Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Dosent Bəylərova Reyhan Rəhim qızı Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasında Tədris hissə müdiri vəzifəsində çalışır. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ali tibb təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Tibb Universitetində başlayaraq, 1992–1994-cü illərdə Uşaq yoluxucu xəstəliklər kafedrasında baş laborant işləmişdir. Daha sonra 1994–1998-ci illərdə isə stajor-assistent kimi iş fəaliyyətini davam etdirmişdir. 1998-ci ildən assistent vəzifəsində çalışmışdır.

Bəylərova Reyhan 2007-ci ildə tibb üzrə namizədlik dissertasiyasını uğurla müdafiə edərək ” Tibb üzrə fəlsəfə doktoru” adına layiq görülmüşdür. 2014/2015-ci illərdə Uşaq yoluxucu xəstəlikləri kafedrasında, 2016-cı ildən hal-hazıradək Yoluxucu xəstəliklər kafedrasında dosent vəzifəsində çalışır. Kafedrada çalışdığı ilk günlərdən məsuliyyətli müəllim kimi tanınmış və daim öz üzərində çalışmışdır. 2020-ci ildə xalqımızın həssas olduğu Covid-19 pandemiyası dövründə dövlətimizə və vətəndaşlara dəstək olmaq üçün könüllü həkim kimi fədakarlıq nümunəsi göstərmişdir. Bütün bu müsbət xüsusiyyətlərlə yanaşı eyni zamanda kafedrada da fəaliyyətini daima inkişaf etdirmiş bir müəllim kimi peşəsinə sadiq qalaraq daima öz üzərində çalışmışdır. Dosent Bəylərova Reyhan bütün fakültələrdə təhsil alan tələbələrin tədris olunan fənləri mükəmməl mənimsəməsi üçün praktik dərslərdə və mühazirələrdə müasir innovativ və interaktiv üsullardan istifadə edir. Kafedrada tədris olunan fənlər üzrə imtahan ekspertidir.  Həm yerli, həm də yüksək reytinqli xarici jurnallarda məqalələr dərc etdirir, konfrans və seminarlarda iştirak edir. O, 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Akademik fəaliyyət

1992–1994-cü illərdə Azərbaycan Tibb Universitetinin Uşaq yoluxucu xəstəliklər kafedrasında baş laborant

1994–1998-ci illərdə isə stajor-assistant /  1998-2014 cü illərdə assistent

2014–2015-ci illərdə Uşaq yoluxucu xəstəlikləri kafedrasında, 2016-cı ildən hal-hazıradək Yoluxucu xəstəliklər kafedrasında dosent.

Təhsil

Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsi.

Elmi araşdırma sahəsi

Yoluxucu xəstəliklər

Kitab

1. “Brusellyoz”.Tədris-metodik vəsait.Tədris-metodik vəsait. Bakı, 2014. 22s.

2. Epşteyn-Barr virus infeksiyası (infeksion mononukleoz) Tədris-metodik vəsait.Tədris-metodik vəsait. Bakı, 2014.25s.

3. Uşaqlarda xlamidoz infeksiyaları. Tədris-metodik vəsait. Tədris-metodik vəsait. Bakı, 2014. 23s. 

4. “Uşaqlarda kəskin bağırsaq infeksiyalarının müalicəsi” Dərs vəsaiti. Dərs vəsaiti. Bakı, 2016. 103s.

Məqalə

A.H. Valiyev, E.Q. Orucova, R.R. Beylarova, M.N. Mammadova. “Distinct characteristics of shigellosis with hemocolitis syndrome compared with some infectious and non-infectious diseases.” Scientific Work, international peer-reviewed journal with impact factor, Vol. 17, Issue 2, Baku, 2023, pp. 46–52. 

 

 


orcid DOI
Məqalə

E.Q. Orucova, A.H. Valiyev, R.R. Beylarova, M.H. Baghirova, M.N. Farzaliyeva. “Use of Kagocel in the complex therapy of acute respiratory viral infections.” Scientific Work, international peer-reviewed journal with impact factor, Proceedings of the 12th Republican Scientific Resources Conference, Zangezur Publishing House, Baku, 27 March 2023, pp. 44–47. 


orcid DOI
Məqalə

1. R.R. Bəylərova, E.Q. Orucova, M.M. Muxtarov, N.M. Xudaverdiyeva, V.N.Cavadzadə, M.H. Bağırova, G.A. Kərimova. “Protey mənşəli bağırsaq infeksiyası keçirmiş uşaqlarda bağırsağın disfunksiyasının əsas səbəbləri”. “Azərbaycan Təbabətinin müasir nailiyyətləri” rüblik elmi-praktiki jurnal, Bakı, № 2, 2022, səh.150-153

2. M.H. Bağırova, M.M. Muxtarov, Ə.H. Vəliyev, E.Q. Orucova, R.R. Bəylərova, X.Ə. Əhmədova, V.N. Cavadzadə, G.A. Kərimova. “XXI əsrin pandemiyası olan COVİD-19 infeksiyasında baş verən atipik pnevmoniya”. “Azərbaycan Təbabətinin müasir nailiyyətləri” rüblik elmi-praktiki jurnal, Bakı, № 3, 2022, səh.177-181

3. Vəliyev Ə.H., Orucova E.Q., Bəylərova R.R., Məmmədova M.N. “Şigellozun hemokolit sindromlu bəzi infeksion və qeyri-infeksion xəstəliklərdən fərqli xüsusiyyətləri”. “Elmi iş” İmpakt faktorlu Beynəlxalq elmi jurnal, cild: 17, sayı: 2, Bakı, 2023, səh. 46-52, DOİ: https: //doi, org/ 10.36719/2663-4619/87/46-52

4. Orucova E.Q., Vəliyev Ə.H., Bəylərova R.R., Bağırova M.H, Fərzəliyeva M.N. “Kəskin respirator virus infeksiyalarının kompleks terapiyasında Kaqoselin tətbiqi”. “Elmi iş” İmpakt faktorlu Beynəlxalq elmi jurnal, XII Respublika elmi qaynaqlar konfransının materialları, “Zəngəzurda çap evi”, Bakı, 27 mart, 2023, səh. 44-47, DOİ: https: //doi,org/ 10.36719/2663-4619/2023/ 4//12

5. Bağırova M.H., Muxtarov M.M.,Orucova E.Q, Bəylərova R.R, Kərimova G.A, Ömərova Z.M., Ağamalıyeva A.C., Nəzərova R. T. “COVİD-19 infeksiyasında həzm sistem orqanlarının zədələnmə əlamətləri”. "Sağlamlıq" Elmi-praktik jurnal, cild 33, №2, Bakı, 2023, səh. 63-67

6. R.R. Beylarova, E.Q. Orucova, M.M. Mukhtarov, N.M. Khudaverdiyeva, V.N. Javadzade, M.H. Baghirova, G.A. Karimova. “Main causes of intestinal dysfunction in children who have had Proteus-origin intestinal infection.” Modern Achievements of Azerbaijan Medicine, quarterly scientific-practical journal, Baku, No. 2, 2022, pp. 150–153.

7. M.H. Baghirova, M.M. Mukhtarov, A.H. Valiyev, E.Q. Orucova, R.R. Beylarova, Kh.A. Ahmadova, V.N. Javadzade, G.A. Karimova. “Atypical pneumonia observed during the COVID-19 infection, the pandemic of the 21st century.” Modern Achievements of Azerbaijan Medicine, quarterly scientific-practical journal, Baku, No. 3, 2022, pp. 177–181.

8. M.H. Baghirova, M.M. Mukhtarov, E.Q. Orucova, R.R. Beylarova, G.A. Karimova, Z.M. Omerova, A.C. Agamaliyeva, R.T. Nazarova. “Signs of gastrointestinal organ involvement in COVID-19 infection.” Health, scientific-practical journal, Vol. 33, No. 2, Baku, 2023, pp. 63–67.

Üzv olduğu qurum

İctimai Səhiyyə fakultəsinin Həmkarlar ittifaqın üzvü

Azərbaycan mikrobioloqlar və infeksionistlər cəmiyyətinin (AMİC) üzvü