Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Məmmədova Samirə Şimid qızı ATU-nun I Mamalıq və ginekologiya kafedrasının əməkdaşıdır.  2004-2005-ci illərdə 5 saylı Doğum evində həkim-interna vəzifəsində çalışıb. 2007-ci  ildə  ATU-nun III Mamalıq və Ginekologiya kafedrasında baş laborant  vəzifəsinə təyin edilmişdir. 2014-cü ildən hal-hazırki günə gədər I Mamalıq və Ginekologiya kafedrasında assistent vəzifəsində  çalışır. Kafedrada çalışdığı illər ərzində elmi-praktiki fəaliyyətində mühüm nəaliyyətlər əldə etmiş, və öz işində yüksək peşəkarlıq, məsuliyyət və təşəbbüskarlıq nümahiş etdirir.Assistent Məmmədova 2009-cü ildə “Hamiləliyin erkən müddətində uşaqlıqdaxili və pozulmamış boru hamiləliyinin klinikaönü, klinik-diaqnostik xüsusiyyətləri” mövzusunda olan dissertasiya işini təsdiq etmişdir və 2015-ci ildə dissertasiyanın müdafiəsi keçirilmişdir. 2021-2023-cü illərdə kafedra üzrə TEÇ-in rəhbərliyini icra edib. 2023-2024-cü ildə Tədris İşlər üzrə müdir müavini vəzifəsini icra edib.S.Ş.Məmmədova müəllimlik fəaliyyəti ərzində tələbələrə və gənc mütəxəssislərə praktiki bacarıqların öyrədilməsi işinə böyük töhvə verir. Onun mamalıq və ginekologiya fənni üzrə praktik dərsləri aparma qaydası tələbələrdə böyük maraq yaradır. Assistent Məmmədova S.Ş. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I mamalıq-ginekologiya şöbəsində praktik həkim kimi çalışır, ginekoloji əməliyyatları icra edir.Ümumilikdə Məmmədova S.Ş. 25-dan çox dərc edilmiş elmi məqalələr və tezislərin müəllifidir. Bir çox yerli və beynəlxalq konfranslarda iştirak etmişdir və sertifikatlar təltif olunmuşdur. 

Akademik fəaliyyət

Assistent  /  Azərbaycan Tibb Universiteti  2014 – 2025

Baş laborant / Azərbaycan Tibb Universiteti  2007 – 2014

 

Təhsil

Azərbaycan Tibb Universiteti, I müalicə-profilaktika fakültəsi 1998 - 2004

İnternatura – 5 saylı Doğum evi 2004-2005

Nailiyyətlər (adlar)

T.ü.f.d elmi dərəcəsi diplomu  2016

Məqalə

Erkən reproduktiv dövrdə ümumi və genital infantilizmi olan  yeniyetmə və gənc qızlarda karbohidrat mübadiləsinin dəyişmə xüsusiyyətləri

Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri. Bakı, 2021, №2, s.37-41

5Həsənli G.Q.Əliyeva E.M. Axundova N.E.  Əhmədzadə V.Ə.        Mustafayeva İ.R.  Baxşəliyev F.M.

Erkən reproduktiv dövrdə ümumi və genital infantilizmin yaranmasında genetik anomaliyaların əhəmiyyəti

Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Bakı, 2021, №2, s.79-83

5 Həsənli G.Q. Əliyeva E.M.      Bayramova  E.V.  Kərimova  S.N.  Bayramova G.M.

Особенности течения периода полового созревания девочек, родившихся от матерей после применения методов вспомогательных репродуктивных технологий

Ж. Медицинские новости, 2023, №8, с.58-60 3

Мустафаева И.Р.Алиева Э.М.  Исмайлова М.К. .Мурадова З.С

Rezus  izoimmunizasiyada dölün bətndaxili qan köçürmənin effektivliyi, dölə və anaya təsiri.Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Bakı, 2023, №1, s.118-122

4 Canbaxışov T.Q.Əliyeva E.M.Bayramova E.V..