Bizi izləyin:
Heydər Əliyev
Nərmin Bayramova
Baş müəllim
Nərmin Bayramova
Tədris işləri üzrə müdir müavini
Bioqrafiya

Bayramova Nərmin 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsinə daxil olmuş, 2010-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2010-2011-ci illər ərzində Azərbaycan Tibb Universitetinin nəzdində Onkoloji klinikada klinik həkim-laborant ixtisası üzrə internatura kursunu tamamlamışdır. 2012-2018-ci illər ərzində Azərbaycan Tibb Universiteti Bioloji kimya kafedrasının baş laborantı, 2018-2024-cü illər ərzində isə assistenti vəzifəsində çalışmışdır. 2024-cü ildən etibarən həmin kafedranın baş müəllimi vəzifəsində işləyir. Eyni zamanda 2024-cü ildən kafedranın tədris hissə müdiri vəzifəsini icra edir.

2016-ci ildən “Biokimya” ixtisası üzrə «Kolorektal xərçəngin inkişafında antitumor aktivliyə malik peptidlərin əhəmiyyəti» mövzusu üzrə namizədlik dissеrtasiyasının üzərində çalışır və iş yekunlaşma mərhələsindədir.

N.Ş.Bayramova “Tibbi-biоkimya”nın ak­tual məsələlərinə həsr еdilmiş 13 еlmi məqalə və 9 tezisin müəllifidir. İSF-nin “Ali tibb bacısı” ixtisası üzrə təhsil alan tələbələr üçün hazırlanmış “Tibbi biokimya” dərsliyinin müəlliflərindən biridir. Hal-hazırda ingilis dilində “Statical Biochemistry” dərsliyi, “Biokimya” ixtisası üzrə təhsil alan magistrantlar üçün “Apoptoz  prosesinin biokimyəvi me­xa­nizmləri və biomarkerləri” adlı metodik vəsaitin üzərində çalışan qrupun üzvlərindən biridir.

N.Ş.Bayramovanın azərbaycan və ingilis dillərində apardığı dərs və seminar məşğə­lələri yüksək еlmi-pеdaqоji səviyyəsi ilə sеçilir. O, bir çox respublika və xarici beynəlxalq konfrans və konqreslərdə iştirak etmiş, məruzəçi olmuşdur.

Akademik fəaliyyət

2010-2011 - Azərbaycan Tibb Universitetinin nəzdində Onkoloji klinikada klinik həkim-laborant ixtisası üzrə internatura kursu;

2012-2018 - Azərbaycan Tibb Universiteti Bioloji kimya kafedrasının baş laborantı;

2018-2024 - Azərbaycan Tibb Universiteti Bioloji kimya kafedrasının assistenti;

2024-cü ildən - Azərbaycan Tibb Universiteti Bioloji kimya kafedrasının baş müəllimi;

 2024-cü ildən -Azərbaycan Tibb Universiteti Bioloji kimya kafedrasının tədris hissə müdiri

Təhsili

Ali təhsil - 2005-2010 -  Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsi;

İnternatura - 2010-2011 - Azərbaycan Tibb Universitetinin nəzdində Onkoloji klinikada klinik həkim-laborant ixtisası;

Doktorantura - 2016-indiyədək – Azərbaycan Tibb Universiteti, Biokimya kafedrası.

Peşə və pedaqoji inkişaf

“Azərbaycan Tibb Universitetinin nəzdində Onkoloji klinikada klinik həkim-laborant ixtisası üzrə internatura” kursu;

“Pedaqoji peşəkarlığın inkişafı” təlimi;

Elmi araşdırma sahəsi

«Kolorektal xərçəngin inkişafında antitumor aktivliyə malik peptidlərin əhəmiyyəti»

Kitab

1. Əzizova G.İ., Qarayev A.N., Həsənova Ş.I., Ələkbərzadə Ş.İ.  və b., Dinamik və funksional  biokim­yadan testlər  (prof. G.İ.Əzizovanın redaktəsi ilə). Dərs vəsaiti. Bakı, «Təknur», MMS mətbəəsi, 2020, 291 səh.

2. Əzizova G.İ., Həsənova Ş.İ., Eyyubova A.Ə., Niyazova N.K., Mustafayeva B.B., və b. Statik biokimyadan situ­asiya məsələləri və  testlər (prof.A.M.Əfəndiyevin re­daktorluğu ilə). Dərs vəsaiti. "Müəllim" nəşriy­yatı, Bakı, 2021,  240 səh.

3. Əzizova G.İ., Həsənova Ş.İ., Qarayev A.N., Bayramova N.Ş. Tibbi biokimya. Dərslik. Bakı, “Müəllim”, 2022, 252 s. I nəşr.

4. Amirova M.F., Daşdəmirova G.S., Rahimova R.R., Bayramova N.S.  “Static biochemistry”. Dərslik. Bakı, 2025, 220s.

Məqalə

1.    Əmirova M.F., Əzizova G.İ., Əfəndiyev A.M., Bayramova N.Ş., və b. Tünd çay və kofeninin gənc kişlərin qanında kortizolun və erqogen amillərinin qatılığına təsiri / Azərbaycan Tibb Jurnalı, 2022, №4. ISSN 0005-2523, Current impact factor: 0,169

2.    Bayramov Ş.Q. Azərbaycanda Covid-2019 epidemiyasının nəzəri modelləşdirilməsi / Azərbaycan Tibb Jurnalı, 2023, №1, ISSN 0005-2523. Current impact factor: 0,169

3.    Новрузов Э.А., Азизова Г.И., Османов Х.М. Изучение уровня кальпротектина. При воспалительных процессах кишечника / ВЕСТНИК НАУКИ Актуальные вопросы инноваций и современные научные открытия / Сборник научных статей по материалам II Международной научно-практической конференции (25 апреля 2023 г., г. Уфа). / В 2 ч. Ч.2 - Уфа: Изд. НИЦ Вестник науки, 2023. - 285 с.

4.    Hasanova Sh.I., Vahabova G.R., Maharramova S. Antitumorr markers elimination levels in the differential diagnosis of colorectal cancer and adenomatous polyposis / Sciences of Europe No 116 (2023) İSSN 3162-2364. Current impact factor: 3.637, SJIF Impact Factor - 5.974

5.    Dashdamirova G.S., Rahimova R.R., Vahabova G.R. Predictive immunological markers in colorectal cancer detection / Sciences of Europe, No 116 (2023) İSSN 3162-2364. Current impact factor: 3.637, SJIF Impact Factor - 5.9

6.    Bayramov Sh.K., Mammadova Kh.R., Khalilov R.İ. Frequency controlanaysis for biochemical oscillators / Advances in Biology & earth Sciences. Vol.8, No.1, 2023, pp 67-74, Current impact factor: 3.57

7.    Azizova G.İ., Bayramova N.Sh. Elimination level of antimicrobial peptides and cytokines the differential diagnosis of Colorectal cancer and Adenomatous polyposis / Materials of the 1st İnternational Conference: Conservation of Eurasian biodiversity: Contemporary problems, solutions and paerspectives, pp 145-148. Andijan State University, Uzbekistan, 2023

8.    Dashdamirova G.S., Shahverdiyeva İ.C., Yagubova V.İ. Neuroendocrine and immunoe interaction in autoimmune thyroiditis / Archiv euromedica 2023 ||vol.13|| num.3. DOİ: 10.35630/2023/13/3.309

DOİ

9.    Həsənova Ş.İ. Bayramova N.Ş. Kolorektal xərçəng və adenomatoz polipin diaqnostikasında antimikrob peptidlərin və sitokinlərin təyininin diaqnostik əhəmiyyəti / Təbiət və Elm 2024: 6 Sayı: 1. DOİ:https://doi.org/10.36719/2707-1146/40/7-12

DOİ

10.    Hasanova Sh.İ., Bayramova N.Sh. İdentifying immunological markers for bowel cancer / World Journal of Advanced Research and Reviews, 2023. eISSN: 2581-9615 || CODEN (USA): WJARAI || Impact Factor: 7.8 || ISSN Approved Journal

DOİ - URL

11.    Hasanova Sh.İ., Bayramova N.Sh. Evaluating cytokines and antimicrobial peptides as diagnostic biomarkers in colorectal cancer and adenomatous polyps / International Journal of Science and Research (IJSR). ISSN: 2319-7064. SJIF (2022): 7.942

 

Üzv olduğu qurum

İctimai Səhiyyə fakültəsinin universitetin inkişafı strategiyası planının həyata keçirilməsi üzrə komissiyasının üzvü

İctimai Səhiyyə fakültəsi üzrə fakültə elmi şuranın üzvü 

Azərbaycan Klinik Laboratoriyaları İctimai Birliyinin üzvü 

Dövlət İmtahan Mərkəzinin rezidentura şöbəsinin “biokimya” və AR Səhiyyə Nazirliyinin “laboratoriya işi” ixtisası üzrə eksperti