Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

İsayev Cəlal 1971-1977-ci illərdə Azərbaycan Tibb İnstitutunun Sanitar-gigiyena fakültəsində təhsil almışdır. 1978-1982-ci illərdə Ermənistan Respublikası Quqark rayonu Hallavar kənd həkim məntəqəsinin müdiri vəzifəsində çalışmışdır. 1982-1983-illərdə ET Tibbi Parazitologiya və Tropiki Təbabət institutunda labarant işləmişdir. Daha sonra Cəlal İsayev 1983-90-cı illərdə Azərbaycan Tibb İnstutunun “Yoluxucu xəstəliklər” kafedrasında baş laborant işləmişdir. 1990-cı ildən assistent kimi kafedrada fəaliyyətini davam etdirmişdir. Bütün bu illər İsayev Cəlal öz üzərində çalışmış və 2000-ci ildən isə artıq dosent elmi adına layiq görülmüşdür. 1993-1994-cü illərdə ATU-nun istehsalat təcrübəsi dekanlığında, 1994-2005-ci illər-də ATU-nun II müalicə-profilaktika və 2000 - 2013-cü illərdə I müalicə-profilaktika fakultələrində dekan müavini işləmişdir. 2020-ci ildən “Yoluxucu xəstə-liklər” kafedrasına“ müdir seçilmişdir. Hazırda həmin vəzifədə fəaliyyət göstərir.

Üniversitet Böyük Elmi Şura-sının və İctimai Səhiyyə fakul-təsinin  Elmi Şurasının üzvüdür.

Akademik fəaliyyət

1978-1982-ci illərdə Ermənistan Respublikası Quqark rayonu Hallavar kənd həkim məntəqəsinin müdiri.

1982-1983-illərdə ET Tibbi Parazitologiya və Tropiki Təbabət institutunda labarant.  1983-90-cı illərdə Azərbaycan Tibb İnstutunun “Yoluxucu xəstəliklər” kafedrasında baş laborant.

1990-cı ildən assistent / 2000-ci ildən isə dosent.

1993-1994-cü illərdə ATU-nun istehsalat təcrübəsi dekanlığında, 1994-2005-ci illər-də ATU-nun II müalicə-profilaktika və 2000 - 2013-cü illərdə I müalicə-profilaktika fakultələrində dekan müavini.

2020-ci ildən “Yoluxucu xəstəliklər” kafedrasında müdir.

Təhsil

1970-orta məktəb attestatı – Ermənistan respublikası, Spitak r-nu, Saral kənd prta məktəbi

Ali təhsil – 1971-1977-ci llər Azərbaycan Tibb İnstitutu, Bakı

 

Nailiyyətlər (adlar)

Tibb Elimləri namizədi, dosent / Respublikanın əməkdar həkimi

 

Peşə və pedaqoji inkişaf

1.12-26 noyabr 2017-ci ildə Sankt-Peterburq şəhərində “Uşaqlarda infeksion xəstəliklər zamanı təxirəsalınmaz yardım”  tədris seminarında iştirak etmişəm.

2. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən keçirilən  seminarlarda iştirak etmişəm.

3. 19-20 oktyabr 2023-cü il tarixdə Özbəkistan Pespublikası Buxara şəhərində keçirilən «Инфекционные болезни и антимикробные средства»  Beynəlxalq elmi-praktik konfransda iştirak etmişəm.

4. 9-12 oktyabr 2024-cü il tarixində Bakıda ilk dəfə olaraq  “Uşaq və cəmiyyət sağlamlıq,inkişaf və qidalanma problemləri” mövzusunda XI Avrasiya Uşaq Həkimlərinin Konqresində Yoluxucu xəstəliklərin diaqnostikası və müalicəsinə pediatrik yanaşmalar” bölməsində moderator

 5. 12-15 iyun 2025-ci il tarixdə Monteneqroda  II EPA UNERSA Hot Topics in Europediatrics və 4-cü Monteneqro Beynəlxalq Profilaktik Pediatriya Konqresində  məruzə ilə çıxış etmişəm.

 6. 2025-ci il 6-7 sentyabr ayında Gəncə şəhərində keçirilən Azərbaycan Pediatriya Assosasiyasının konfransında məruzə ilə çıxış etmişəm,

7. 9-10 0ktyabr 2025-ci ildə Qazağıstan Respublikası Astana şəhərində keçirilən  “Infectious Diseases in the Context of Globalization: New Challenges” adlı IV Beynəlxalq İnfeksion xəstəliklərin mütəxəssisləri konqresində  məruzə ilə çıxış etmişəm.

8. Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci milli qurultayı, 28 oktyabr, 1-2 noyabr 2025-ci il tarixində moderator kimi iştirak etmişəm.

9. 17 noyabr 2025-ci il tarıxdə “Vaxtından əvvəl doğulanlar” gününə həsr olunmuş Beynəlxalq elmi-praktik konfransda iştirak etmişəm.

15 - 20 dekabr 2024-cü il tarixində Ümumdünya Səhiyyə Təşkilatının  təşkil etdiyi  İmmunizasiya     təlimində iştirak etmişəm.

 2021-ci ildə Səhiyyə Nazirliyinin göstərişi ilə  «Qrip, KRVİ və SARS-CoV-2» və «Meningitlər»  -in protokolunu hazırlamışam.

Kitab

Yoluxucu xəstəliklər. Dərslik.Bakı. 2009                                                                                             

2. DOİ: https//doi.org/10.34921/amj.2025.1.005 SARS-CoV-2 infeksiyası keçirmiş xəstələrdə astenik əlamətlərin qiymətləndirilməsi. // Azərbaycan Tibb Jurnalı. 2025, N1, səh 29-33.  

3. DOI:10.34921/amj.2023.4.006  Изменения концентрации иммуноглобулинов в сыворотке  крови у болъных острым гепатитом В, ослажненным узелковым полиартериитом // Azərbaycan Tibb Jurnalı. 2023, N4, səh 41-47.  Həmmüəlliflər: S.B.Məmmədov, V.N.Cavadzadə

4. DOI:10.34921/AMJ/2023.3.007 Koronavirus infeksiyasının hematoloji əlamətlərinin xəstəliyin ağırlıq dərəcəsindən asılılığı// Azərb. Tibb Jurnalı. 2023, N3, səh 46-51.  Həmmüəllif: Məmmədova H.H.

5. DOI:10.13040/İJPSR.0975-8232.15(12)1000-1006 Logistic in predicting the severity of COVID-19 infection application of regression methods // Intrernational Jornalof Pharmaceutical Sciences and Research, 2024; Vol. 15(12). P. 1000-1006. Məmmədova H.H., Qafarov İ.A.

5. DOİ: 10.34921/2amj.2023.1.009 Düyünlü poliarteriitlə ağırlaşmış kəskin B virus hepatiti zamanı qanda dövr edən progenitor endotelial hüceyrələrin tədqiqi // Azərb. Tibb Jurnalı. 2023, N1, səh 59-64. Həmmüəllif: Bəylərova R.R.

3. Uşaqlarda virus hepatitlərinin müasir müalicə üsulları. Tədris metodik vəsait.Bakı -2008

4. Müasir dövrdə uşaqlarda kəskin bağırsaq infeksiyalarının müalicə prinsipləri. Tədris metodik vəsait. Bakı -2009.

5. Uşaqlarda nadir rast gəlinən infeksion xəstəliklərin differensial diaqnostikası. Tədris metodik vəsait. Bakı -2014.

6. Helmintozlar. Tədris metodik vəsait. Bakı -2014.

7. Salmonelloz. Monoqrafiya. Bakı-2021

 

Məqalə

1. Изменение концентрации и размера цирлирующих иммунных комплексов в сыворотке крови у больных гепатитом В, осложненным узелковым полиартериитом. Биомедицина. Ежеквартальный научный журнал.Баку.№1,2019,ст.16-20

2. Müasir dövrdə qızılcanın klinik xüsusiyyətləri. Azərbaycan Tibb jurnalı. Elmi-praktik jurnal,Bakı 2019 “Neyrocərrahiyyənin müasir problemləri” Beynəlxalq elmi-praktik konfransının materialları. 2019.

3. Uşaqlarda kəskin bağırsaq infeksiyalarının müalicəsinin müasir aspektləri. Azərçaycan Tibb jurnalı Bakı 2020. Səh.172-174.

4. Gənə borreliozunun klinik gedişi,  diaqnostikası və müalicəsi haqqında müasir təsəvvürlər .Azərçaycan Tibb jurnalı,Bakı 2022/2, səh.5-13 https://doi.org/10.34921/amj.2022.2.001

5. Uşaqlarda infeksion ekzantemalar:parvovirus infeksiyası. Azərbaycan Tibb jurnalı. Rüblük elmi-praktik jurnal. 2024, № 1, səh.49-55 https://doi.org/10.34921/amj.2024.1.008

6. Yetkinlik yaşında olan şəxslərdə qızılcanın klinik xüsusiyyətləri. Azərbaycan Tibb jurnalı Rüblük elmi-praktik jurnal 2024, № 1,səh.56-61     https://doi.org/10.34921/amj.2024.1.009

ÖN ÇAP: İxtioz fonunda uşaqlarda suçiçəyinin gedişinin xüsusiyyətləri.Klinik müşahidə.Məqalə. Azərbaycan Tibb jurnalı.

Üzv olduğu qurum

Azərbaycan Tibb Universiteti Böyük Elmi Şurasının üzvü

İctimai Səhiyyə fakultə Elmi Şüura-sının üzü

“Epidemiologiya, Allerqologiya və Yoluxucu xəstəlik-lər” üzrə Problem Komissiyasının üzvü

“Epidemiologiya, Allerqologiya və Yoluxucu xəstəlik-lər” üzrə bir dəfəlik müdafiə Şurasının üzvü

Azərbaycan mik-robioloqlar və infeksionistlər cəmiyyətinin (AMİC) üzvü

Azərbaycan Səhiyyə nazirliyinin “Yoluxucu xəstəlik-lər” üzrə Ekspertlər komissiyasının üzvü

Tibb üzrə fəlsəfə doktoru

Hökümə Məmmədova Həsənbala qızı