Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1954-cü ildə noyabr ayının 5-də  Sabirabad rayonunun Talış kəndində anadan olmuşam. 

1972–1978-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil almışam.  1979-cu ildə internatura, 1984–1987-ci illərdə ATU-da yoluxucu xəstəliklər kafedrası üzrə əyani aspiranturada təhsil almışam. 

1987-ci ildən həmin kafedrada assistent vəzifəsində işləmişəm. 1993-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam.  1994-cü ildən etibarən yoluxucu xəstəliklər kafedrasının dosentiyəm.

Akademik fəaliyyət

1979-cu ildə ATU-da internatura, 1984–1987-ci illərdə ATU-nun Yoluxucu xəstəliklər kafedrasında əyani aspirant.

1987–1993-cü illərdə həmin kafedrada assistent, 1994-cü ildən isə hal-hazıradək Yoluxucu xəstəliklər kafedrasında dosent vəzifəsində çalışıram. 

1998-ci ildən bu günədək Yoluxucu xəstəliklər kafedrasında elmi işlər üzrə məsul şəxsəm. 

1998-2010-dək kafedra ekspert qrupunun rəhbəri olmuşam. Tələbə Qəbulu Komissiyasında ekspert olmuşam.

2005-ci ildən kafedranın metod qrupunun sədriyəm. 

2020-cu ildən kafedrada Həmkarlar Təşkilatı Qrupunun sədriyəm.

Təhsil

1971 – Orta məktəbi bitirmək haqqında attestat – Sabirabad rayonu, Kolani kənd orta məktəbi.

1972–1979 – Ali təhsil, Azərbaycan Dövlət Tibb İnstitutu, Bakı.

1984–1987 – Azərbaycan Dövlət Tibb İnstitutu, əyani aspiranturada təhsil.

1993-cü il – Tibb elmləri namizədi, Bakı, Azərbaycan.

 

Nailiyyətlər (adlar)

İşlədiyim müddətdə 210-dan çox elmi işin, o cümlədən ATU-nun tələbələri üçün böyük həcmli bir dərsliyin (1993), dərs vəsaitinin (1990) və 9 metodik tövsiyyə göstərişlərin, müəllifiyəm. 2 səmərələşdirici təklifin, yoluxucu xəstəliklər üzrə geniş həcmli 3 tədris proqramının, tədris-metodik vəsaitin müəllifiyəm.

Peşə və pedaqoji inkişaf

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində keçirilən Tibb işçilərinin “sertifikasiyası və rezidentlərin” attestasiyası üzrə təlim kursunda (amerikalı mütəxəssislərin iştirakı ilə) iştirak etmişəm (18–21 fevral 2019).

2. 2025-ci ildə ATU-nun  tibb və sağlamlıq elmləri təhsili kafedrasında “pedoqoji peşəkarlığın inkişafı “ təlimində iştirak etmişəm.

3. "Alkoqolsuz yağlı qaraciyər xəstəliyi post-COVID"  Azərbaycan Allergologiya, İmmunoloqlar Elmi Cəmiyyətin VI Milli Beynəlxalq Konfransı Bakı, 2022, 4 noyabr.

4."İnfeksion xəstəliklərin cərrahi ağırlaşmaları. Cərrahi xəstəliklərin  müasir diaqnoz üsulları"  Konfrans, 2022.

5. "Xroniki mikst virus hepatitlərinin proqressivləşmə faktorları" – Şuşa ili, konfrans, 2022, 24 may.

6."Erkən  yaşlı uşaqlarda Escherichia coli mənşəli KBI-nın müalicəsində mikrobioloji terapiyanın effektivliyinin öyrənilməsi " – ET Ağ ciyər Xəstəlikləri İnstitutunun 80 illik yubileyi, Konfrans, 2024.

Kitab

1. Tibb Universiteti tələbələri üçün dərslik “Yoluxucu  xəstəliklər” . Bakı, 1993, 550 səh. (ilk milli dərslik),(elmi redaktoru, korrektoru olmuşam)

2. Dərs vəsaiti: Maqnito terapevtik və maqnitobioloji metodların bağırsaq  infeksiyalarının kompleks terapiyasında tətbiqi .1990, 96 səh.

Məqalə

1. Gənə borreliozunun  klinik gedişi,diaqnostikası və müalicəsi haqqında müasir təsəvvürlər. Azərbaycan  Tibb jurnalı, Bakı, 2022, №2, səh 5-13, https: doi.org/10.34.34921/am/ 2022.2.011

2. Post covid dönəmində uşaqlarla müqaisədə böyüklərdə su çiçəyinin fərqli xüsusiyyətləri və onun spesifik profilaktikasının əhəmiyyəti. https: doi.org/10.34.34921/amj/ 2025. 3.01

3. Клинико-эпидемиологические особенности кори у детей. «Вестник Бобек». Международный научно-практический журнал Астана, Казахстан. 2024.№1 (1).

4. Metanevmovirus infeksiyası Əziz Əliyev ad elmi praktik jurnal, “Tibb və elm” 2024, №3, səh.37. 

5. Этиология, эпидемиология вирусных кишечных инфекций в г. Баку. Журнал педиатрия , 2025.  

6.Uşaqlarda salmonelloz infeksiyasının ağır formasının gedişinin səbəbləri və müalicəsi. Sağlamlıq, Bakı, 2022, cild 30, №3

Üzv olduğu qurum

Mikrobiologiya, İmmunologiya, epidemiologiya, allerqologiya və yoluxucu xəstəliklər üzrə Problem Komissiyasının üzvüyəm. 

Azərbaycan Mikrobioloqlar və İnфeksionistlər Cəmiyyətinin üzvüyəm. 

Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai birliyinin üzvü.

Azərbaycan cərrah və Qastroenteroloqlar İctimai Birliyinin üzvüyəm. 

Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Federasiyasının üzvüyəm.

Tibb Universiteti Ağsaqqallar Şurasının üzvüyəm.

Azərbaycan Ağsaqqallar   Şurasının üzvüyəm.

Magistr

Elmi rəhbəri olduğum kafedra əməkdası V.N. Cavadzadənin “Şərti patogen bakterialarla törədilən bağırsaq disbakteriozunun klinik- laborator xüsusiyyərləri və kompleks müalicəsində simbiotiklərin tətbiqinin effektivliyi” mövzusu üzrə dissertasiya işi 2015-ci ildə müdafiə olunmuş diplom alınmışdır.