
İsmayılova Könül İdris qızı — Azərbaycan Tibb Universitetinin II daxili xəstəliklər kafedrasının assistentidir.
1983–1989-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə və profilaktika fakültəsində təhsil almışdır. 1989–1990-cu illərdə Respublika Klinik Xəstəxanasında internatura keçmişdir.
1998–2001-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun II daxili xəstəliklər kafedrasında aspiranturada təhsil almışdır. 2002-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin II daxili xəstəliklər kafedrasında assistent vəzifəsində çalışır.
Peşəkar fəaliyyəti dövründə ixtisasartırma kurslarında mütəmadi iştirak etmiş, beynəlxalq və respublika səviyyəli kurslar, simpoziumlar və konfranslarda, o cümlədən Avropa Diabetin Tədqiqi Assosiasiyasının (EASD) təhsil proqramlarında, endokrinologiya, diabetologiya, metabolik xəstəliklər, klinik diaqnostika, nutrisologiya, tibbi statistika və pedaqoji peşəkarlıq sahələrində keçirilən təlimlərdə iştirak etmişdir.
1993-cü ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda “Kardiologiyada funksional diaqnostika” kursunu bitirmişdir. Şəkərli diabet və ürək-damar xəstəliklərinə həsr olunmuş beynəlxalq simpoziumlarda, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Diabetoloji Cəmiyyəti, Azərbaycan Endokrinoloqların Elmi Cəmiyyəti, eləcə də beynəlxalq təşkilatlar və tədris mərkəzləri tərəfindən təşkil olunan təlim və seminarların iştirakçısı olmuşdur.
Elmi maraq sahəsi — şəkərli diabetli xəstələrdə dəmir mübadiləsinin xüsusiyyətləridir.
2002-ci ildən bu günədək – Daxili xəstəliklər II kafedrasının assistenti
1983-1989- Azərbaycan Dövlət Tibb İstitutunun müalicə-profilaktika fakultəsi.
1989-1990- Respublika Klinik Xəstəxanası, internatura.
1998-2001- Azərbaycan Dövlət Tibb İstitutunun II Daxili Xəstəliklər Kafedrası. Aspirant
1993-cü il — Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu.
“Kardiologiyada funksional diaqnostika” kursu.
2001-ci il — Azer Turk Diab əməkdaşlıq proqramı çərçivəsində “Şəkərli diabet və ürək-damar xəstəlikləri” mövzusunda beynəlxalq simpozium, Azərbaycan, Zağulba.
1 aprel 2006-cı il — Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Diabetoloji Cəmiyyəti, Azərbaycan Endokrinoloqların Elmi Cəmiyyəti, V.M. adına Endokrinologiya, Diabet və Metabolizma Mərkəzi, GlaxoSmithKline şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi.
“Metabolik sindrom” mövzusunda treninq.
2011-ci il — Diabet Məktəbi üçün treninq (təlimçi hazırlığı), prof. Mayorov.
2012-ci il — EASD-nin 48-ci illik görüşü, Berlin, Almaniya.
2013-cü il — EASD-nin 49-cu illik görüşü, Barselona, İspaniya.
2014-cü il — EASD-nin 2-ci ixtisasartırma kursu, Bakı, Azərbaycan.
2014-cü il — “Müasir tibbdə invaziv radiologiyanın rolu” mövzusunda konfrans (Sağlamlıq və sülh naminə həkimlər qrupu tərəfindən təşkil olunmuşdur).
2015-ci il — EASD-nin 51-ci illik görüşü, Stokholm, İsveç.
2016-cı il — EASD ixtisasartırma kursu, Bakı, Azərbaycan.
2017-ci il — EASD ixtisasartırma kursu, İstanbul, Türkiyə.
2018-ci il — Qidalanma və dietologiya üzrə kurslar, Səhiyyə Strategiyası Tədris Mərkəzi, Qidalanma, Dietologiya və Piylənmənin Qarşısının Alınması Akademiyası (ANDOP).
2019-cu il — Psixologiya kursu, Səhiyyə Strategiyası Tədris Mərkəzi.
19.06.2023–25.06.2023 — ADHTI tərəfindən terapiya üzrə kurs.
Fevral 2024-cü il — ADHTI kursu:
“Anemiyalar: qan yaradıcı sistem pozğunluqları ilə əlaqəli anemiyalar, hemolitik anemiyalar”.
20.06.2024–28.06.2024 — ADHTI kursu:
“Endokrin sistem və böyrək xəstəliklərinin diaqnostika və müalicəsinə yeni yanaşma”.
08.02.2023–09.02.2023 — Pedaqoji peşəkarlığın inkişafı. Azərbaycan üzrə ÜST ofisi.
“Azərbaycanda pandemiyaya cavab tədbirləri”.
11.06.2025–20.06.2025 — Pedaqoji peşəkarlığın inkişafı üzrə treninq.
05.2025 — Tibbi statistika kursu.
Şəkərli diabeti olan xəstələrdə dəmir mübadiləsinin xüsusiyyətləri
Kərimova R. C.,Ağayeva A.H.,Quliyeva N.T.,İsmayılova K. İ.,Məşədiyeva Bayramova S. Ə.,Bayramov A.A. Physiological, histological characteristics of iron deficiency and its changes on the endocrine system. .III. INTERNATIONAL LIBERTY INTERDISCIPLINARY STUDIES CONFERENCE. THE PROCEEDINGS BOOK. January 13-15, 2023 / USA.Miami.Səh 215-219. ISBN: 978-1-955094-38.
https://www.libertyacademicbooks.com/_files/ugd/d0a9b7_ce775879e27b4ce6812b886ba868376d.pdf
Karimova R,J., Irada Aliyeva Jamilyevna .,Abiyev H.A.,Ismayilova K.I., Ismayilova F.Z., Mammadov Sh.A. Iinsulin resistance and iron metabolism in diabetes. VI. International conference on global practice of multidisciplinary scientific studies . April 09-16, 2024 .Lisbon, Portugal. The Proceedings Book.Səh.2605-2612.ISBN:978-625-367-716-9.
https://www.izdas.org/_files/ugd/614b1f_a36b37756c0341ce8c396e9b2b98b3b3.pdf
Doi: https://doi.org/10.5281/zenodo.11211705
Qasimova G.N.,Huseynzade Kh.R.,Heybatova M.F.,Ismayilova K.I., Karimova R.J. The role of ferritin in obesity, iron metabolism in type 2 diabetes and treatment principles. 7. International mediterranean scientific research congress. Full Texts Book. January 9-11, 2025 University of Valencia, Spain. Page.1059-1066.ISBN:979-8-89695-007-3.
https://www.izdas.org/_files/ugd/614b1f_9753409f34be461380f6a6aba4a86fbf.pdf
PARASITOLOGICAL SCIENCES APPLICATION OF REAL-TIME PCR AND KATO-KATZ METHODS IN MONITORING THE TREATMENT EFFICACY OF TRICHURIS TRICHIURA INFECTIONS. Bandelizade G., Scientific Research Institute of Medical Preventive Care named after V.Y. Akhundov, Department of Parasitic and Tropical Diseases, Baku, Azerbaijan Ismayilova K., Azerbaijan Medical University, 2nd Department of Internal Diseases, Baku, Azerbaijan. Bakhshiyeva S., Aliyeva G., Abbasova Y. Scientific Research Institute of Medical Preventive Care named after V.Y. Akhundov, Department of Parasitic and Tropical Diseases, Baku, Azerbaijan . №97, 2025
Slovak international scientific journal VOL.1 The journal has a certificate of registration at the International Centre in Paris – ISSN 5782-5319.
DOI: https://doi.org/10.5281/zenodo.15874601
Post-ARDS Pulmonary Manifestations in COVID-19 Patients:
Assessment of Risk Factors and Treatment Approaches
Sadigov A*, Sultanova M, Aliyev A, Khoshbonyani P, Sadigova T, Kerimova
T, Abbasova, Emil Gasimov G, Yagubov K, Karalti I, Rzabekova K,
Tariverdiyeva R and Mammedova A. Therapeutic educational Clinic, Medical University of Azerbaijan, Azerbaijan. Research Article; Volume 6 Issue 1; Received Date: July 13, 2021; Published Date: August 19, 2021; Corresponding author: Sadigov A, Therapeutic educational Clinic, Surgery educational; Clinic, Medical University of Azerbaijan, Baku, Azerbaijan. ISSN: 2642-1143
Azərbaycan endokrinologlar cəmiyyəti.
Azərbaycan daxili xəstəliklər dərnəyi.