Nəriman Mövsümov
Professor
Nəriman Mövsümov

orcid 0009-0004-5566-5234


orcidİnsan anatomiyası və tibbi terminologiya


orcid [email protected]

Bioqrafiya

1974-cu ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1980-ci ildə həmin institutu adlı təqaüdçü kimi bitirmişdir.

1980-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya institutunda baş laborant vəzifəsində işləmişdir.

1982-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya institutunda aspirantı olub.

1987-ci ildə “7-14 yaşlı uşaq və yeniyetmələrdə normada və nevrozlar zamanı yuxu və ayıqlıq dövründə vegetativ sinir sisneminin funksiyası” mövzusunda tibb 

elmləri üzrə namizədlik dissertasiya işini müdafiə edib.

1987-1989-cı illərdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında assistent vəzifəsində işləmişdir.

1989-1996-cı illərdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir.

1996-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında dosent vəzifəsində işləmişdir.

2004-cü ildə Tbilisi Tibb Universitetinin Dissertasiya Şurasında “Normada insanda və eksperimentdə bəzi balneoloji təsirlər zamanı qırtlaq vəzilərinin morfogenezi” mövzusunda tibb elmləri doktoru elmi 

dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.

2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

2006-2019-cu illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 

nəzdində Bakı 1 N-li Tibb kollecinin direktoru vəzifəsində çalışıb.

2009-cı illdən hal-hazıra qədər Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında professor vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 01.11.2019 cu il tarixli F-86 qərarı ilə “İnsan anatomiyası” ixtisası (3241.01) üzrə dissertasiya şurasının üzvü və ATU-in 09.12.2019-cu il tarixli 527 N-li qərarı  ilə həmin şuranın nəzdində Elmi seminarın sədri təyin olunub.

Akademik fəaliyyət

1. 1987-1989-cı illər – Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında assistent.

2. 1989-1996-cı illər – Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında baş müəllim.

3. 1996-2009-cı illər – Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında dosent.

4. 2009-cı illdən – Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında professor

Təhsil

Ali – Azərbaycan Tibb Universiteti

Elmi araşdırma sahəsi

Periferik sinirlər, borulu orqanların kiçik vəziləri və limfoid düyüncükləri

Kitab

1.İnsan anatomiyası. Bakı 2019  Müalicə-profilaktika fakultəsinin tələbələri üçün dərslik

2. İnsan anatomiyası. Bakı 2024  Müalicə-profilaktika fakultəsinin tələbələri üçün dərslik

3. Анатомия человека. “Müəllim” nəşriyyatı. 2020. Müalicə-profilaktika fakultəsinin tələbələri üçün dərslik

4. Анатомия человека. “Müəllim” nəşriyyatı. 2020. Stomatologiya  fakultəsinin tələbələri üçün dərslik

5. Topoqrafik anatomiya. «Müəllim» nəşriyyatı, Bakı,  2020.

6. Human Anatomy. Baku 2019 Müalicə-profilaktika fakultəsinin tələbələri üçün dərslik

Məqalə

Диаметр различных участков лицевого канала на основе результатов КТ исследований, «Медицинский вестник башкортостана». Ufa. Rusiya Federasiyası , 2022, № 4  s.25-32


orcid DOI

Məqalə

Müxtəlif kəllə formalı kişi və qadınlarda  üz kanalının bəzi morfometrik parametrləri , «Nəzəri, klinik və eksperimental morfologiya jurnalı». Bakı, Azərbaycan, 2022, №1-2  s. 42-49


orcid DOI

Məqalə

Возрастные особенности расстояния между шилососцевидным и наружным слуховым отверстиями сухих черепов у людей, Журнал «Фундаментальная и клиническая медицина», г. Бухара 2022, №1 s. 278-283


orcid DOI

Üzv olduğu qurum

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.08. qeydiyyat nömrəli Dissertasiya şuranın nəzdində Elmi seminarın sədri.

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.08. qeydiyyat nömrəli Dissertasiya şurasının üzvü.

“Azərbaycan Anatomlar, Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyinin üzvü

Tibb üzrə elmlər doktoru

1. Gülnarə Kərimzadə

"İnsanın postnatal ontogenezində üz sinirinin kəllədaxili hissəsinin və onun kanalının topoqrafik, morfometrik xüsusiyyətləri"

Tibb üzrə fəlsəfə doktoru

1. Səbinə Şadliskaya

"Normada, kontralateral aplaziya və boru hamiləliyi zamanı uşaqlıq borusunun limfoid aparatının funksional morfologiyası"

2. Nərminə Cabbarova

“Qadın sidik kanalı vəzilərinin müxtəlif yaş dövrlərində morfoloji xüsusiyyətləri”

3. Ziyafət Seyidova

“Müxtəlif duz tərkibli su prosedurlarının təsiri altında siçovulların qırtlaq limfoid aparatı”