
Rəşidova Şəmsa Məmməd qızı 1974-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmişdir. 1974–1975-ci illərdə internaturanı başa vurmuşdur. 12.02.1976-cı ildə M. Əzizbəyov adına 1 saylı xəstəxanada neonatoloq, 03.05.1976-cı ildən isə Ə. Qarayev adına Uşaq Klinik Xəstəxanasında həkim, 1980-ci ildən isə şöbə müdiri vəzifəsində çalışmışdır.1977–1980-ci illərdə AzTV kanalında “Sağlamlıq” verilişinin aparıcısı olmuşdur.1985-ci ildən müsabiqə yolu ilə ATU-nun Uşaq Yoluxucu Xəstəlikləri kafedrasında assistent, 1999-cu ildən isə dosent vəzifəsində fəaliyyət göstərir.1989-cu ildə N. İ. Piroqov adına 2-ci Moskva Dövlət Tibb İnstitutunun müəllimlərin ixtisasartırma fakültəsinin Uşaq İnfeksion Xəstəlikləri kafedrasında 3 aylıq (aprel–iyul) kurs keçmişdir.1990-cı ildən Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Pediatriya İnstitutunun dissertantı olmuş, 1996-cı ildə elmi-tədqiqat işini müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır.1998, 2001, 2005 və 2006-cı illərdə Almaniya Federativ Respublikasının DAAD – Alman Akademik Mübadilə Xidməti xətti ilə qrantlar qazanmış, Berlin şəhərində Humboldt Universitetinin Uşaq İnfeksion Xəstəlikləri kafedrasında çalışmış və elmi araşdırmalar aparmışdır.2001–2015-ci illərdə DAAD-nin Azərbaycan üzrə tibb bölməsinin seçim komissiyasına rəhbərlik etmiş, tələbələrin Almaniyada təqaüdlə təhsil almasına dəstək göstərmişdir.2001–2003-cü illərdə ATU-nun Xarici Dillər kafedrasında dövlət imtahanlarının sədri olmuşdur.Almaniyada işlədiyi dövrdən bu günə qədər mütəmadi olaraq konqres və konfranslarda məqalə, tezis və çıxışlarla iştirak etmişdir.
Ə.Qarayev adına Uşaq Kliniki Xəstəxanasında tələbələrlə birlikdə mütəmadi olaraq xəstələrin müayinəsi və müalicəsində iştirak edir.İnfeksionistlər, gənc həkimlər və V–VI kurs tələbələri üçün “Uşaq infeksion xəstəliklərindən məlumat kitabı”(1993-cü il), “Uşaqlarda virus hepatitləri”(2013-cü il), “Qrip və kəskin respirator virus infeksiyaları”(2024-cü il) adlı dərs vəsaitlərinin, 11 metodik vəsaitin və 113 elmi məqalənin müəllifidir.Dosent, Azərbaycan Tibb Universiteti, Yoluxucu Xəstəliklər kafedrası 1999 – Hazırda, Bakı, Azərbaycan.
1974 — ATU, Pediatriya fakültəsi
1974–1975 — İnternatura
1.Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan seminarlarda iştirak etmişdir.
2.Pediatrik intensiv tibbin aspektləri. İxtisasartırma simpoziumu Berlin. 28.11.1998
3.Terapevtlərinin konqresi “Daxili tibb üzrə dialoqlar”,Sankt-Peterburq şəhəri,Rusiya Federasiyasının Səhiyyə Nazirliyi,25 yanvar 2024-cü il.
4.Ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş Azərbaycan-Türkiyə Neonatologiya konqresi. 10 dekabr 2022. Mərkəzi Gömrük Hospital.
5.“ Effektiv təqdimata dair texnikalar “ mövzusunda konfrans.02. 06. 2023. Konfrans. ÜST-nin Azərbaycandakı nümayəndəsi, Dr. Hande Harmançı.
6.VII Beynəlxalq Azərbaycan Alerqoloq, İmmunolog və İmmunoreabilitologların Konfransı 4 noyabr 2022-ci il. Bakı
7.“Pediatriyanın Aktual Problemləri”. 11-12 oktyabr 2022. ATU
8.Azərbaycanda pandemiayaya cavab tədbirləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ölkə Ofisinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən vebinar. 02 iyun 2023, Bakı
9.Aşağı intensivlikli ionlaşdırıcı radiasiyanın kiçik dozada uzunmüddətli təsiri zamanı spesifik olmayan müqavimət hüceyrələrində sitomorfoloji dəyişikliklər Olviy Forum – 2025: Qara dəniz regionu ölkələrinin geosiyasi məkan üzrə strategiyaları: XXII elmi konfransı «Radiasiya, texnogen-ekoloji və bioloji təhlükəsizlik: vəziyyət, inkişaf yolları və tədbirlər» 20 iyun 2025, Mikolayiv, Ukrayna. – Mikolayiv, 2025. S. 61-65.
Uşaq infeksion xəstəlikləri
Virus infeksiyaları
Kafedranın kompleks elmi-tədqiqat işi: 2019-2025 “ Bakı şəhəri və onun rayonlarında əhali populyasiyasında yuxarı tənəffüs yolu infeksiyalarının epidemioloji, klinik, diaqnostik, müalicə və profilaktika xüsusiyyətlərinin öyrənilməsi.”
https: //doi.org/10.36719/2663-4619/107/39-43
9th İnternational İzmir Congress on medicine, nursing, midwifery, and health sciences proceedings book. Volume- II. Səhifə 57-58
DOİ: https: doi.org 10.30546 19023.978-9952-8589-1-4.2025.0010.
1998, 2001, 2005 və 2006-cı illərdə Almaniya Federativ Respublikasının DAAD – Alman Akademik Mübadilə Xidməti xətti ilə qrantlar qazanmış, Berlin şəhərində Humboldt Universitetinin Uşaq İnfeksion Xəstəlikləri kafedrasında çalışmış və elmi araşdırmalar aparmışdır.
Yeni Azərbaycan Partiyası (YAP)