
Vəfa Əliyeva Əhməd qızı - tibb üzrə fəlsəfə doktoru, dosent, həkim-endokrinoloq, endokrinologiya sahəsi üzrə mütəxəssisdir.
Vəfa Əliyeva 1998-ci ildə AMU-nin Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1998–1999-cu illərdə 4 saylı şəhər klinik xəstəxanasında “endokrinologiya” ixtisası üzrə internatura keçmişdir.
2000–2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər II kafedrasında aspiranturada təhsil almışdır. 2007-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.
2003-cü ildən Azərbaycan Tibb Universitetində çalışır: 2003–2016-cı illərdə Daxili xəstəliklər II kafedrasında assistent, 2016-cı ildən hal-hazıra kimi Daxili xəstəliklər kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir. 2022-ci ildə ona “endokrinologiya” ixtisası üzrə dosent elmi adı verilmişdir.
Vəfa Əliyeva çoxsaylı elmi məqalələrin, dərs və metodik vəsaitlərin müəllifidir. Onun elmi işləri müxtəlif ixtisaslaşmış tibbi jurnallarda dərc olunmuşdur.
Elmi maraqları endokrinologiya sahəsini əhatə edir. Vəfa Əliyeva Rusiya, Avstriya, Almaniya, İspaniya və Portuqaliyada keçirilmiş beynəlxalq elmi konqres və konfranslarda iştirak etmişdir.
Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin, Türkiyə Tiroid Dərnəyinin və Avropa Diabetin Tədqiqi Assosiasiyasının (EASD) üzvüdür.
2016-cı ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin II Daxili xəstəliklər kafedrasının dosenti.
2013–2016-cı illərdə Azərbaycan Tibb Universitetinin II Daxili xəstəliklər kafedrasında assistent.
2000–2003-cü illərdə Azərbaycan Tibb Universitetinin II Daxili xəstəliklər kafedrasında aspirant.
1992–1998-ci illər - Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi.
1998–1999-cu illər - Endokrinologiya ixtisası üzrə həkim-intern.
2000–2003-cü illər - Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər II kafedrasında aspirant.
Aliyeva V.A. Современные лекарственные препараты в лечении ожирения.Klinicheskaya farmakologiya i terapiya. 2020;29(4):61–66.
DOI
Алиева В.А. Уровень Соматотропного гормона в крови больных сахарным диабетом 1 типа осложненным диабетической ретинопатией. Медицинские новости, №5, Минск, С. 66-68, 2020
DOI
Azərbaycan Respublikası Endokrinoloqlar Cəmiyyətinin üzvü
Türk Tiroid Dərnəyinin üzvü / EASD üzvü