Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Axundbəyli Gülarə Abbas qızı 1991-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

1991-ci ildən etibarən II Müalicə-Profilaktika fakültəsinin III Daxili Xəstəliklər kafedrasının Endokrinologiya şöbəsində çalışmış, özünü peşəkar müəllim və həkim kimi göstərmişdir. Endokrin və daxili xəstəliklərdən əziyyət çəkən xəstələrin müalicə prosesinə daim nəzarət etmiş, III, IV, V və VI kurs tələbələrinə Azərbaycan və rus bölmələrində mühazirə, praktik məşğələ və seminar dərslərini təsdiq olunmuş proqram və metodik vəsaitlərə uyğun şəkildə müvəffəqiyyətlə aparmışdır.

Dərslərində müasir əyani vasitələrdən, yeni monoqrafiyalardan, dərsliklərdən, elmi jurnallardan, konfrans və simpozium materiallarından istifadə etmiş, hər il tədris materiallarını yeni məlumatlarla zənginləşdirmişdir. Tədris prosesində müasir metodikaya uyğun olaraq informasiya texnologiyalarının imkanlarından geniş istifadə etmiş, tələbələrlə birlikdə mövzuya uyğun xəstəlik tarixlərini və xəstələrin müayinələrinin nəticələrini müzakirə etmişdir.

Tələbələrin sərbəst işlərinin təşkili və praktiki bacarıqlarının formalaşdırılmasında fəal iştirak etmişdir.

Müalicə işində fəal olmuş, ambulator və stasionar xəstələrin qəbulunu aparmış, konsultasiyalarda, klinikada keçirilən 5 dəqiqəliklərdə, klinik təhlillərdə, həmçinin aylıq gecə və gündüz növbələrində iştirak etmişdir. Müalicə fəaliyyəti zamanı terapiya və endokrinologiya sahəsində elmin son nailiyyətlərindən istifadə edərək müraciət edən şəxslərə zəruri müalicəvi məsləhətlər vermişdir.

Tələbə Elmi Cəmiyyətinin rəhbəri olmuşdur.

Diplomdan sonrakı təhsil çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, TƏBİB və İcbari Tibbi Sığorta tərəfindən təşkil olunmuş 100-dən artıq simpozium, konqres, konfrans və treninqlərdə iştirak edərək bilik səviyyəsini artırmışdır.

Şəkərli diabet zamanı pəhriz yaddaş kitabçasının müəllifidir (2018 və 2021-ci illərdə iki dəfə nəşr olunmuşdur). “Diabetik pəncə” protokolunun həmmüəlliflərindən biridir.

BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi və “Üçüncü Bahar” İctimai Birliyinin rəhbərliyi ilə həyata keçirilən “Birlikdə Fəal Yaşlanaq” və digər layihələr çərçivəsində təlimlərin müəllifi və fəal iştirakçısı olmuş, maraqlı və faydalı təlimlər keçirmişdir.

Son 5 il ərzində Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar, laborator, praktik məşğələ və mühazirələri müvəffəqiyyətlə aparmışdır. Reabilitasiya üzrə proqramın (Təhsil Nazirliyinə təqdim olunmuşdur) həmmüəllifidir.

Təhsil Nazirliyinin SABAH (Savadlı, Bacarıqlı və Hazırlıqlı) qrupları layihəsi çərçivəsində praktik dərslər və mühazirələrin müəllifi və icraçısı olmuş, tədrisin keyfiyyətinin və məzmun zənginliyinin artırılmasına yönəlmiş treninq və seminarların iştirakçısı olmuşdur.

Sosial mediada bir sıra çıxış və məqalələrin müəllifidir.

“Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası”, “Azərbaycan Hematologiya Cəmiyyəti”, “Azərbaycan Kardiologiya Cəmiyyəti”, “Azərbaycan Nefrologiya Cəmiyyəti” və “Azərbaycan Könüllü Həkimlər Cəmiyyəti”nin üzvüdür.

Kafedranın həmkarlar komitəsinin büro üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür və partiya, universitet və respublika səviyyəsində keçirilən dövlət əhəmiyyətli seçkilərdə müşahidəçi kimi fəaliyyət göstərmişdir.

İşlədiyi müddət ərzində ictimai fəallığı və peşəkar fəaliyyəti ilə kafedra əməkdaşlarının, tibb işçilərinin, xəstələrin və tələbələrin dərin hörmət və rəğbətini qazanmışdır. 200-dən artıq elmi məqalə və tezisin müəllifidir.

Akademik fəaliyyət

1992-ci ilin avqust ayında III Daxili xəstəliklər  kafedrasında baş laborant vəzifəsində çalışmışdır.

1994-cü ildən bu günədək II Daxili xəstəliklər kafedrasında assistent vəzifəsində çalışır.

Təhsil

1985–1991-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almış, fərqlənmə diplomu ilə bitirmişdir.

1991–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə-Profilaktika fakültəsində, III Daxili xəstəliklər kafedrasında internatura keçmişdir.

Peşə və pedaqoji inkişaf

1991-ci ildən bu günədək:

Diplomdan sonrakı təhsil çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və AHTİ tərəfindən təşkil olunmuş təkmilləşdirmə kurslarında (Daxili xəstəliklər, Endokrinologiya, Hematologiya, Nefrologiya, Pedaqoji psixologiya) iştirak etmişdir.

Azərbaycan Tibb Universitetində tibb təhsilində pedaqoji təkmilləşdirmə kursunu keçmişdir.

ADA Universitetində pedaqoji təkmilləşdirmə kurslarında iştirak etmişdir.

TƏBİB və İcbari Tibbi Sığorta tərəfindən təşkil olunmuş 100-dən artıq simpozium, konqres, konfrans və treninqlərdə iştirak edərək bilik səviyyəsini artırmışdır.

Elmi araşdırma sahəsi

Terapiya, endokrinologiya, kardiologiya, hematologiya, pedaqogika, immunologiya-allergologiya, nefrologiya.

Elmi araşdırma sahəsi

Qadın reproduktiv sistemi orqanlarının xoş- və bədxassəli şişləri

 

 

Kitab

– Şəkərli diabet zamanı pəhriz yaddaş kitabçası.

– İdman Akademiyasının Reabilitasiya fakültəsində bakalavr səviyyəsi üzrə fənn proqramları:

1. “Ümumi tibbi biliklər”

2. “Həkim etikası və deontologiya”

3. “Həkiməqədər tibbi yardım”

Üzv olduğu qurum

Sosial mediada bir sıra çıxış və məqalələrin müəllifidir.

“Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimatlar Assosiasiyası”, “Azərbaycan Hematologiya Cəmiyyəti”, “Azərbaycan Kardiologiya Cəmiyyəti”, “Azərbaycan Nefrologiya Cəmiyyəti”, “Azərbaycan Terapevtlər Cəmiyyəti” və “Azərbaycan Könüllü Həkimlər Cəmiyyəti”nin üzvüdür.