
İradə Əliyeva Cəmil qızı 1990-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1996-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
Peşəkar fəaliyyətinə 1996–1997-ci illərdə Əfəndiyev adına 4 saylı Kliniki Xəstəxananın Daxili xəstəliklər şöbəsində baş laborant vəzifəsində çalışaraq başlamışdır.
1997-ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinin III Daxili xəstəliklər kafedrasında assistent vəzifəsinə təyin olunmuşdur.
1999-cu ildə “Diabetik ayaq sindromunun erkən təzahürlərinin diaqnostikası üçün klinik-funksional meyarların işlənməsi və onun proqressivləşməsinin profilaktika prinsipləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1997–2008-ci illərdə Azərbaycan Tibb Universitetinin III Daxili xəstəliklər kafedrasında assistent vəzifəsində çalışmış.
2008-ci ildə III Daxili xəstəliklər kafedrasının dosenti vəzifəsinə təyin olunmuşdur.
2018-ci ildə “Şəkərli diabetin yükünün formalaşmasında multimorbidliyin rolu və xəstələrin tibbi təminatının optimal modellərinin əsaslandırılması” mövzusunda dissertasiya işinin mövzusunu təsdiq etdirmişdir.
Endokrinologiya və hematologiya fənlərini azərbaycan və rus dillərində tədris edir.
Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi-praktik konfranslarda məruzələrlə çıxış etmiş, 80-dən çox elmi nəşrin müəllifidir.
Dosent — Azərbaycan Tibb Universiteti, II Daxili xəstəliklər kafedrası (2008–hal-hazıradək).
Assistent — Azərbaycan Tibb Universiteti, III Daxili xəstəliklər kafedrası (1997–2008).
Baş laborant — Azərbaycan Tibb Universiteti, III Daxili xəstəliklər kafedrası (1996–1997).
Tibb üzrə ali baza təhsili — Azərbaycan Tibb Universiteti (1990–1996).
1. 3rd International Paris Congress on Applied Sciences (17–19 April 2024, France, Paris) Oral Presentation: Congenital Adrenogenital Disorders: Physiological Characteristics and Diagnostic Methods
2. 6th International Conference on Global Practice of Multidisciplinary Scientific Studies (9–16 April 2024, Portugal, Lisbon) Oral Presentation: Insulin Resistance and Iron Metabolism in Diabetes
3. Oral Presentation: Characterization and Diagnostic Determination of Physiological Changes of Persistent Hyperplasia of the Thymus Gland
4. 6th International Mediterranean Congress (13–15 August 2024, Italy, Rome) Oral Presentation: Genetically Acquired Endocrine Diseases and Guidelines for Genetic Testing in Endocrine Diseases
5. 10th International New York Conference on Evolving Interdisciplinary Research and Practice (1–3 June 2024, USA, New York) Oral Presentation: Pathophysiology of Diabetes Caused by Iron Deficiency
6. 15th International Scientific Research Congress (24–25 March 2024, Indonesia) Oral Presentation: The Role of Malnutrition-Related Diabetes in Human Physiology
İradə Əliyeva endokrinologiyanın müxtəlif sahələrində elmi tədqiqatlar aparmışdır.