2. Влияние низкоинтенсивного лазерного излучения и озонотерапии на воспалительный процесс в желчных путях / Cərrahiyyə jurnalı. Bakı, 2008, №2, s. 84-87

3. Микрофлора, культивируемая из холедоха при механической желтухе и остром гнойном холангите / Cərrahiyyə jurnalı. Bakı, 2009, №3, s. 42-46

4. Влияние сочетанной лазеро- и озонотерипии на липопероксидацию желчи и биохимические показатели крови при механической желтухе и холангите / Azərbaycan Tibb Jurnalı. Bakı, 2010, №2, s. 18-24

5. Принципы предоперационной подготовки больных механической желтухой и острым холангитом / Sağlamlıq jurnalı. Bakı, 2010, №3, s. 179-184

6. Комплексное лечение и профилактика послеоперационных осложнений у больных механической желтухой и острым холангитом / Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri. Bakı, 2010, №3, s. 3-8

7. Сочетанное использование лазеро- и озонотерипии в комплексном лечении механической желтухи и острого холангита / Украiнський Медичний Альманах. Луганск, 2010, том 13, №3, стр. 7-10

8. Методика дренирования желчных протоков у больных с билиодигестивными анастомозами при механической желтухе и остром холангите / Хирургия. Москва, 2011, №1, стр. 18-22

9. Комплексное лечение механической желтухи и холангита / Cərrahiyyə jurnalı. Bakı, 2011, №3, s. 51-56

10. Qaraciyər köçürülməsində portal və venoz sistemin kliniki anatomik xüsusiyyətləri / Cərrahiyyə jurnalı. Bakı, 2014, №3, s. 66-70

Üzv olduğu qurum

AZ Yeni Azərbaycan Partiyasının üzvüyəm.

Аzərbаycаn Tibb Univеrsitеtinin II Müalicə profilaktika fakultəsi Еlmi Şurаsının üzvüyəm.

ATU nəzdində fəaliyyət göstərən Elmi Seminar üzvüyəm.

akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi nəzdində fəaliyyət göstərən Elmi Seminar üzvüyəm.

Azərbaycan Cərrahlar Cəmiyyətinin üzvüyəm.

Azərbaycan Koloproktoloqlar dərnəyinin üzvüyəm.