Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Kərimova İ.A. 1991-ci ildə biologiya fənnindən əla qiymət alaraq, 1 imtahanla Azərbaycan Tibb Universitetinin tibbi-biologiya fakültəsinə daxil olmuşdur. 1996-cı ildə universiteti həkim-kibernetik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək biokimya kafedrasında baş laborant vəzifəsinə təyin edilmişdir.

2007-ci ildə “İnvolyusion və qlükokortikoidli osteoporozlar zamanı qanın biokimyəvi göstəricilərinin müqayisəli tədqiqi” mövzusunda dissertasiyanı müdafiə edərək, 2008-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2010-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin biokimya kafedrasında assistent, 2019-cu ildən hal-hazıradək baş müəllim vəzifəsində çalışır.

Kərimova İ.A. klinik və patoloji biokimya, klinik laborator diaqnostika fənnlərini azərbayacan və rus dillərində tədris edir. O,  “Laboratoriya işi” ixtisası üzrə rezidentlərə rəhbərlik edir. Kafedrada elmi işlər üzrə cavabdeh şəxsdir.

Kərimova İ. yerli və xarici mətbuatda nəşr edilmiş 51 məqalə və tezislərin müəllifidir.

Akademik fəaliyyət

1996-2010 - ATU-nun Biokimya kafedrasında baş laborant;

2010-2019 - ATU-nun Biokimya kafedrasında assis­tent;

2019-hal-hazıradək  - ATU-nun Biokimya kafedrasında baş müəl­lim.

Təhsili

1991-1996 - Ali təhsil – N.Nərimanov adına Azərbaycan Tibb Universiteti.

Nailiyyətlər (adlar)

1. Postmenopozal və qlükokortikoid osteoporozlarında kalsium-fosfor mübadiləsinin pozulması fonunda qan serumunda maqneziumun qatılığının azalması müşahidə edilir.

2. İnvolyusion osteoporozda parathormonunun hipersekresiyası sümük rezorbsiyasını artmasına yol açır və yaşa bağlı sümük itkisində mərkəzi rol oynayır.

3. İnvolyusion və qlükokortikoid osteoporozları zamanı sümük kütləsinin azalma mexanizmlərində kalsitonin defisitinin iştirakı izlənilmir.

4. Qlükokortikoid osteoporozun inkişafı ilə ağırlaşan pemfiqus xəstələrində osteoporoz əleyhinə müalicədə bifosfonatların istifadəsi sümük metabolizminın, kalsium-fosfor mübadiləsinin və bu metabolizmi tənzimləyən hormonların pozulmasını korreksiya etmək imkanı yaradır.

Elmi araşdırma sahəsi

1. Osteoporozun biokimyəvi mexanizmlərinin öyrənilməsi.

2. Sitokinlərin və endogen antimikrob peptidlərin serum səviyyəsinin müxtəlif patologiyalar zamanı tədqiqi.

Məqalə

1. Qasımova K.F., Nərimanov V.Ə., Kərimova İ.A. Qaraciyər exinokokkozu zamanı sitokinlərin səviyyəsinin tədqiqi. Cərrahiyyə jurnalı, 2021, № 1, s.26-30.

2. Гасымова К.Ф., Маммадов А.М., Шахвердиева И.Дж., Керимова И.А. Оценка функцио-нального состояния гепатобилиарной сис-темы и иммунного статуса при эхинококкозе. Azərbaycan təbabətinin müasir nailiyyətləri, 2021, № 3, s. 176-182.

3. Гаджиев А.Г., Кулиев М.Р., Керимова И.А., Азизова Г.И. Особенности состояния минерального обмена у больных хронической почечной недостаточ-ностью на начальной и терминальной стадиях заболевания. Chemical bulletin 2021, том 4, № 3, с. 22-33.

4. Amirova M.F., Dadashova A.R., Huseynova E.E., Hasanova Sh.I., Guliyeva F.E., Kerimova I.A, Guliyeva S.R., Rahimova R.R. Black tea and coffee impact on steroid hor-mones status in young men. The Ukrainian Biochemical J., 2022, v. 94, is. 4, p. 83-92.

5. Huseynova A.S., Kerimova I.A., Shahverdiyeva I.J., Yagubova V.I. Modern ideas about the etiopathogenesis of rheumatoid artritis // Azerbaijan Journal of Physiology, 2023, vol 2(38), № 2, p. 61-73.

6. Atakişizadə S.A., Cəfərova K.Ə., Qurbanova L.M., Kərimova İ.A. Müalicə müəssisələrində cərrahi yara infeksiyaları törədicilərinin xüsusiyyətləri //  Azərbaycan Tibb Jurnalı, 2024, № 2 , s. 174-177. SCOPUS, Q4.

7. Рагимова Р.Р., Эфендиев А.М., Шахвердиева И.Дж., Дашдамирова Г.С., Керимова И.А. Определение содержания и возможных  ассоциаций α2-макроглобулина с аутоантителами в сыворотке крови пациентов с различными формами аутоиммунного тиреоидита  // Биомедицинская химия, 2024,  том 70, выпуск 2, с. 125-129. Идентификатор PubMed: 38711412  SCOPUS, Q4.

DOI

8. Рагимова Р.Р., Дашдамирова Г.С., Шахвердиева И.Дж., Керимова И.А. Изучение активности матриксных металлопротеиназ и антител к ДНК у пациентов с аутоиммунным тиреоидитом // Казанский Медицинский журнал, 2023, том 104, № 6, с. 851-857.  SCOPUS, Q4.

DOI

Üzv olduğu qurum

1. ATU-nun nəzdində fəaliyyət göstərən İlkin Sənədlərin Yoxlanılması üzrə Komissiyanın üzvü.

2. ATU-nun FD 2.07. Dissertasiya Şurasının nəzdindəki “Biokim­ya” iхtisası üzrə Elmi Seminarın katibi.

3. Azərbaycan Klinik Laboratoriya Mütəxəssiləri İctimai Birliyinin üzvü.