Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Gülər Fətəliyeva Rza-Qulu qızı Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər II kafedrasında dosent vəzifəsində çalışır. Terapiya və diabetologiya sahəsində mütəxəssisdir.1965–1971-ci illərdə Azərbaycan Tibb İnstitutunda “müalicə işi” ixtisası üzrə ali tibbi təhsil almışdır.1972–1974-cü illərdə Azərbaycan Tibb İnstitutunda terapiya ixtisası üzrə klinik ordinatura keçmişdir. 1975-ci ildən etibarən AMİ-nin fakültə terapiyası kafedrasında assistent vəzifəsində çalışmışdır. 1987–1990-cı illərdə elmi fəaliyyətlə məşğul olmuşdur.1974–1993-cü illərdə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasında assistent vəzifəsində çalışmışdır.1990-cı ildə kardiologiya və diabetologiya sahələri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.1993-cü ildən Azərbaycan Tibb Universitetinin II Daxili xəstəliklər kafedrasının dosenti vəzifəsinə seçilmişdir.Elmi maraqları terapiya və diabetologiya sahələrini əhatə edir. Respublika və beynəlxalq elmi nəşrlərdə dərc olunmuş 80-dən artıq elmi məqalənin, həmçinin dərs vəsaitlərinin və metodik tövsiyələrin müəllifi və həmmüəllifidir.

 

 

 

Akademik fəaliyyət

1972–1974-cü illərdə Bakı şəhərində Azərbaycan Terapevtik İnstitutunun daxili xəstəliklər II kafedrasında klinik ordinator vəzifəsində çalışmışdır.1974–1993-cü illərdə Bakı şəhərində Azərbaycan Tibb İnstitutunun daxili xəstəliklər II kafedrasında assistent vəzifəsində fəaliyyət göstərmişdir.1993-cü ildən bu günədək Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər II kafedrasında dosent vəzifəsində çalışır.

Təhsil

1965–1971-ci illərdə Bakı şəhərində Azərbaycan Tibb İnstitutunda (AMİ) “müalicə işi” ixtisası üzrə təhsil almışdır.

1972–1974-cü illərdə Bakı şəhərində Azərbaycan Tibb İnstitutunda terapiya ixtisası üzrə klinik ordinatura keçmişdir.1987–1990-cu illərdə Bakı şəhərində yerləşən Azərbaycan Tibb Universitetində dissertant olmuşdur.

Peşə və pedaqoji inkişaf

1987-ci ildə Rusiya Hərbi Tibb Akademiyasında “Fövqəladə hallar təbabəti” mövzusu üzrə ixtisasartırma kurslarında iştirak etmişdir.2011-ci ildə Bakı şəhərində Tədris-terapevtik klinikanın bazasında “Kəskin vəziyyətlər zamanı reanimasion tədbirlər” mövzusunda təlim keçmişdir.2012 və 2015-ci illərdə Bakı şəhərində Tədris-terapevtik klinikada keçirilmiş “Tədris prosesinin təşkili” mövzusunda təlim kurslarında iştirak etmişdir.2020-ci ildə Azərbaycan Tibb Universitetində tədris prosesinin təkmilləşdirilməsi üzrə ixtisasartırma kurslarını bitirmişdir.2021–2024-cü illərdə (4 dəfə) Bakı şəhərində Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda hematologiya ixtisası üzrə ixtisasartırma kursları keçmişdir.

Elmi araşdırma sahəsi

Şəkərli diabet fonunda kardiologiya məsələləri.

Kitab

Fətəliyeva G. R. «Şəkərli diabet olan xəstələrdə ritm pozğunluqlarının diaqnostikası» (metodik vəsait). Bakı: Maarif.

Metodik vəsait: Hematologiya, 2020

 

Məqalə

Fətəliyeva G. R., həmmüəlliflər. Mövzu üzrə 94 elmi məqalə Türkiyə, ABŞ, Rusiya (Moskva), Norveç, Gürcüstan, Almaniya və Dubayda nəşr olunmuşdur.

Həmmüəlliflərlə. «Daxili xəstəliklər» adlı üç dərslik. 2003, 2004, 2009-cu illər. Nəşriyyatlar: Maarif (2000), Şirvannəşr (2004), Qismət (2009).

Müəllif: Fətəliyeva G. R. «Şəkərli diabet zamanı EKQ xüsusiyyətləri. EKQ-qrafiya». Bakı: Şərq-Qərb, 2016.

Həmmüəlliflərlə.«Şəkərli diabet zamanı diabetik pəncənin diaqnostikası». Bakı: Şərq-Qərb. 2018

Həmmüəlliflərlə. «Diabetik nefropatiyanın müasir müalicəsi». Bakı: Azərbaycan Tibb Universitetinin nəşriyyatı. 2020

Üzv olduğu qurum

Şəkərli diabetin diaqnostikası, profilaktikası və həkimlərin tədrisi üzrə

Assosiasiyanın üzvü olmuşdur.Müalicə-profilaktika fakültəsi II-nin Elmi Şurasının üzvüyəm.

Müalicə-profilaktika fakültəsi II-nin Problem komissiyasının üzvüyəm.

Hematologiya fənni üzrə III və IV kurs tələbələrinin imtahanlarının qəbulu üzrə ekspertəm.

VI kurs tələbələrinin imtahanları üzrə Dövlət Komissiyasının üzvüyəm.

Kafedrada elmi fəaliyyət üzrə məsul şəxsəm. Silabusların, testlərin və imtahan suallarının hazırlanmasında iştirak edirəm.