Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Quliyеvа Firəngiz 1986-cı ildə Bаkı Dövlət Univеrsitеtinin Kimyа fаkültəsinə daxil olmuşdur və 1992-ci ildə həmin fakültəni bitirmişdir. 

1988-2003-cü illərdə Аzərbаycаn Tibb Univеrsitеtinin Biоkimyа kаfеdrаsındа lаbоrаnt, bаş lаbоrаnt vəzifələrində çаlışmışdır. 2003-cü ildən 2017-ci ilədək Biokimya kafedrasında аssistеnt vəzifəsində, 2017-ci ildən baş müəllim vəzifəsində çalışır.

2009-cu ildə “Xroniki böyrək çatışmazlığı olan xəstələrdə biokimyəvi və bəzi immunoloji göstəricilərin dəyişiklikləri arasında əlaqə” mövzusunda dissertasiya müdafiə ederək, Biologiya elmləri üzrə Fəlsəfə doktoru adını almışdır.

24 illik pedaqoji fəaliyyətlə, eyni zamanda ictimai – siyasi fəaliyyətlə yaxından məşğuldur. Dövri və xarici (Avstraliya, Ukrayna, Sankt-Peterburq, Vladikavkaz) mətbuatda çap olunmuş 57 elmi məqalənin və tezisin müəllifidir. Bir çox respublika, beynəlxalq konfrans və konqreslərin iştirakçısı olmuşdur.

Quliyeva Firəngizin 14 dekabr 2024-cü il tarixində “Narkomaniyadan xilas üçün 7 əsas yanaşma” mövzusunda təqdim etdiyi dəyərli məlumatlar Stopnarkotik.az rəsmi saytında yerləşdirilmişdir. 

Quliyeva Firəngiz az təminatlı ailələrin, şəhid ailələrinin, qazi və veteranların rifahının yaxşılaşdırılması üçün daim dəstək göstərərək, onların diqqətdənkənar qalmamalarına yardım etmişdir. 

 

Quliyeva Firəngiz müəllifinin İradə Əlili, redaktorunun isə Minəxanım Əkrəmqızı olduğu “ULU ÖNDƏR” kitabında “HEYDƏR ƏLİYEV VƏ ORDU QURUCULUĞU” başlığı altında öz dəyərli fikirlərini bildirmişdir. Həmçinin, Quliyeva Firəngiz kitabda ümummilli lider Heydər Əliyev ilə bağlı onun yaddaşında orta məktəb təhsil illərindən qalan xoş bir xatirəni də bölüşmüşdür. O, 6-cı sinifdə oxuyan zaman Lenin rayon baş katibinin təqdimatı ilə Heydər Əliyevin onların evlərinin qonağı olduğunu, həmin gün ilə bağlı xoş təəssüratlarını bu kitabda qeyd etmiş və o tarixin yaddaşında unudulmaz bir iz buraxdığını bildirmişdir. Quliyeva Firəngiz fikirlərini bu cümlələr ilə yekunlaşdırmışdır: “Əməlləri, ideyaları, yazıb yaratdığı fikirləri, yerinə yetən arzuları ilə hər zaman xatırlanan, ölümsüzlük zirvəsində daim yaşayan səxsiyyətdir Heydər Əliyev. Çünki ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən şəxsiyyətlər heç zaman unudula bilməz.”

Akademik fəaliyyət

1988-2003 - ATU-nun Biokimya kafedrasında baş laborant.
2003-2017 - ATU-nun Biokimya kafedrasında assistent.
2017-2024 - ATU-nun Biokimya kafedrasında baş müəllim.

Təhsili

1986-1972 - Bakı Dövlət Universiteti Kimya fakültəsi

Nailiyyətlər (adlar)

Qazilər və şəhid ailələri ilə daim təmasda olduğu üçün medallar:

1. Azərbaycan Vətən Müharibəsi Veteranları İB, “BÖYÜK ZƏFƏR” xatirə medalı, 2023;

2. Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB, “VƏTƏNPƏRVƏRLİK İŞİNDƏ XİDMƏTƏ GÖRƏ” medalı, 2023

3. Azərbaycan Vətən Müharibəsi Veteranları İB, “MİLLİ ORDU-100” medalı, 2024.

 

 

Fəxri fərmanlar:

1. AR Müdafiə Nazirliyi, Şəxsi heyət Baş idarəsinin ideoloji iş və mənəvi-psixoloji təminat idarəsi,  “Hərbi vətənpərvərlik tədbirlərində fəal iştirak”, 08.11.2023.

2. AR Beynəlmiləlçi Əlil Döyüşçülər fondu, “Müharibə zamanı şəhid ailələrinə, qazilərə göstərilən qayğı”ya görə, 08.11.2023.

3. Biləsuvar rayon İcra Hakimiyyəti, “Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi dəstəyə görə”, 23.12.2023.

4. AVMVİB Tovuz rayon şöbəsi, “Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi dəstəyə görə”, 2021.

 

 

Mükafat:

Beynəlxalq Qızıl Disk Azərbaycan və Türkiyə Qardaşlıq mükafatı, “Uğurlu və səmərəli işlərinə görə”, 25.05.2023.

Peşə və pedaqoji inkişaf

1. ARETN akademik A.Qarayev adına Fiziologiya institutu, Naxçıvan Dövlət Universiteti, ARETN Fizika institutu, Azərbaycan fizioloqlar cəmiyyəti azərbaycan herontoqlar cəmiyyəti, “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Müasir dövrdə fiziologiya və sağlamlıq: tədqiqat prioritetləri və perspektivləri”
Beynəlxalq elmi-praktik konfrans, Bakı, 2024.
2. Fərqanə Tibb İnstitutu, İctimai Sağlamlıq beynəlxalq elmi-praktik konfransı, 2021.
3. 3-cü Beynəlxalq konqres, Mayami, 2023.
4. ATU-nun TEC, Bakı, 2023;
5. Çukurova ad. 10-cu beynəlxalq Elmi-Tədqiqat konfransı, Adana, Türkiyə, 2023.
6. “Təhsil Menecerlər Forumu”, Bakı, 2023.
7. “COP 29 – Yaşıl d++ünya, iqlim dəyişiklikləri və qadınlar”, “Sağlam ailə” Tibb Mərkəzi, Bakı, 2024.
8. XV Azərbaycan-Türk-Alman tibb hüququ simpoziumu, Bakı, 2024.
9. Magen David İnternational Center, “Rəqamsal İnkişaf”, Gürcüstan, 25/08/2024.
10. Azərbaycan və Azərbaycan qadınlarının işinin gücləndirilməsi ilə biznes imkanlarının yaradılması forumu, 2024.

Elmi araşdırma sahəsi

Xroniki böyrək çatışmazlığı olan xəstələrdə biokimyəvi və bəzi immunoloji göstəricilərin dəyişiklikləri arasında əlaqə.

Oksidativ  stresin lipidlərə təsiri.

Antioksidant mühafizə sisteminin  komponentləri və fəaliyyət mexanizmləri

Kitab

1. Qarayev A.N., Həsənova Ş.İ., Novruzov E.A. və b.Dinamik və funksional bio¬kim¬¬yadan testlər (prof. G.İ. Əzizovanın redaktəsi ilə) // Bakı, “Təknur”, MMS mətbəəsi, 2020, 292 s.

2. Həsənova Ş.İ., Dadaşova A.R., Novruzov E.A. və b.Statik biokimyadan situasiya məsələləri və testlər (prof. G.İ. Əzizovanın redaktəsi ilə) //“Müəllim” nəşriyyatı, Bakı, 2022, 220 s. ISBN 978-9952-435-45-0

3. Vahabova G.R., Həsənova Ş.İ., Hacıyev A.H. və b. Statik biokimya üzrə situasiya tapşırıqları və testlər // Müəllim Nəşriyyatı, Bakı, 2022, 256 s.

4. Həsənova Ş.İ., Dadaşova A.R., Novruzov E.A. və b. Statik biokimya üzrə situasiya məsələləri və testlər // Bakı, Müəllim Nəşriyyatı, 2023, 256 s. ISBN: 978-9952-445-05-9

5. Əzizova G.İ., Həsənova Ş.İ., Hüseynova E.E., Novruzov E.A. və b. Dinamik və funksional biokimya üzrə situasiya məsələləri və testlər (redaktor: Əzizova G.İ.) // Bakı, Müəllim Nəşriyyatı, 2023, 280 s. İSBN: 978-9952-445-06-9

6. Əzizova G.İ., Əmirova M.F., Həsənova Ş.İ., Hüseynova E.E. və b.Dinamik və funksional bio¬kim¬¬yadan testlər (prof. G.İ. Əzizovanın redaktəsi ilə) // Bakı, “Müəllim”, MMS mətbəəsi, 2023, 272 s. ISBN: 978-9952-445-07-9

7. Həsənova Ş.İ., Dadaşova A.R., Novruzov E.A. və b. Statik biokimya üçün situasiya tapşırıqları və testlər // Bakı, “Müəllim”, nəşriyyat, 2023, 154 s. ISBN: 978-9952-445-05-3

8. Quliyeva F.E. ATU-nun “Əli tibb bacısı” ixtisası üzrə Biologiya kimyadan tədris proqramı // Bakı, 2020, 7 s.

9. Quliyeva F.E. ATU-nun “Fizoterapist” ixtisası üzrə Biologiya kimyadan tədris proqramı // Bakı, 2020, 9 s.

10. Quliyeva F.E. ATU-nun Biokimya kafedrasında təhsil alan magistrantlar üçün Biologiya kimyadan tədris proqramı // Bakı, 2023, 9 s.

11. Həsənova Ş.İ., Vahabova G.R., Bağırova S.A.Tibbi biokimyadan İctimai Səhiyyə ixtisası üzrə Müalicə-profilaktika I-II, Əczaçılıq fakültəsinin tədbirləri üçün sillabus // Bakı, 2023, 16 s.

12. Məsləhətçi: Quliyeva Figəngiz. Əlili İ., Şıxəliyeva N., Hüseynov F., “Vətənin cəsur döyüşçüləri-2”, 30/12/2023., İSBN: 978-8020-1750-5-3, 278s.

13. Quliyeva Firəngiz, G. İsmayılzadə, H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dahinin xatirəsinə”, Bakı, 2023.

14. İradə Əlili, Minəxanım Əkrəmqızı, Firəngiz Quliyeva – HEYDƏR ƏLİYEV VƏ ORDU QURUCULUĞU, “ULU ÖNDƏR”, Bakı.

Məqalə

1. Eyyuбова А.А. Багирова С.А. Гусейнова Э.Э. Нарушение метаболизма костной ткани при хронической почечной недостаточности // Ферганский медицинский институт общественного здоровья. Сборник международной научно-практической конференции. Фергана, 2021,   с. 479-480.

2. Guliyeva S.R. , Abiyev H.A., Rahimova R.R.Autoimmune  thyroid diseases and  genetic factors // World Journal of Advanced Research and Reviews. 2022, vol. 16 (01), p. 690-696

3. Amirova M.F., Dadaşova A.R., Hüseynova E.E., Kerimova İ.A., Hasanova Sh.İ., Guliyeva S.R., Rahimov R.R., Vahabova G.R.Black tea and coffee impact on steroid hormones status in  young  men // The Ukrainian  Biochemical Journal, 2022, vol. 94, İssue 4,  p. 83-92.   ISSN  2409-4943. UDC 577.175.534+663.95+663.93

DOI

4. Amirova M.F., Huseynova E.E. Necessity for modern methods of diagnosing hepatitis C, especially overlapping with secondary infection //“Elmi iş” Beynəlxalq elmi jurnal.  İF 1.790. Elmi araşdırmalar. Tezislər toplusu. Bakı, 2022, cild  2,  sayı 3, p. 36-37.

DOI  

5. Amirova M.F., Huseynova E.E., Guliyeva F.E.Oxidative stress induced bu SARS-CoV-2 and its treatment in pandemic //“Elmi iş” Beynəlxalq elmi jurnal. IF 1.790. Elmi araşdırmalar. Tezislər toplusu. 2022, cild 2,  sayı 3, p. 41-45.

DOI

6. Əmirova M.F., Əzizova G.İ. SARS-COV-2 infeksiyasının  müasir yayılma  və korreksiya mexanizmləri // “Təbiət və elm”. Beynəlxalq elmi jurnal. IF 1.642.   Elmi araşdımalar tezislər toplusu. Bakı, 2022,  cild  4, sayı 1, s.  5-13.  www.aem.az . ISSN: 2707-1146. e-ISSN: 2709-4189.

DOI

7. Əmirova M.F.,  Əzizova G.İ., Həsənzadə N.Ç., Hüseynova E.E., Rzayeva F.F., Quliyeva S.R., Bağırova S.A.Hormonal panel və qanın  energetik  substratlarının  kofeinli ickilərdən dəyişməsi // Elmi-praktik Jurnal  “Sağlamlıq” Bakı, 2022,  № 4, s. 41-54. İSSN – 2706-6614.

8. Əmirova M.F.,  Əfəndiyev A.M.,  Yaqubova V.İ., Şahverdyeva İ.C., Rzayeva F.F. və b.Tünd çay  və kofeinin gənc kişilərin qanında kortizolun və endogen  amillərinin qatılığına təsiri // Azərbaycan Tibb Jurnalı, 2022, № 4, s. 159-163. ISSN 0005-2523  İF:  0,1.Scopus: www.atj.az.

DOI

9. Rahimova R.R.,  Abiyev H.A.,  Guliyeva S.R.Harmful effect of SARS-Cov-2 virus on the body // IOSR Journal of Dental and Medical Sciences (İOSR-JDMS). e-İSSN: 2279-0859, p-İSSN:279-0861.  Australia, november 2023, Volume 22, İssue 11, Ser.5,  p. 41-44. Www.iorsjournal.org.

DOI

10. Əbilova R.Q., Cəfərova G.Ə.Şəkərli diabetin patogenezində şaxəli  amin turşularının  əhəmiyyəti //“Təbiət və Elm” Beynəlxalq elmi jurnal. Cild 5, sayı 12, s. 16-19.  İF: 2.101.  İSSN: 2767-1146. E-İSSN: 2709-4189.

DOI

11. Quliyeva F.E. Gəzinti zamanı daban hündürlüyünün  patellofemoral oynağın kinetikasına təsiri // Azərbaycan Təbabətinin müasir nailiyyətləri. Rüblük elmi-praktik jurnal, 2023, № 3, s. 171-174. İSSN: 2073-2651.

12. Nəcəfova V.N.,  Sultanova M.C.   II tip şəkərli diabet olan xəstələrdə  qaraciyər stetatozu və  fibrozunun  diaqnostikasında ultrasəs  müayinəsinin  effektivliyi // Azərbaycan Tibb Jurnalı,  Xüsusi buraxılış, “Qaranlıqlara işıq tutan ömür” AR əməkdar müəllimi, əməkdar həkim, prof. B.Ə.Baxşiyevin anadam olmasının 90 illiyinə həsr edilmiş elmi konf. materialları. 2023, s. 25-29.

13. Азизова Г.И. Эндогенные антимикробные пептиды при оценке тяжести течения гепатита С // Вестник науки. Приоритетные направления развития науки в современном мире. Сб. науч. стат. по материал. XIII Междунар. научно-практ.конференции. Уфа, 22 декабря 2023, часть 2. с. 129-134. Секция 8. Медицинские новости.  УДК 61:616, 616.3, 36, 36-002, 36-002.2

14. Şahverdiyeva İ.C.,  Yaqubova V.İ.,  Kərimova İ.A., Orucov A.H., İslamzadə F.İ. Hamiləlik anemiyaları zamanı  dəmir metabolizminin  xüsusiyyətləri // Azərbaycan Tibb Jurnalı,  Xüsusi buraxılış, “Qaranlıqlara işıq tutan ömür” AR əməkdar müəllimi, əməkdar həkim, prof. B.Ə.Baxşiyevin anadam olmasının 90 illiyinə həsr edilmiş elmi konf. materialları. 2023, s. 67-70.

15. ARETN akademik A.Qarayev adına Fiziologiya institutu, Naxçıvan Dövlət Universiteti, ARETN Fizika institutu, Azərbaycan fizioloqlar cəmiyyəti  azərbaycan herontoloqlar cəmiyyəti, “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş «Müasir dövrdə fiziologiya və sağlamlıq: tədqiqat prioritetləri və perspektivləri» 
mövzusunda beynəlxalq elmi-praktik konfrans, Kolorektal xərçəngin patogenezində d vitaminin rolu, Bakı, 2024.

 

Üzv olduğu qurum

--  Firəngiz müəllimə işğaldan azad olunmuş ərazilərdə ATU-nun tələbələri ilə birgə əsgərlər üçün kitabxananın təsis edilməsində böyük rol oynamışdır:
1.    “Əsgərə xatirə kitabı” layihəsinin fəxri üzvi, 14.04.2023- Suqovuşan;
2.    Lacın rayonunda 3 hərbi hissədə kitabxananın zənginləşdirilməsi, 30.12.2023.

 

15.04.2024, Millət vəkili Jalə Əhmadovanın ATU-nun tələbələri ilə görüş. Görüşün təşəbbüskarı: Quliyeva Firəngiz.

 

Azərbaycan Vətən Müharibəsi Veteranları İB Nərimanov rayon şöbəsinin fəxri üzvi.

Qadınların  İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü .

“Magen David İnternational Center for Women“  nəzdində yaradılmış  Həkimlərin Biznes Klubunun icraci direktoru.

Elmi rəhbər olduğu işlər

MAQİSTR

2024/2025 - Qədirova Maya - Qlomerulonefritli  xəstələrdə  oksidativ stresin  biomarkerlərinini öyrənilməsi